Страницы

19.12.2018

Səudiyyə rejiminin bacarıqsızlığı nəticəsində son 10 ildə 90 min hacı həlak olub

Livanın Əl-Əxbar qəzeti Səudiyyə rejiminin həcc təşkilatçılığına rəhbərliyi və hacıların təhlükəsizliyini təmin etmə məsələsindəki bacarıqsızlığı nəticəsində, təkcə son on ildə 90 min hacının həlak olduğunu göstərən sənədləri əldə etdiklərini açıqlayıb.
deyerler.org Tasnim-ə istinadən xəbər verir ki, əldə olunan sənədlər Ali Səudun həcc ibadətini siyasi hədəflərinə nail olmaq, regionda və dünyada təkfirçi-vəhhabi təfəkkürünü yaymaq üçün neftdən sonra əlində saxladığı digər bir vasitə olduğunu göstərir.
Əl-Axbar qəzeti bir neçə həftə əvvəl əldə edilən və hazırda üzərində araşdırmalar aparılan Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi ilə əlaqədar olan bəzi sənədləri ortaya çıxarıb.
Bu sənədlərdə 2003-cü ildən 2016-cı ilə qədər həlak olan hacıların ölkələrinə, adlarına, yaşlarına və vəfat tarixlərinə qədər hər şey yazılmaqdadır. 3121 səhifəlik bu sənədlərdə olan məlumatlara əsasən, 90267 həcc və ümrə ziyarətində olan zəvvar müqəddəs torpaqlarda həlak olmuşdur və bu müddət ərzində baş verən ən böyük faciə isə keçən ilki Mina faciəsidir.
Səudiyyə rejimi rəsmi olaraq Mina faciəsində həlak olanların sayının 769, yaralananların sayının isə 694 nəfər olduğunu açıqlasa da, dünya mətbuatındakı rəqəmlərdə həlak olanların sayının 2222 nəfər olduğu qeyd olunub.
Səudiyyə Ərəbistanı Mina faciəsilə bağlı həqiqi bir araşdırma aparmaqdan qorxur. Bu gün Mina faciəsinin üzərindən bir il keçdi, amma Səudiyyə rejimi hadisə ilə əlaqədar araşdırma aparılacağı barədə verdiyi sözə əməl etmədi, hətta bu hadisədəki məsuliyyətini belə qəbul etmədi və müsəlmanlardan üzr də istəmədi.
Hadisənin ən maraqlı tərəflərindən biri də, Səudiyyə rejimi həlak olan hacıların ailələrindən icazə belə almadan həlak olanları tez bir zamanda naməlum ərazilərdə dəfn etməsidir.
Mina faciəsindən bir həftə sonra Kral Salman Bin Əbdüləziz Səudiyyə vəliəhdi Məhəmməd Bin Nayifə bir mesaj göndərərək, onu həcc mərasimindəki müvəffəqiyyətli təşkilatçılığına görə təbrik etmişdi.
Həcc Nazirliyi rəsmilərindən hətta bir nəfər də vəzifəsindən kənarlaşdırılmadı. Məscidul Həramda baş verən kran faciəsindən bir neçə gün sonra da Mina faciəsinin baş verməsinə baxmayaraq Bender bin Məhəmməd Hicar bu günə qədər Səudiyyə Həcc Nazirliyinə rəhbərlik edir.
Səudiyyə rejimi Məscidul Həramı genişlətmə layihəsini həvalə etdiyi və kran faciəsində də məsuliyyət daşıyan Bin Laden Group-u mühakimə və cəzalandırmaq əvəzinə yeni layihələrini də bu tikinti şirkətinə verdi.
Qeyd edək ki, Ali Səud 93 ildir həcc rəhbərliyini əlində saxlayır. Yəni Səudiyyə rejiminin banisi Kral Əbdüləziz 93 il əvvəl qılınc gücü ilə müqəddəs torpaqları işğal etmiş və müsəlmanlara və hicazlılara verdiyi sözlərə əməl etməmişdir.

Комментариев нет:

Отправить комментарий