Страницы

19.02.2019

1930-cu ildə Sovet hökumətinə qarşı Şəki "üsyanının" (təşkilatçıları Kazım Qarabəkir paşa və Məmməd Əmin Rəsulzadə) iştirakçıları olan qolçomaqlar qiyam üçün yetərincə dəstək əldə edə bilmədiklərindən yoxsul kəndliləri ərzaq paylamaqla ələ almağa çalışırdılar. Onlar kəndlilərə şəkər, ərzaq paylayır və bunun guya aeroplanlarla Türkiyədən gətirildiyi haqqında şayiələr yayırdılar. Amma onlardan heç kim soruşmurdu ki, əgər Türkiyə dövlətinin belə imkanı varsa, onda nə üçün özünün acından bitki kökü gəmirən kəndlilərinə yardım etmir? Təxribatçılar havada uçuşan Sovet aeroplanlarının guya Türkiyəyə məxsus olması şayiə yayaraq əhalini inandırmağa çalşırdılar ki, Sovet hakimiyyəti bugün-sabah yıxılacaq, türklər bütün Qafqazda hakimiyyəti öz əllərinə alacaqlar və hamı yağ-bal içində üzəcək. Taxılı zəmilərdə gizlədib əhalini acından öldürən qolçomaqlar dəstələrinə yeni adamlar cəlb etmək üçün səxavət kisəsinin ağzını açıb yağ, qənd, ərzaq paylamaqda davam etsələr də onların “tələsinə” düşənlərin sayını barmaqla saymaq olardı. 30-cu illəraə 200 min əhali yaşayan mahalda qolçomaqlara heç yüz nəfər də qoşulmadı. Çünki əhali yaxşı bilirdi ki, müftə pendir ancaq tələdə olur. İğtişaş tez bir zamanda NKVD tərəfindən yatırıldı və fitnəkarlar cəzalandırıldı.

Комментариев нет:

Отправить комментарий