Страницы

19.02.2019

1937-ci illər repressiyalarının "qurbanlarından" biri də marşal Tuxaçevskidir. Məlumdur ki, bu şəxs bolşevik inqilabının qələbəsi üçün böyük işlər görmüşdür, amma 30-cu illərdə onun alman hərbi elitasıyla əlaqələri ifşa edildi və faktlarla sübuta yetirildi. İngilis tədqiqatçısı Bill Blande yazır ki, əgər Tuxaçevski vaxtında həbs olunmasaydı, elə birinci zərbədəcə faşistlər Moskvanı ələ keçirəcəkdilər. Trotski-Tuxaçevski-Hitler planına görə SSRİ-nin bir hissəsi şüurlu şəkildə Almaniyaya təslim edilməli, Stalin devrilməli, qalan coğrafiyada isə Almaniyayla təslimçi sülh müqaviləsi imzalamış revizionistlərin rejimi başda Trotski olmaqla bərqərar edilməliydi. Amma 30-cu illər repressiyası revizionistlərin planını pozdu. Bu gün bir çoxları Tuxaçevskinin oktyabr inqilabı zamanı oynamış olduğu rolu şişirdərək belə bir yanlış görüntü yaratmağa çalışırlar ki, guya repressiya ən əqidəli “Lenin qvardiyası” deyilən kommunist nəslini məhv etmişdir. Amma istintaq materialları sübut etdi ki, 20-ci illərdə inqilab üçün çalışmış bir sima 30-cu illərdə Trotskinin fitvasıyla SSRİ-nin 1/3-ni alman faşistlərinə güzəştə getməyə hazırlaşırdı. Bill Blande yazır ki, Tuxaçevskinin alman faşistlərini tərifləyən, onların yenilməzliyini mədh edən tostları Fransa qəzetlərində belə dərc olunurdu.

Комментариев нет:

Отправить комментарий