Страницы

04.02.2019

4 iyul 1930-cu ildə Otto Ştrasser və NSDAP-ı tərk etmiş digər sosialistlər Hitler hegemonluğuna qarşı “Qara Cəbhə” təşkilatı yaratdılar. Lakin Hitlerin beynəlxalq maliyyə dairələri tərəfindən dəstəklənməsi öz rolunu oynadı və “Qara Cəbhə” ona qarşı effektiv mübarizə apara bilmədi. Hitlerin 1933-cü ildə hakimiyyətə gəlməsindən sonra Otto Ştrasser qorxusundan Çexoslovakiyaya qaçdı, orada mühacir hökuməti formalaşdırmağa çalışdı. Təsəvvür edin ki, Hitlerin partiyasının yaradıcı olan bu adam 1937-ci ildə “Hitler Faşizminə Qarşı Alman Cəbhəsi” yaratdı.
 1932-ci ildə nasistlər seçkilərdə qələbə çalanda Hitler partiya üzvlərinin gözlədiyi kimi parlament fraksiyanın rəhbəri vəzifəsinə Qreqor Ştrasseri yox, öz adamı German Gerinqi qoydu. Hitler hakimiyyətdə möhkəmlənən kimi NSDAP partiyasının ilk üzvlərinin hamısını məhv etdi, partiya işlərini və qəzetləri onların əlindən aldı. “Qara Cəbhə” hərəkatının üzvləri konslagerlərə atıldılar, yalnız bir hissəsi xaricə qaçmaqla canını qurtara bildi. 30 iyun 1934-cü ildə hitlerçilər tərəfindən təşkil olanan “Uzun Bıçaqlar Gecəsi”ndə NSDAP-ın bütün solçu üzvləri öldürüldülər. Qreqor Ştrasser həbs olundu və həbsxanada güllələndi. Beləliklə partiyanı ələ keçirmiş Hitlerin iudey qrupu əsl ari mənşəli liderləri məhv edərək partiyanın tam sahibinə çevrildi.

Комментариев нет:

Отправить комментарий