Страницы

04.02.2019

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Allen Dalles alman kəşfiyyatının vacib fiqurları ilə, xüsusən general-leytenant Reynxard Qelen ilə gizli görüşlər keçirirdi. Almaniyanın kapitulyasından sonra SS zabitlərinin bir çoxu ABŞ-da məskunlaşdılar və can-başla amerikan ağalarına xidməti davam etdirdilər. Onların bir çoxu ABŞ MKİ-yə işə götürüldülər. Müharibədən sonra Reynxard Qelen amerikanların maliyyə dəstəyi ilə Qərbi Almaniyada sonradan BND adı almış kəşfiyyat orqanı formalaşdırdı. BND-nin əsas fəaliyyəti “SSRİ-nin Avropadakı aqressiv cəhdlərinə” qarşı yönəlmişdi. Alman jurnalı “Şpigel” 2013-cü il iyun nömrəsində yazırdı ki, BND yarandığı gündən ABŞ-ın maraqları dairəsində öz vətəndaşlarını güdməklə məşğul olmuşdur, yəni faktiki olaraq ABŞ Milli Təhlükəsizlik Agentliyinin filialı rolunu oynamışdır. Qelen və ətrafındakı zabitlər amerikanların maliyyə dəstəyi ilə “Azad Avropa Radiostansiyası” yaratmışdılar və SSRİ-yə qarşı masştablı iş aparırdılar.

İbrahim Sel, “Xolokost yalanı”

Комментариев нет:

Отправить комментарий