Страницы

24.02.2019

Bir daha vahhabi murdarlığı barədə

Səud bin Əbdüləziz əl-Səud: "Bizim fikirlərimizi qəbul etməyən hər kəs öldürülməlidir!"
İbn Teymiyyə: "Bütün qeyri-müsəlmanlar öldürülməlidir!"

Vahhabiliyin ideoloqu olan İbn Teymiyyə müsəlmanların qətlə yetirilməsi haqda belə yazır: "Haram aylar başa çatanda müşrikləri (qeyri-müsəlmanlar da bunlara şamildir) tapdığınız hər yerdə qətlə yetirin... Tövbə edərlərsə, namaz qılarlarsa və zəkat verərlərsə onları buraxın. Bu cür xitab müşriklərin hamısını əhatə edir, sadəcə tövbə etmələri, namaz qılmaları və zəkat vermələri halında onları qətlə yetirməkdən imtina edə bilərsiniz- onların əsasən müşrik və ya mürtəd olmalarının fərqi yoxdur".
1953-1964-cü illərdə Səudiyyə Ərəbistanının kralı olan Səud bin Əbdüləziz əl-Səud deyir: "Bizim fikirlərimizi qəbul etməyən hər kəs öldürülməlidir!" Bu adam səudiyyəlilərin ən çox cinayət törədən padşahlarından biri kimi tarixə düşmüşdür. Səud Bin Əbdüləziz əl-Səud vahhabilər kimi düşünməyənlərə hücum etmək haqqında belə deyir: "Məhəmməd bin Abdülvahhabın oğlundan vahhabilərin imaməti (başçılığı) altında olmayan və vahhabi dövlətinin inanclarına sahib olmayanlar haqqında "Görəsən onların torpaqları küfr torpaqlarıdırmı və Hərbi Kafir hökmündədirlərmi?" soruşanda belə cavab verir: "Əgər bizim tövhid dəvətimiz ona çatdırıldığı halda Allaha şərik qoşmağa və İslamın vaciblərini tərk etməyə davam edirsə, biz bu şəxsi kafir olaraq bilirik, onunla döyüşəcəyik və hətta evinə də hücum edəcəyik".
Buna əsasən, vahhabilik hökmlərinə görə, onların fikirlərini qəbul etməyən hər kəs öldürülməli və onunla mübarizə aparılmalıdır! Hətta hansısa araşdırma aparılmasına da icazə verilmir.
Artıq bu gün vahhabilik ideyasının öndəgələnləri olan İbn Teymiyyə və Məhəmməd Bin Əbdülvəhhab bunlara çata bilmir. Əgər Avropada bir ölkə İslam qanunları tətbiq etməsə, onların qadın və qızları kəniz hökmündədir! Ərəbistan rəsmi fətva mərkəzi də bu fikri rəsmən elan edib. Ərəbistanın fətva mərkəzi deyir: "Küfr diyarı, bəzən fiqhi olaraq hərb diyarı kimi də adlandırıla bilər- biz onların qızları ilə evlənməyi eybli görürük! Ümumiyyətlə, Avropa ölkələrinin çoxu, xüsusilə də Qərbi Avropada insan hüquqlarına geniş yer verilmişdir, elə isə əgər bu ölkələrin qanunlarında müsəlman olan bir kəsə öz dinini və uşaqlarını qorumaları üçün icazə verilmiş və imkan yaradılıbsa, oraları hərb torpaqları kimi qəbul edə bilmərik. Əks təqdirdə isə onlar hərb torpaqlarıdır, qadın və qızları hərb qızları sayılmalı və müşrik qadınlarla evlənmənin haram olduğuna dair fətva onlara da tətbiq edilməlidir (yəni cariyə olmalıdırlar)".

Комментариев нет:

Отправить комментарий