Страницы

19.02.2019

Elməddin Əliyev:
-Putin əvəzolunmaz bir liderdir və tarixi şəxsiyyətdir. O Rusiyanı diriltdi, bu da keçmiş Sovet respublikaları xalqlarının NATO hərb maşını tərəfindən genosid olunmasının qarşısını aldı. Tarix göstərdi ki, Rusun yaratdığı Sovet hökuməti olmasaydı, indi mədəniyyətimiz də, milli mentalitetimiz də məhv olmuşdu. Dəyərlərimizi Rusun hesabına qoruyub saxlamışdıq. Müstəqil olan kimi reqress başladı. Baxın, pozğunluq baş alıb gedir, xalq bir tikə çörəyi qazanmaq üçün zülm çəkir. Nə üzlə Rusa qarşı çıxırlar, anlamaq olmur. Mediamızda Rusiyaya qarşı aparılan təbliğatı başa düşmürəm. Bir çalışmalıyıq ki, Rusiya ilə münasibətlərimiz yaxşı olsun. Çünki xilasımız Rusiya ilə bağlıdır.

Комментариев нет:

Отправить комментарий