Страницы

21.02.2019

Kolxoz elə bir sosialist təsərrüfat modeli idi ki, hər bir kolxozçu ailəsinin hərtərəfli təminatını qarşılaya bilirdi. Kolxozun hesabına kəndlərdə həkim məntəqələrindən doğum evlərinə qədər hər bir səhiyyə, mədəni iaşə və tədris ocaqları kolxozçuların xidmətindəydi. Kolxoz təsərrüfatları inkişaf edib zənginləşdikcə kənd əhalisinə göstərilən bu xidmətlərin çeşidi və keyfiyyəti də yüksəlirdi. İnkişafa gəlincə isə kolxoz-sovxoz təsərrüfatları liberalların iddia etdiyinin əksinə olaraq həmişə dinamik inkişaf edən sahə olmuşdur. Məsələn, 1932-37-ci illər ərzində hər bir kolxozun gəliri 6 dəfə, hər bir kolxozçu həyətinə düşən gəlirsə 3 dəfədən çox, hər bir əməkgününə düşən pul 4 dəfəyə qədər artmışdır. Kolxozun təsərrüfat üstünlükləri barədə dediyimiz faktlar ola bilsin ki, oxucunu yorar və o dövr haqqında daha çox qiyabi təəssurat yarada bilər, ancaq hazırda Bakıdan 220 km məsafədə olan İvanovka kəndinə getsəniz, bunu birbaşa öz gözlərinizlə görərsiniz. 1990-2000-ci illərdə Azərbaycan kəndlərindən işsizlik və yoxsulluq səbəbiylə gənclərin xarici ölkələrə və paytaxta kütləvi köçü başlayanda İvanovka kəndi yeganə təsərrüfat idi ki, mənfəətlə işləyirdi və heç kəs bu kəndi tərk etmədi. Bu gün İvanovka kolxozu milyonlarla manat dövriyyəyə malik varlı təsərrüfatdır və bütün kənd əhalisini daimi işlə təmin edır.

Комментариев нет:

Отправить комментарий