Страницы

15.02.2019

"Maraqlı səslənən" elə antisovetçilərin, antistalinçilərin yaydığı yalanlardır

O gün cənab Rəsulzadənin cənab Hitlerə xidmət etməsini, digər əlaqəli mövzuları da qataraq bir yazı yazmışdım. Bir nəfər belə bir şərh yazıb: "Maraqlı və fərqli səslənir. Gələn səfər belə bir yazılar yazanda sitat və referansları qoymağı unutmayın, admin... Unutmayın ki, hansı hissənin öz şəxsi düşüncəniz, hansı hissənin isə rəsmi təsdiqli məlumat olduğunu izləyicilər bilsin... Hər kəs istədiyi şəxsi sevməkdə və ideologiyasını qorumaqda azaddır..."
İlk baxışdan normal, mədəni, etik bir şərhdir. Amma ilk baxışdan. Liberal dəsti-xəttidir. Bacarırlar bunu.
Amma onun mədəni görsənən şərhinin məzmunu budur: "Sübut yoxdur, çünki mənbə göstərilməyib, sadəcə maraqlı və fərqli səslənə bilər. Bu yazı belə heç nəyi dəyişmir, Rəsulzadənin Hİtlerə xidmət etməsi də heç nəyi dəyişmir- sevilməlidir və seviləcək!"
Mən hər halda bu yazının heç nəyi dəyişməyəcəyini bilirəm. Vaxt vardı biri, misal üçün, "biz düz yerdə yaşamırıq, planetdə yaşayırıq" deyirdi, heç kim inanmırdı. Deyən də bilirdi ki, onun fikirləri nəyisə dəyişmir. Amma yenə də bildiyi həqiqəti deməyə davam edirdi.
Mən nə etməliyəm; hər səsləndirdiyim fikri notarial qaydada təsdiq edilmiş sənədlə sübut etməliyəm? Məmmədəmin bəyin Adolf bəyə xidmət etməsi haqda Hitlerin imzasıyla arayış təqdim etməliyəm?
Həmin şərhçinin özünə də yazdım: burjua KİV-ləri hər gün min cür yalan yazır, yayır və heç bir sağçı və liberal "mənbə", "rəsmi təsdiq" və s. tələb etmir. Misal üçün, biri yazır ki, "Stalin 20 milyon günahsız adam öldürüb". Həmin söhbət dəfələrlə yazılır, yayılır, bircə "20 milyonu" gah "80 milyon", gah "100 milyon" edirlər... Heç kim də heç kimdən sübut tələb eləmir.
Lap elə sosial şəbəkədə.... Səhifəmiz yaranan ilk gündən məndən hər səsləndirdiyim fikrə görə sənəd-sübut tələb edirlər. Nə var nə var "fərqli səslənir". İndi kimsə manqurt istehlakçı sürüsünə total şəkildə yedizdirilən yalanlara zidd fikir yazıramsa, bu o demək deyil ki, "maraqlı səslənir". Bəlkə "maraqlı səslənən" elə antisovetçilərin, antistalinçilərin yaydığı yalanlardı?
Bütün səhifələrdə dolaşıb "rəsmi sənədli sübut" tələb edirsiz?
Burda eləməyin. Ona görə yox ki, kiminsə mənim yazdıqlarıma şübhə ilə yanaşması qüruruma toxunur. Sadəcə hər kəs bilməlidir ki, mən publisistik janrda yazıram və istinad etdiyim sitatların, məlumatların mənbəsini göstərməyə ehtiyac yoxdur.
Yazdığım fikirlərin, məlumatların düzgünlüyünün məsuliyyətini bilirəm, yazdıqlarıma cavabdehəm. Bunu bilməyiniz kifayətdir. Yoldaşlar məndən bir sürü mövzuyla bağlı yazılar istəyir. Bircə o çatmır ki, mən bir də mənbə siyahısı tutmağa vaxt itirim...
Şərhçinin məntiqi ilə hər kəs elə Hitleri də, nasizmi də sevə və müdafiə edə bilər.
Ona görə də, bu neoliberal yanaşma ilə planetdə heç vaxt rahat bir gün olmayacaq. Çoxluq üçün. İşçi sinfi üçün. Sadə insanlar üçün.
Şəkil "əsl kapitalizmin" cənnət məkanı Mançesterdə çəkilib.
Yəni, kapitalizmi, sağçı-liberal ideologiyaları müdafiə etmək normaldı.
Hər kəs istədiyi ideologiyanı və lideri sevə bilər. Amma hər kəsin canı çıxsın, öz mövqeyini əsaslandırsın. Elmlə, məntiqlə, arqumentlə, doğru-düzgün məlumatlarla.
Ya da ən azından desin: "Rəsulzadə Hitlerə xidmət etməkdə əla edib. Mən də faşistəm. Faşist olmasam da, sosializmə qarşı vuruşmaq üçün faşistlərlə ittifaq yarada bilərəm".
Ya da: "Kapitalizm mənə sərf edir; mən fırıldaqçıların və mənəvi fahişələrin at oynatdığı sosiumda rahatam, özümü suda balıq kimi hiss edirəm"...

Ekososialist

Комментариев нет:

Отправить комментарий