Страницы

19.02.2019

Rahib Hətəmov:
-İndi moddadır, bəzi türk irqçiləri Soveti ağına-bozuna baxmadan təhqir edirlər. Səbəb kimi niyə bizim Türk adımızı ləğv etdi və s. Halbuki Sovet rejiminin 1937-ci ildə Türk milləti yerinə Azərbaycan milləti yaratması ən çox Azərbaycan türklərinin xeyrinə olmuşdur. Sovet dönəminin bir üstünlüyü də o idi ki, indiki Azərbaycan dili yaradıldi. 1937-ci ilə qədər şairlərin çoxu- Hüseyn Cavid, Məhəmməd Hadi, Mikayil Müşfiq, Almas İldirim, hətta Səməd Vurğun ədəbi dil kimi Osmanlı ləhcəsini işlədirdi. Bunu da sadə kəndli, fəhlə anlamırdı. Xalqla ədəbiyyat xadimləri arasında uçurum yaranmışdı. Stalinin məlum Azərbaycan xalqının formalaşması haqda bəyanatından sonra bütün şairlər xalqın anlayacağı sadə, indi danışdığımız Azərbaycan dilində yazmağa başladılar. Dilimizin intibah dövrü başladı. Bir-birinin ardınca Səməd Vurğun, Rəsul Rza, Hüseyn Arif, Osman Sarıvəlli, Süleyman Rüstəm, Mirvarid Dilbazi kimi şairlər bu dilin gözəlliyindən, axıcılığından, poetikasından istifadə edib dəyərli əsərlər yaratdılar. Səməd Vurğun bu dildə "Aygün" poeması yaratdi. Stalinin həmin qərarı xalqımız üçün böyük töhfə oldu.

Комментариев нет:

Отправить комментарий