Страницы

28.02.2019

Rusiyanın hədəf aldığı ABŞ mərkəzləri

Rusiya prezidenti Vladimir Putin Rusiya donanmasının sualtı qayıqlarının 3M22 Zircon (SS-N-33) tipli hipersonik raketlərlə təchiz ediləcəyinin mesajını verdi. Putin ABŞ tərəfindən Rusiyaya qarşı adi bir hərəkətlilik olacağı təqdirdə, bu raketlərin ABŞ-ın önəmli obyektlərini hədəf alacağını bildirdi.
qaynarinfo.az xəbər verir ki, “Russia-1” dövlət kanalı prezidentin açıqlamasının ardından hədəf siyahısında olan ABŞ mərkəzlərinin adlarını açıqlayıb. Sözügedən siyahını təqdim edirik:
1. Pentaqon.
2. ABŞ baş qərargahı.
3. Devid kampı (ABŞ nazirlərinin istirahət və tətil yeri).
4. Raven Rock Dağ Kompleksi (sığınacaq və əlaqə mərkəzi).
5. Fort Ritchie (Raven Rock Dağ Kompleksi üçün dəstək verən baza).
6. McClellan Hava Qüvvələri Bazası (Kaliforniya)
7. Cim Krik Hərbi Rabitə Mərkəzi.
Bir rus sualtı qayığının birdəfəyə 40 ədəd 3M22 Zirkon tipli raket daşıya biləcəyi qeyd olunur.

Комментариев нет:

Отправить комментарий