Страницы

19.02.2019

Yusif Vəzir Çəmənzəminli M.Ə.Rəsulzadənin, Topçubaşovun yaxın silahdaşı olmuş, Müsavat hökuməti devrildikdən sonra belə illərlə Müsavatın Türkiyədəki səfiri vəzifəsini ifadə etmiş, onların xalqın qanı ilə alver edib xaricdə lüks içində yaşadıqlarını gördükdən sonra Müsavat firqəsinə tüpürərək Sovetlər ölkəsinə qayıtmışdır. O yazır ki, Azərbaycanda təşkil etdikləri fitnələrin və diversiyaların müqabilində xarici dövlətlərdən alınan vəsait tezliklə mühacirlər arasında parçalanmaya səbəb olmuşdu. Çünki Rəsulzadə, Topçubaşov, Xəlil bəy Xasməmmədov bu pulları mənimsəyərək öz lüks həyatlarına xərclədikləri halda digər mühacirlərə heç 1 dollar da vermirdilər. Çəmənzəminli yazır ki, onun öz yanında mühacirlər dəfələrlə Xəlil bəy Xasməmmədovu döymək istəmiş, onunla əlbəyaxa olmuşdular. Çəmənzəminli belə bir epizodu xatırlayır ki, bir dəfə Topçubaşovun əlinə yenə “millət naminə” böyük pullar keçmişdi. O mənə təklif etdi ki, İstanbul səfiri işini Xəlil bəy Xasməmmədova təhvil ver, sonra isə qərarını dəyişərək bildirdi ki, ad Xəlilbəyin olsun, işləri sən apar. Sonradan mənə məlum oldu ki, Topçubaşov Xəlil bəyə “səfir” vəzifəsinə görə ayda 15 milyon frank maaş yazır və bununla da “səfirliyin” saxlanma xərcini süni surətdə şişirdərək qrant pullarını mənimsəyir. Sonra Çəmənzəminli yazır ki, qardaşımın vəziyyəti çox ağır idi, hər gün irəliləyən vərəm azarı onu ölüm döşəyinə salmışdı. Eşitdim ki, yenə Topçubaşovun əlinə “millət naminə” böyük pullar keçib, məktub yazıb qardaşımın dərdini ona anladıb yardım etməsini xahiş etdim, amma cavab gəlmədi. Sonra yaşadığı Senklo villasına yollandım və “mən şəxsim üçün heç bir şey təmənnasında deyiləm, fabrikdə çalışaraq həyatımı təmin edirəm, xəstə bir azəri türkü üçün yardımınızı əsirgəməyin” dedim. Amma Topçubaşov pulu olmadığını söyləyib yardım xahişimizi rədd etdi, Rəsulzadə isə sadəcə 3 dollar göndərdi. (Y.V.Çəmənzəminli, əsərləri, 3-cü cild, Bakı, 1977).
İndi siz fikir verin, xarici dövlətlərdən alınan qrant pulları ilə villalarda yaşayıb kurortlarda istirahət edənlər öz silah yoldaşlarının müalicəsi üçün heç qara qəpiyə də qıymadılar və nəticədə sözügedən şəxs xəstəlikdən öldü. Öz dostlarından, silahdaşlarından qəpik-quruşu əsirgəyənlərin guya millət naminə “əzablı” mühacir həyatı yaşadıqlarıyla bağlı medianın uydurduğu sentimental hekayələr adamda acı ikrah hissindən başqa heç bir hiss doğurmur. 

Комментариев нет:

Отправить комментарий