Страницы

27.03.2019

İsrailli general: Bizim döyüşməyə həvəsimiz qalmayıb

İşğalçı İsrail ordusunun ehtiyatda olan generallarından biri Tsvika Foqel bəyan edib ki, İsrail rəhbərliyində yarıtmazlıq davam edəcəyi təqdirdə HƏMAS-ın İsraili məhv edəcəyi gün tezliklə gəlib yetişəcək.
Felestin.info QNN-ə istinadla xəbər verir ki, bu barədə o, "İsrael Today" qəzetində dərc etdirdiyi məqaləsində yazıb.
Sionist generalın fikrincə, İsrail öz döyüşmək iradəsini hələ uzun illər öncə itirib, həmçinin İsrail döyüşlərdə qalib gəlmək üçün lazım olan cəsarətdən də məhrum olub.
Briqada generalı Foqel yazıb ki, HƏMAS İsrailin "Dəmir qübbə"sinin bütün raketləri zərərsizləşdirməkdə aciz olduğunu yaxşı başa düşür.
Onun sözlərinə görə, HƏMAS İsraili cavab zərbələrilə təhdid edəndə yaxşı başa düşür ki, İsrail itki verməkdən çox qorxur. Xüsusilə İsraildə ümumxalq seçkilərinin yaxınlaşdığı ərəfədə İsrail daha çox təşviş içindədir.

Комментариев нет:

Отправить комментарий