Страницы

05.03.2019

Rusiya Talışların əleyhinədir?

Seyfəddin Talışıstani

Azərbaycanda məhz Rusiyaya görə Talışdan qorxurlar

1. İlk talış regional və yerli mədəni müxtariyyətlər hansı ölkədə yarandı? Cavab: Rusiya.
2. Hansı ölkədə bir talış Prezident yanında şuraya daxil edildi? Cavab: Rusiya.
3. Talışstan radiosunun verilişləri harda hazırlanır? Cavab: Rusiya.
4. Talışların "OTV" telekanalı hansı ölkədə fəaliyyət göstərir? Cavab: Rusiya.
5. Talışlar hansı ölkədə küçə yürüşlərində, bayramlarda maneəsiz öz milli bayrağını rahatca qaldırır və digər xalqları bu bayraqla tanış edir? Cavab: Rusiya.
6. Talışlar hansı ölkədə Novruz şənliyini müstəqil ayrı bir xalqı kimi öz bayrağı ilə qeyd edir və onlara ayrıca stendlər verilir? Cavab: Rusiya.
7. Hansı ölkədə talış idmançıları öz bayraqlarını qaldıra bilir? Cavab: Rusiya.
8. Hansı ölkədə talış fəalları yerli televiziyaya çıxıb sözünü deyə bilir mədəniyyətini təbliğ edə bilir? Cavab: Rusiya.
9. Hansı ölkədə talışlar öz himnini və bayrağını Moskvanın mərkəzində Dövlət Kilsəsinin təklifi ilə ruslar üçün müqəddəs olan kilsədə nümayiş etdirir və ora hətta prezidentin əmisi oğlu Aleksandr Putin gəlir? Cavab: Rusiya.
10. Hansı ölkədə tanınmış xəbər saytları və agentlikləri talışlar üçün meydan verir? Cavab: Rusiya.
11. Hansı ölkədə talışlar maşınlarla küçə yürüşləri keçirir? Cavab: Rusiya.
12. Hansı ölkədə 300 minə yaxın talış çörək pulu qazanır? Cavab: Rusiya.
13. Hansı ölkənin vəzifəli şəxsləri talış diasporasının nümayəndələri ilə görüşür, onların dediklərinə qulaq asır? Cavab: Rusiya.
14. Hansı ölkədə talışların müxtəlif dövlət mərasimlərinə dəvət edirlər? Cavab: Rusiya.
15. Hansı ölkə talışların fəaliyyəti üçün yaşıl işıq yandırıb və mane olmur? Cavab: Rusiya.
Bu siyahını uzatmaq olar... Və bu belə də davam edəcək. Heç kəs Rusiyada talışa bir söz demir- əgər onun fəaliyyəti dövlət maraqlarına zidd deyilsə. Rusiya öz talışlarını heç kəsə verməz. Rusiya Azərbaycandan hər nəyi istəsə, talışsız da alar və alır da. Dəfələrlə də alıb və alacaq. Talışın qiyməti başqadır- onun qiyməti yoxdur. Talış Rusiyanın Qafqazda strateji təhlükəsizliyidir. Başa düşün. Dəlidir özünü vursun? Bunu ancaq Rusiyanın daxilində xain qüvvələr edə bilər. Amma dövlət ayıqdır. Ona görə də baş verən hadisələr təbiidir.
Azərbaycandan sionist rejiminin Talışa qarşı dəfələrlə etdiyi təzyiqlərin qarşısnı Rusiya hökuməti alıb başda prezident olmaqla. Bilin bunu. Azərbaycanda məhz Rusiyaya görə Talışdan qorxurlar. Bəziləri isə Rusiyada talış diasporasının əməyini yerə vurmaq istəyir. Rusiyaya qarşı təbliğat aparanların deyəsən bir çox şeylərdən xəbəri yoxdur. Bəziləri hay-küylə gedir, bəziləri öz siyasi cahilliklərinə görə belə edir, bəziləri isə sionist rejimin dəyirmanına su tökür, bəziləri isə sadəcə hansısa qüvvələrin qabağına xal qazanır. Bəziləri isə sadəcə çaşıb. Bir misal gətirim. Suriya prezidenti Bəşər Əsədi Ərdoğan kimi tülkü uzun müddət qardaş deyə-deyə aldatmaq istəyirdi. Türkiyə, ABŞ, İsrail və Avropa onun Rusiya və İranla müttəfiqliyini pozması üçün iş aparırdı. Buna nail olsaydılar Bəşər Əsəd getmişdi. Suriya yox idi, ölkə terrorçu qrupların arasında bölünmüşdü. Talışları da öz əsas müttəfiqlərindən uzaqlaşdırmaq istəyirlər ki sonra tamamilə məhv etsinlər və birdəfəlik bu məsələ bağlansın. Görmürsüz bunu? Bir nəfərə görə, dünyanın ən güclü dövləti ilə düşmən olmaq istəyənin ağlı yoxdur. İndi o bir nəfər nəyə görə Bakıya verilib, onu sonrakı yazılarda bildirəcəm. İsrailin talışların başına gətirdiyi oyunlara görə belə itkilər və qurbanlar olur. Onlara aldanıb oyunlarına girənin axırı da pis olur. Hələ bir İrana da dil uzadırlar. Düşmən olun Rusiya ilə də, İranla da. Kiminiz qalır? Allah xalqlara vasitələrlə yardım edir. Sizə ağıl verib ki mürəkkəb sınaqlardan ağılla keçəsiz. Pantürklərin Türkiyəsi var, hakimiyyəti var, İsraili var, Britaniyası var... Siz də hamıya daş atın, oturun bir nəfərə görə. Elə sizi bu tələyə salmaq istəyirlər, ay talışlar. Belə təxribatlara uymayın. Müdrik olun! Hətta İran kimi regionun qüdrətli Amerikaya kəllə vuran dövlətİ Rusiya ilə müttəfiq olmaq istəyir- burda bəziləri isə Rusiyaya şıllaq atır. Ağlınızı başınıza yığın! Bəsdir tarixi səhvlər elədik!

Комментариев нет:

Отправить комментарий