Страницы

26.04.2019

Avrasiyaçılığa məhz Duqin və Putinin fəaliyyəti yeni nəfəs verir

Bəhruz Salmanov

Günümüzdə geniş müzakirələrə səbəb olan və Atlantizmin, əsasən də Amerika liberalizminin ciddi rəqibinə çevrilmiş Avrasiyaçılıq ideologiyası getdikcə daha çox populyarlaşır və maraq doğurur.
SSRİ dağıldıqdan sonra Rusiya böyük tarixi keçmişi və siyasi qüdrətinə rəğmən bir müddət ideologiyasız qaldı. Ölkə siyasi, iqtisadi, demoqrafik cəhətdən böhran içində boğulurdu. Bu vəziyyət 1990-cı illərin ortalarına kimi davam etdi.
Bu mərhələdən sonra Rus xalqının mütəfəkkirləri yeni, daha geniş ərazilərdə mövcud olan xalq kimliyinə qayıdışı seçdilər. Bu, Rusiya dövlətinə öz qüdrətini qaytaran və hələ ki uğurla addımlayan Avrasiyaçılıq ideologiyasıdır.
Artıq son illərdə Avrasiyaçılıq artıq müxtəlif layihələr şəklində ixrac olunmağa başlayıb. Belə layihələrdən biri də Avropa Birliyi Şərq tərəfdaşlığı proqramları ilə genişlənməyə start verən Qərbi ciddi narahat edən Gİ -Gömrük İttifaqı hesab olunur.
Ümumilikdə son illərdə Avrasiyaçılıq genişlənmə, bölgənin digər ölkələrinə yayılma xətti tutub. Bununla da Qərbçiliyə qarşı kontur ideologiyaya çevrildiyi üçün böyük diqqətə və marağa səbəb olub.
Avrasiyaçılıq ideologiyasının necə meydana gəlməsi və Rusiyanın belə surətli inkişafına, oyanışına dəstək verməsi dünyada maraq oyatmaya bilməz. Mövzunun Azərbaycanda da maraq doğurduğunu nəzərə alaraq Avrasiyaçılığın əsas xətləri və fikirləri barədə məlumat verməyi qərara aldıq.
Avrasiyaçılıq - Rusiyada özünü rusdillilərin köçəri tayfa imperiyaları (ilk olaraq da Çingiz Xan Monqol-Tatar İmperiyası) ilə birgə mədəniyyətinin varisi hesab edənlərin fəlsəfi-siyasi istiqamətidir.
Adətən Avrasiyaçılğın mənbəyini slavyanofil adətlərə çıxarırlar, amma Avrasiyaçılığın slavyanofillikdən fərqli ciddi iddialarını görmək olar.
Avrasiyaçılar slavyan mədəni-tarixi tipinin mövcudluğunu inkar edirlər. Onlar hesab edirlər ki, ruslarla tarixi taleylə bağlı olan turan xalqlarının mədəniyyəti rus mədəniyyətinə daha yaxındı, nəinki qərb slavyanlarının (çex, polyak) mədəniyyəti. Rus mədəniyyətində olan icma formasını tarixi və keçid hal kimi qəbul edərək, dövlətin modernləşməsi zamanı bu formanı üstələmək fikrini dəstəkləyirlər. İqtisadiyyatda şəxsi təşəbbüsü daha məqbul və effektiv hesab edirlər. Bununla belə, kapitalizmi qəbul etmir və şəxsi mülkiyyətin dövlət mülkiyyətinə qatılmasının tərəfdarıdırlar.
Avrasiyaçılar həmçinin panslavyanlıq siyasi proyektindən də imtina edirlər. Onlar 1939-cu ildə SSRİ ərazisini əhatə edən “Federativ Avrasiya” dövlətinin yaranmasını arzulayırlar. Yeganə fərq ondadır ki, bu əraziyə Monqolustan da daxil idi.
Nikolay Trubetskoyun müəllifi olduğu “Avropa və insanlıq” adlı kitabının 1920-ci ildə Sofiyada nəşr olunmasını rusiyalı immiqrantlar arasında yaranan Avrasiyaçılıq siyasi cərəyanının ilk addımı hesab etmək olar. Qeyd olunan kitab avrosentrizmin Rusiya üçün məhvedici olması fikri və Pyotrun Avropaya pəncərə açmasını tənqid etməsi ilə yadda qalır. Eyni zamanda müəllif inqlabın Rusiyanın siyasi istiqamətini səhv dəyişdirməsi fikri ilə diqqəti cəlb edir.
Trubetskoyun avrasiyaçı təşkilatı ilk dəfə 1921-ci ildə “İsxod Vostoka” (Şərqin çıxarışı) adlı qəzet nəşr edir. Təşkilatın təsisçisi kimi dörd nəfərin adı qeyd olunur:
1. Nikolay Serqeyeviç Trubetskoy (Böyük Rus filosofu, Moskva Universitetinin seçilmiş ilk rektoru Serqey Nikolayeviç Trubetskoyun oğlu).
2. Pyotr Pyotroviç Suvçinskiy – musiqi tənqidçisi.
3. Pyotr Nikolayeviç Savitskiy – iqtisadçı (Struvenin tələbəsi, müvəqqəti hökümət zamanında XİN-nin iqtisadiyyat depatamentinin rəhbəri olub).
4. Georgiy Vasilyeviç Florovskiy – filosof.
Ərazi baxımından bu ideologiya təkcə Avropa və Asiya deyil, Mərkəzi Avropa, Sibir və Türkistan adlanan əraziləri də əhatə edir.
Onlara görə, bir tərəfdən Avropa, digər tərəfdən Çin səddi və onun arxasında olan Çin, Hindistan,Yaponiya və s. ölklərin arasında yerləşən ərazini Avrasiya materikinin sakral (müqəddəs) ərazisi hesab etmək olar.
Bu ərazilər bəzi yazılarda rus sivilizasiyasının mənəvi vətəni kimi də qeyd edilir (Skiflərlə bağlı yazılarda belədir).
Nikolay Trubetskoy ilk dəfə 1925-ci ildə elan etdi ki, Rusiya Kiyev Rusiyasının deyil, Monqol İmperiyasının varisidir. Rusları və köçəriləri sədaqət, qəhrəmanlıq, mənəvi ierarxiyaya və dünyanın ali başlağıcına inam ideyasına əsaslanan xüsusi təfəkkür və daxili bir etiraf birləşdirir. Bu dəyərlər Avropanın merkantilizmi və meşşanlığı ilə ziddir.
Avrasiyaçılıq qərbçiliyə qarşı yenilənmiş bir antitezisdir. Avrasiyaçı Pyotr Savitskiy bu dünyagörüşə “ideokratiya” (insan həyatının ali ideyalara tabeçiliyi) və “yerli inkişaf” (yaşayış boşluğu) nəzəriyyələrini gətirməklə onu zənginləşdirmişdir.
Hal-hazırda Avrasiyaçılıq hərəkatına axın sürətlə artmaqdadır.
Qeyd edək ki, Avrasiyaçılğa yeni maraq dalğası L.N.Qumilyovun yaradıcılığı ilə bağlı 20-ci əsrin 80-cı illərindən başlanmışdır. Qumilyov Pyotr Savitskini şəxsən tanıyır və onunla məktublaşırdı. O özünü “sonuncu avrasiyaçı” adlandırırdı.
Qumilyov avrasiyaçılığa müxtəlif təbiətləri olan ərazilərdə yaşayan, lakin bir bütövlükdə birləşən “superetnos” mülahizəsini irəli sürməsilə yenilik gətirmiş oldu.
Avrasiyaçılğın digər mütəfəkkiri müasirimiz olan professor Aleksandr Duqindir.
Duqin avrasiyaçılığa “üçüncü yol” (kapitalizm və sosializmin birləşdirilməsi), geopolitika (“Avrasiyaçılıq - atlantik anqlo-saks talassokratiyasının ABŞ və NATO-suna müqavimət göstərən tellurokratiyadır”) və Sovet konservatizmini (SSRİ-Avrasiya) gətirmişdir.
Hal-hazırda Avrasiyaçılığa məhz Aleksandr Duqin və Vladimir Putinin fəaliyyəti yeni nəfəs verir.
Rusiyanın daxili və xarici siyasətində aparılan islahatlar avrasiyaçılığın mərhələli şəkildə tətbiqindən xəbər verir.
Rusiyada baş qaldıran Avrasiya Hərəkatı gələcək inteqrasiya ilə bağlı həmtəsisçi ölkələrin (Belarusiya, Qazaxıstan, Rusiya) iştirakı ilə inteqrasiyanın 5 prinsipini hazırlamışdır. Maraqlıdır ki, həmin prinsiplərin “Çingiz xanın 5 hökmü”dən götürüldüyü iddia olunur:
1.Mədəniyyət plüralizmi;
2.Kollektiv təhlükəsizlik;
3.Ümumi iqitisadi məkan;
4.Qanunun aliliyi;
5.Mənəvi (ruhani) dəyərlərin aliliyi.
Avrasiya ideologiyası - postsovet xalqların son ümid yeridir. Keçmiş Sovet məkanının zavallı xalqları Rus təhlükəsizlik çətiri altında yenidən birləşəcəklər. Həmin gün uzaqda deyil. Bir Sovet lozunqunda deyildiyi kimi, “Все для фронта, все для победы!”

Комментариев нет:

Отправить комментарий