Страницы

21.04.2019

Firudin Gilar Bəg:
-“Kitabi Dədə Qorqud” dastanının Azəri türklərinin müqəddəs kitabı olmasını dünya alimləri artıq təsdiq etmişlər. Deməli, biz ən qədim abidəmiz sayılan bu kitabdan geninə-boluna istifadə edə bilərik. Bu abidəni oxumuş hər kəs təsdiq edə bilər ki, bu kitab da digər qədim abidələr kimi yarı mistik, yarı tarixi abidədir. İnsanın Allahla, Əzraillə söhbətləri, möcüzə göstərmək xüsusiyyətləri, qeybdən xəbər vermək qabiliyyəti bu kitabın, ən qədim yazılı abidələr olan Misir yazıları, “Odisseya”, “Tövrat” və s. kimi müqəddəs kitablar sırasında olduğu deməkdir. Deməli, istər-istəməz biz bu kitabın digər qədim yazılarla əlaqəsinə də fikir verməliyik.

Комментариев нет:

Отправить комментарий