Страницы

06.04.2019

Liviyalı marşalın ordusu paytaxtı tutdu

Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun döyüşçüləri Tripolinin cənub-qərbindəki bir neçə rayonu tutub.
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb. “Hazırda şəhərin küçələri boşalır. Görünür, demək olar ki, bütün sakinlər şəhəri tərk etməyi seçiblər. Artıq bir neçə rayon Liviya Milli Ordusu tərəfindən tutulub”, - Liviya Milli Ordusuna yaxın mənbə bildirib.
Ordudan verilən məlumatda həmçinin hələlik bölgədə qarşıdurmaların yaşanmadığı və sadəcə dəstələrin xırda hücumlar etdiyi qeyd olunub.
Tripoliyə nəzarət edən Milli Razılıq hökuməti ona tabe olan qoşunları döyüş hazırlığı vəziyyətinə gətirib.
BMT Baş katibi Antonio Quterreş Liviya ordusunun rəhbəri Xəlifə Haftarın hücumuna rəğmən, Liviyanın paytaxtı Tripolidən Tobruk və Benqaziyə gedəcək. Bu məlumatı Quterreş öz Tvitter səhifəsində paylaşıb. “Mən Tripolidən Tobruk və Benqaziyə uçacağam. Mənim hədəflərim əvvəlki kimi qalır. Biz hərbi qarşıdurmadan qaçılmasına çalışırıq. Mən yenidən təkrar edirəm ki, Liviya böhranının hərbi həlli yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Xəlifə Haftarın paytaxtın terrorçulardan təmizlənməsi və şəhərin 48 saat ərzində azad edilməsi ilə bağlı əmr verdiyi bildirilmişdi.

Комментариев нет:

Отправить комментарий