Страницы

20.04.2019

Qədim Misir kitabəsindən mətn: “Əsilzadələr paytaxtının düşmənlərini qırın”

Baxın! Od yüksəyə qalxmışdır. Onun alovu ölkənin düşmənlərindən gəlir. Əmələ gələ bilməyən işlər həyata keçmişdir. Şahlıq görməmişlərin əlindədir. Yalnız yerə su tökənlər bədbəxtlik vaxtı güclənmişlər. Onlara müqavimət göstərmək mümkün deyil. Alçaq adamlar güclülərin əmlakını alırlar. Özünə tabut düzəldə bilməyənlər indi məqbərə sahiblərinə çevrilmişlər. Özünə koma tikə bilməyənlər böyük imarətlər sahibidirlər. Əsilzadə qadınlar taxta daxmada yaşayırlar. Divar dibində yatmayanlar indi bir neçə nəfərlik yerlərə sahibdirlər. Var-dövlət sahibləri susuzluqla gecəni keçirirlər. Özlərinə qayıq düzəldə bilməyənlər gəmilər sahibinə çevrilmişlər. Kasıblığından arvadsız yatanlar indi əsilzadə arvadlar tapırlar. Onların üzünə baxmayanlar indi ayaq üstə durub hörmət edirlər. Ölkənin adi adamları indi var-dövlət sahibləridir. İdarə olunanlar indi idarə edirlər. Xidmətçilər indi xidmət olunana dönmüşlər. Saçının tökülməsinə qarşı öz dərmanı olmayanlar çəlləklərlə çoxlu şirniyyat sahibləridir. Öz sifətinə suda baxanlar indi güzgü sahibi olmuşlar. Daş-qaşlar sahibi olan böyük əsilzadələr nəslinin qadınları öz uşaqlarını kəniz verirlər. Qəssablar kasıbların heyvanlarını kəsirlər, çünki heyvanlar soyğunçular əlindədir. Gecəsini palçıq içində keçirənlər indi özü üçün dəridən bir neçə nəfərlik taxt düzəltdirirlər. Adamı öz qardaşının yanında öldürürlər, o isə öz canını xilas etmək üçün qaçır. Qısa müddətə qul saxlaya bilməyənlər indi qullar nəsli saxlayır. Kübarlar indi göstəriş yerinə yetirirlər. Hər şey məhvə doğru gedir.

Mənbə: Б.А. Тураев, «История Древнего Востока»

Комментариев нет:

Отправить комментарий