Страницы

28.04.2019

Ramzan Kadırov: ABŞ hökuməti mənim atıma da Amerikaya getməyə qadağa qoyub

“Müslim Xuçiyev ömrü boyu ABŞ-a getməyib, bundan sonra da getmək fikri yoxdur”

ABŞ hökuməti Rusiya Federasiyasına tətbiq etdiyi yeni sanksiyalar çərçivəsində Çeçenistan Respublikası hökumətinin sədri Müslim Xuçiyevin Amerikaya getməsinə qadağa qoyub. Çeçenistan Respublikası prezidenti Ramzan Kadırov bununla əlaqədar açıqlama verib.
Ramzan Kadırov açıqlamasında ABŞ hökumətinin bu addımını “yumoristik nömrə” adlandırıb, belə ki, “Müslim Xuçiyev ömrü boyu ABŞ-a getməyib və bundan sonra da getmək fikri yoxdur”.
Ramzan Kadırov bildirib: “Belə görünür ki, ABŞ Dövlət Departamentinin həll ediləsi başqa işi və problemi yoxdur”.
Çeçenistan rəhbəri ABŞ hökumətinin həll etməli olduğu daxili problemləri sadalayaraq qeyd etmişdir: “ABŞ Dövlət Departamentinin Xuçiyevə bu ölkəyə gəlməyi qadağan etməsi məni qətiyyən təəccübləndirmir. Belə ki ABŞ Dövlət Departamenti bundan əvvəl mənim atıma da sanksiya tətbiq etmişdi. Məsələ burasındadır ki, Müslim Xuçiyevə bu qadağanın heç bir isti-soyuğu yoxdur. Ömrü boyu ABŞ viziti olmadan yaşayıb, bundan sonra da yaşayacaq”.
Ramzan Kadırov ABŞ hökumətinin Çeçenistana və onun rəhbərliyinə nifrətinin əsl səbəblərini açıqlayaraq bildirmişdir: “Çeçenistandakı terrorçuların liderləri Avropa ölkələri ilə yanaşı həm də ABŞ vətəndaşlığı olan şəxslər idi. Onlar ABŞ xüsusi xidmət orqanlarının rəhbərliyi altında təlim keçmişdilər və Çeçenistana göndərilmişdilər. Onların qarşısında Çeçenistanı daimi od-alov ocağına və Rusiyanın bötövlüyünün dağıdılması plasdarmına çevirmək tapşırığı qoyulmuşdu. Biz onların hamısını məhv etdik. ABŞ hökumətinin Çeçenistana nifrəti də burdan qaynaqlanır”.

Комментариев нет:

Отправить комментарий