Страницы

28.05.2019

ADR adlı dövlət olmayıb, ingilis koloniyası olub

Ekososialist

ABŞ-ın Texas ştatının Nümayəndələr Palatası "Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyinə dair qətnamə" qəbul edib. 
Qətnamədə deyilir ki, "Bolşevik çevrilişinə qədər yaşamış ADR demokratik dövlət olub, qadınlara seçki hüququ verilib, 1991-ci ildə bərpa edilib..." - aşağı-yuxarı bu qədər.
23 ay kağız üzərində olmuş dövlət haqda bundan artıq nə deyə bilərdilər? Hələ dedikləri başdan ayağa təhrifdir.
ABŞ-ı nə qınayaq? Oradakı parlamentarilər də iş adamıdır, böyük kapitalın təmsilçiləridir, tarixi araşdırmağa onların vaxtı yoxdur.
Dərd orasındadır ki, azərbaycanlıların əksəriyyəti zənn edir ki, ADR adında dövlət olub. Çünki camaatın başını bu yalanla yeyiblər.
Məmmədəmingilin dövlətinin adı sadəcə Azərbaycan Respublikası olub. Bu günkü kimi. Sonradan, 1930-larda M.Rəsulzadə öz dövlət proyektindən bəhs edəndə, "Azərbaycan Xalq Cümhuriyyəti" ifadəsini işlədib.
Niyə görə "Azərbaycan Demokratik Respublikası" deyib tutdurublar? Bu ucuz və asan yolla insanlarda elə təəsurat oyandırırlar ki, guya o dövlət həqiqətən demokratik olub.
1-si, dövlət olmayıb, əvvəlcə Osmanlı-Almaniya tandeminin marionetkası, sonra Britaniya imperiyasının müstəmləkəsi olub...
Bakını idarə edən general Tomsonun icazəsi olmadan heç üçrəngli bayraqlarını qaldıra bilməyiblər. Bütün neftə sərəncamı da Tomson verib: bütün neft gəmilərlə Britaniyaya danışıb. ƏVƏZSİZ OLARAQ.
Müsavat hökuməti nə seçki yolu ilə iqtidara gəlib, nə də bir dəfə seçki keçirdib. Bolşevikləri də türmələrdə çürüdüb, sınmayanları da öldürüb. Hə, kağız üzərində qadınlara seçib-seçilmə hüququ verilib. Noolsun? Bu hüququ 1917-ci ildə bolşeviklər vermişdi. Yənı bu bir ilk deyildi. Üstəlik heç bir seçki keçirməyən bir hökumətin demokratik olub-olmadığını kim deyə bilər?
Biz ancaq tarixi hadisələr üzərindən analiz apara bilərik. Və əminliklə deyirik ki, Müsavat hökuməti Azərbaycan xalqına qan uddurub, Britaniyanın və yerli bəylərin maraqlarından başqa heç nə güdməyib.
Onların özünü güdürdülər. Musavat hökuməti qadına seçki hüququnu kağızda vermişdi, amma kommunistlər bunu reallaşdırdı. Qadınları oxutdu, çadradan azad etdi, onlardan hər sahədə kadrlar yetişdirdi, onları parlamentə üzv seçdi.
Bəli, Azərbaycan Sovet Sosialist Respubliksının parlamentində sağıcı, pambıqçı, fəhlə, bəstəkar qadınlar otururdu. Müsavat parlamentində bir sağıcı qadının (yaxud fəhlə kişinin) oturduğunu təsəvvür edə bilərsiz?
Texas qanunvericiləri bir şeydə haqlıdılar: Məmmədəmingilin cümhuriyyəti 1991-ci ildə bərpa edildi. İndi də bəy-xanların hökm sürdüyü zəmanəyə qayıtmışıq. Necə deyərlər, "milli-mənəvi dəyərlərimizlə yaşayırıq".
Bir də ki, "bolşevik çevrilişi" deyilən bir şey olmayıb. Müsavat hökuməti özü istefa verib. Azərbaycanda sosialist inqilabı baş verib, özü də daxili imkanlarla. Bəli, Britaniya işğalından azad olmaq üçün 11-ci Qızıl Ordunun köməyindən istifadə edilib. Lap tutalım, çevriliş olub. Ay qaqa, bu ABŞ bütün dünyada dövlət çevrilişləri eləmir? Özü də gözümüzün önündə. Nisbətən proqressiv düşüncəli liderləri yıxıb yerinə terroristlər gətirmirlər?

Комментариев нет:

Отправить комментарий