Страницы

01.05.2019

İlk Sovet İttifaqı Qəhrəmanı adı alan azərbaycanlı gəncəli balası İsrafil Məmmədov oldu. Talış general-mayor Həzi Aslanov 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Berlinin mərkəzində Brandenburq darvazalarına ilk bayrağı sancan bakılı Rəşid Məcidov oldu. Ən döyüşkən azərbaycanlıların toplaşdığı 416-cı diviziyaya maştağalı əfsanəvi general Heybət Heybətov komandanlıq etdi. Neftçalalı pulemyotçu Ağaşirin Cəfərov təkcə 1943-cü il ərzində 500-dən artıq faşisti öldürərək başımızı ucaltdı. Ağsulu Tərlan Əliyarbəyov Berlinə kimi döyüşərək general-mayor rütbəsinə layiq görüldü. Bəs naxçıvanlı “qəhrəmanlarımız” nə etdi? Əlbəttə, Vətənin başının üstünü təhlükə aldığı bir vaxtda düşmənə “atəşkəs” elan eləyib altdan-altdan ona işləməsəydilər, Aponun çörəyi onlara haram olardı. Azərbaycan xalqının yekdilliklə faşizmə qarşı mübarizə apardığı bir ərəfədə naxçıvanlı məmurlarımız yenə də qarşı cəbhədə yer almışdılar. 1937-ci ildə Azərbaycanda naxçıvanlı generallar Qambay Vəzirov və Cəmşid Naxçıvanski həbs olunaraq güllələndilər. Onlar orduda Almaniyaya işləyən mason qrupun üzü idilər. 1937-ci ildə Sovet ordusunda yüksək post tutan 8 yəhudi zabit (Tuxaçevski, Yakir, Uberoviç, Eydeman, Feldman, Kork, Primakov, Putna) güllələnmişdi ki, Qambay Vəzirov və Cəmşid Naxçıvanski onların rəhbərlik etdiyi trotskist qrupun üzvü idilər. İstintaq materiallarında göstərilirdi ki, bu adamlar “xalq arasında iş apararaq əksinqilabi fəaliyyətə cəlb edirdilər”; məqsəd “SSRİ-nın Almaniya və Polşa qarşısında məğlubiyyəti vəziyyətində hakimiyyəti ələ keçirmək” idi. Şərurun Düdəngə kəndindən, kürd Nəso xanın nəslindən olan, “Apo” ləqəqli Fətəlibəyli Düdənginski isə daha da “irəli” getdi; o almanların tərəfinə keçərək xalqımıza qarşı döyüşdü. Düdənginskiyə ruslar təhsil və vəzifə vermişdi. O Moskva Hərbi Akademiyasında oxumuşdu və Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləyirdi. Lakin 1940-cı ildə almanlara əsir düşərək silahını Sovetlərə qarşı çevirdi. Əsir düşmüş yerlilərindən ordu düzəldərək minbaşı rütbəsində bu orduya rəhbərlik etdi. “Apo”nun məqsədi “almanlar SSRİ-ni tutduqdan sonra Azərbaycana vali təyin edilmək” idi. Müharibədən sonra АBŞ kəşfiyyatının mаliyyələşdirdiyi “Аzаdlıq” rаdiоsunda işlədi, radiodakı çıxışlarında Azərbaycan xalqını ruslara qarşı qızışdırdı, SSRİ-yə qarşı pozuculuq işi apardı. “Apo” 1954-cü ildə KQB-nin “Smerş” idarəsinin işçisi tərəfində başı çəkiclə əzilərək öldürüldü.

Koordinatlar dəyişməmişdir: naxçıvanlılar yüksəkçinlilər yenə də NATO proyektlərində Azərbaycan xalqına qarşı mübarizə aparmaqdadırlar.

Комментариев нет:

Отправить комментарий