Страницы

23.06.2019

İran kəşfiyyatı ABŞ kəşfiyyatına tarixinin ən böyük zərbəsini vurub

İran İR Milli Təhlüksəzilik Nazirliyinin (Ettelaat) Əks-Kəşfiyyat İdarəsinin rəisi ABŞ-ın böyük bir cəsus şəbəkəsinin İran tərəfindən aşkarlanaraq məhv edildiyinin detallarını açıqlayıb.
Onun bildirdiyinə görə, bu cəsus şəbəkəsi təkcə İran ərazisində deyil, həmçinin çoxlu dövlətlərin ərazisində də fəaliyyət görsədirmiş ki, İran öz müttəfiqi olan dövlətlərin xüsusi xidmət orqanları vasitəsilə bu şəbəkəni tamamilə aşkarlayıb məhv etməklə, ABŞ kəşfiyyatına tarixinin ən böyük zərbələrindən birini vurub.
Əks-Kəşfiyyat İdarəsinin rəisi kiberməkanı "Amerika kəşfiyyatının İrana qarşı ən mühüm fəaliyyət sahəsi" kimi xarakterizə edərək deyib ki, İran İR bu nailiyyəti özünün kiber mütəxəssislərinin fəaliyyətləri sayəsində əldə edib. 
Deməli, 2013-cü ildə İran kəşfiyyatının Kiber Ordusu mütəxəssisləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumat bazasının müdafiə sistemini sındıraraq, ora daxil olub öyrəniblər ki, ABŞ saxta internet portallardan, xüsusilə də sağlamlıq sahəsində fəaliyyət göstərən saytlar vasitəsilə özünün dünya dövlətləri ərazisindəki cəsusları ilə əlaqə saxlayır. Bu saytlarda işləyən Amerika cəsusları özlərini ikiqat və üçqat pərdələnməklə çox ustalıqla fəaliyyətlərini məxfi saxlamağa və diqqətdən yayınmağa nail olurmuşlar. Bu cəsusların əsas fəaliyyəti - İranın nüvə proqramına, sənaye və iqtisadi müəssisələrə, kiber təhlükəsizlik obyektlərinə və əsas infrastrukturlarına qarşı yönəlibmiş. Bu cəsusların hamısı tutularaq İranın və İranla müttəfiq olan xarici dövlətlərin hüquq-mühafizə orqablarına təhvil veriliblər ki, əksəriyyəti artıq İranda və həmin xarici dövlətlərin ərazisində edam ediliblər. İranın məhv etdiyi ən böyük cəsusluq şəbəkəsi isə Yəməndə fəaliyyət göstərirmiş ki, İran İR bu şəbəkəni tamamilə məhv etməklə ABŞ-ın əlini Yəməndən tam üzüb!
İranın bu zərbəsindən sonra ABŞ özünün müxtəlif dünya ölkələrində olan cəsuslarının əksəriyyətini geri çağırmağa, Asiya, Avropa və Afrikadakı cəsusluq fəaliyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa məcbur qalıb. Çünki İran bu qitələrdə fəaliyyət görsədən ABŞ cəsusları barəsindəki məlumatları hətta ABŞ-ın ən yaxın müttəfiqləri olan dövlətlərə də göndərərək, o ölkələri də ABŞ-ın cəsusluq şəbəkəsindən agah edib.

Комментариев нет:

Отправить комментарий