Страницы

13.07.2019

1 il 8 ay 8 gün erməni əsirliyində qalmış yunan-roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Əli Sarıyevin dediklərindən:

"Xankəndi türməsində Sergey Şatoxin adlı rus da vardı, biz tərəfdən döyüşərək, əsir düşmüşdü. Bundan əlavə, orada Viktor, Aleksey, Oleq və Vitali adlı rus əsirlər saxlanılırdı. Ermənilər Viktoru döyüb öldürdülər... Türmənin nəzarətçisi avtomatı yerə qoyub ayaqqabısının ipini bağlayanda Sergey onun avtomatını götürdü. Həmən atəş açaraq, oradakı ermənilərdən ikisini öldürdü, birini isə yaraladı. Avtomatın darağını dəyişdi, kilidi sındırmaq üçün qapını atəşə tutsa da, güllələr kilidə təsir eləmədi. Ermənilər də çöl tərəfdən qapını atəşə tutmuşdular. Belə olanda Sergey qaçıb türmənin zirzəmisinə girdi. 4-5 erməni də gəldi, bir xeyli atışma oldu. Gördülər Sergeylə belə bacara bilmirlər, zirzəmiyə qumbara atıb Sergeyi öldürdülər. Bu hadisədən 20 gün sonra Primakov Rusiyanın xarici işlər naziri təyin olundu, əsirlikdəki rusları azad etdirib evlərinə göndərdi... İlham adlı bir vətən xaini də vardı. Əsirlikdən qayıdandan sonra onu həbs edib güllələnmə cəzası kəsdilər, sonra cəzasını ömürlük həbslə dəyişdilər. O əsirlikdə olan bizim uşaqlara ermənilərdən betər zülm edirdi. Onları həm özü döyürdü, həm də ermənilərə satıb döydürürdü. Erməni dilində yaxşı danışırdı, biz başa düşmürdük. Bizimlə bir yerdə saxlanılan Alekseyi zorlayırdı... Ermənilərdən biri mənə dedi ki, 3 nəfər götür, gedək Xocalıda kartof əkməyə. Getmədim, Natiqə də dedim getməsin. Çünki bilirdim ki, qaçmaq planı var. Kəlbəcərdən Mikayıl, Xocalıdan Natiq, Sahil qəsəbəsindən Rafiq getdilər Xocalıda kartof əkməyə. Mikayıl çoban olub deyə, yolları çox yaxşı tanıyırdı. Onlar üstlərində gedən nəzarətçinin əlindən avtomatı alıb, əlin-ayağını bağlayaraq qaçmışdılar. Natiq əsirlikdən gələndən sonra danışırdı. Deyir gəlib elə bir yerə çıxıblar ki, oradan 700-800 metrlik taladan keçərək meşəyə girməliymişlər. Axşamın düşməyini gözləyiblər. Axşam olanda onları yuxu tutub, bu zaman Mikayıl avtomatı götürüb qaçıb. Yuxudan ayılanda Mikayılın yanlarında olmadığnı görüblər. Natiq deyir, məcburiyyətdən geri qayıtmaq istəyiblər. Yolda ehtiyatsızlıqdan yıxılan Rafiqin ayağı qırılıb. Nəticədə qaçış baş tutmur və hər ikisi ermənilərin əlinə keçir".

Комментариев нет:

Отправить комментарий