Страницы

12.07.2019

Azərbaycanlı alim həyəcan təbili çalır: Görün, biz nələri yeyirik!

Dilavər Əzimli: “Son on ildə bizim nəslimizdən 20-yə yaxın insan onkoloji xəstəliklər ucbatından vəfat edib”

“Günümüzdə ürək-damar xəstəliklərindən sonra ikinci yerdə ölüm səbəbi olaraq onkoloji xəstəliklər dayanır. Gün keçdikcə xəstəliyə tutulanların sayı artır və xəstəlik “cavanlaşır”. Bu barədə tarixçi-alim Dilavər Əzimli bildirib. Alimlərin fikrinə görə, bunun səbəblərindən biri sağlam olmayan qidalanmadır.
“Son on ildə bizim nəslimizdən 20-yə yaxın insan onkoloji xəstəliklər ucbatından vəfat edib. Ən yaşlısının yaşı da 60-ı keçməyib”, – deyə o yazıb. “Özümçün də apardığım müşahidələrə görə, əsas səbəb qidalardır. Bu gün bizə təmiz kimyəvi maddələr, zəhərlər yedirdirlər. İmkanlı ailələr özləri üçün təmiz və kimyəvi maddə dəyməyən tərəvəzlər əkdirir, qida məhsullarını da xüsusi uçaqla xaricdən gətizdirirlər. Yalnız öz ailəsini düşünən bu biqeyrətlər düşünmürlər ki, onların qohum-əqrəbaları isə zəhərli qidalardan vaxtsız ölürlər”, – alim bildirib.
Onun sözlərinə görə, zəhərli qidaları, tərəvəzləri də həmin imkanlı şəxslər əkdirir və camaata yedizdirirlər: “Bir kilo xiyar, yaxud pomidor alırsan, üç gün qalan kimi ağappaq olur. Eləcə də meyvələr… İki gün keçir, meyvəlikdən əsər-əlamət də qalmır. İlahi, çiyələyə nə qədər zəhər verirlər… Hələ kartofu demirik… Rayonda bu kartofu yeyən balaca dana partlamaya düşüb öldü. Bunu özüm müşahidə etmişəm. Kartofa verilən zəhər dananı iyirmi dəqiqə ərzində öldürdü. Bu kartoflar uzun müddət qalanda ondan elə qurdlar tökülür ki, dəhşətə gəlirsən... Yaxud süd məhsulları… Görün biz nələri yeyirik?!” “Təsəvvür edin ki, Cənub zonasında reyd keçiriblər və aşkarlayıblar ki, süd məhsulları istehsal edən sexlər necə saxtakarlıqlar edirlər. İnsanlara marqarin və başqa qatışılar qataraq düzəltdikləri yağı kərə yağı adı altında satırlar. Bakıda yağ istehsal edən bir zavodda qohumum çalışır. Mənə dəfələrlə deyib ki, “kərə yağ yemə, çünki bütün yağlar Azərbaycanda hazırlanır və tərkibi dəyişdirilir”. Vallah, adam dəli olur”, – deyə Əzimli qeyd edib.
O fikrinə belə davam edir: “Bu millət niyə belə pozuldu? İsrail dövlətində qida təhlükəsizliyi tam təmin olunub. Orada xərçəngin yayılması sıfır faizdir. Bizdə isə xərçəng günü-gündən cavanlaşır. Bu da səhiyyənin gəlirini artırır. Onkoloji dərmanlar baha, əməliyyat baha, müalicə baha… İnanın ki, “kef” edirlər… O qədər aludə olublar ki, xərçəng olamayanı da xərçəng çıxardıb ona bahalı dərmanlarla müalicə edirlər. Kimya köçürmək üçün adamları yalandan xərçəng kimi qələmə verirlər. Bütün bunları nəzərdən keçirəndə düşünürəm ki, biz Allahın qəzəbinə gəldik. Ona görə torpaqları da itirdik. Amma həya-abır yoxdur. Pul gözlərimizi elə bağlayıb ki, ancaq onu düşünürük!” /konkret.az/

Комментариев нет:

Отправить комментарий