Страницы

17.07.2019

MƏRHUM HACI MÜRŞİD

Hacı Mürşid restoran işlədirmiş. Hər səhər sübh namazından sonra bazara gedər, təmiz ət, təmiz yağ, əsl zəfəran alardı. Müştəriləri üçün zövqlə yemək bişirərdi. Bəzən onun yeməkxanasında imkansızların növbəsi yaranardı. Tacirlər öz köməkçilərini yemək üçün onun restoranına göndərərdilər, hacı həmin köməkçiləri yedizdirər, sonra yola salardı, deyərdi nə bilim o yeməkdən ona verəcəklər ya yox. Bu qədər əli açıq, ürəyi açıq və səxavətli olmasına baxmayaraq heç vaxt müflis olmayıb. Həm varlı müştəriləri olub, həm fəqir. Borc istəyənlərə borc verər, pulu qaytara bilməyənlərdən pulunu almazdı.
Çox bərəkətli ömür sürən hacı Mürşid restoranın qapısına belə yazmışdı: "Nisyə yemək verilir"

Oktay Quliyev

Комментариев нет:

Отправить комментарий