Страницы

30.07.2019

Öz xeyri üçün

İlqar Bədəlov

Var adam işlədir ancaq başı öz xeyri üçün,
İstəyir dostu, yaxın yoldaşı öz xeyri üçün.

Guya öz dostu, yaxın yoldaşı qardaşdı bilən,
Hətta ağsaqqal edir qardaşı öz xeyri üçün.

Mal ətin yağlı yerin satdırır, etməz ziyanın.
Bişirir kəllə-paçayla xaşı öz xeyri üçün.

Gündə satmaq, ara qatmaqla keçirdir həyatın,
Hiyləgərliklə döyur göz-qaşı öz xeyri üçün.

Beləsin orqan alır nömrəsinin hər birisin,
Pul əzizdir həmən o oğraşı öz xeyri üçün.

Çıxmayır tüstüsü yandırdığı hər bir ocağın,
Quru yandıqca əl atmış yaşı öz xeyri üçün.

Baş əyir, bel bükülür Heykələ qəddin əyərək,
Acı göz yaş tökə cansız daşı öz xeyri üçün.

İlqarın olmasa da heç nəyi, ancaq yaşayır,
Dostu-qardaşları, sirdaşları öz xeyri üçün.

Комментариев нет:

Отправить комментарий