Страницы

24.07.2019

Xəzəri hasarladığına görə “Sədərək” sahibinə qarşı YENİ QƏRAR

Əmlak Məsələləri Dövlət Komitəsi “Sədərək” ticrarət mərkəzinin sahibi Yusif Qədimbəylini 5 min manat cərimələsə də, ödəməkdən imtina edirdi. Qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət verən işadamı bildirirdi ki, cərimələnməsindən icra məmurları pulu tələb edəndə xəbər tutub. Nəsimi Rayon Məhkəməsi onun xeyrinə qərar çıxarıb, cərimə qərarını ləğv etmişdi.
Əmlak Məsələləri Dövlət Komitəsi bu qərardan apellyasiya şikayəti vermişdi.
İyulun 24-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərov Nəsimi Rayon Məhkəməsinin qərarını ləğv edib, iş yenidən baxılması üçün birinci instansiyaya qaytarılıb.
Məhkəmədə Y.Qədimbəyli və nümayəndəsi iştirak etməyib. Əmlak Məsələləri Dövlət Komitəsini Cəmil Rəhimov təmsil edib. O çıxışında aşağı instansiya məhkəməsinin qərarının ləğvini, cərimənin ödənilməsini istəyib.
Y.Qədimbəyli İnzibati Xətalar Məcəlləsinin 248.2-ci (Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanması) maddəsilə cərimələnib.
“Sədərək” sahibinin hasarladığı ərazi Qaradağ rayonu, Sahil qəsəbəsi yaxınlığındadır. /bizimyol.info/

Комментариев нет:

Отправить комментарий