Страницы

17.08.2019

"BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan

Yezidi kürdlərinin lideri Azərbaycana od püskürdü

Yerevanda ürəyindən ağır əməliyyat keçirən yezidilərin başçısı Əziz Tonoyan erməni hakimiyyətindən də şikayətləndi, amma sonra yaltaqlanmağa başladı: "Qoy bu günkü erməni hakimiyyəti yezidilərə fərq qoymasın və bizə qarşı görməməzlik etməsin. Bizə çoxları kürd deyirlər. Bununla da bizi kürdləşdirmək istəyirlər. Biz kürd deyilik, biz yezidiyik. Kürdlər müsəlmandırlar. Bizim onlarla heç bir əlaqəmiz yoxdur. Mən yezidi xalqının tarixini yazan bir aliməm. Bu gün 60 kənddə yezdi dilində dərs keçilir. Təəssüf ki, onlardan 5 kənddə yezidilərə kürd dilində dərs keçillər, buna son qoymalıyıq. Biz Qarabağ müharibəsində 500 nəfər yezidi əsgər yollamışıq, döyüşə 42 leş vermişik. Qarabağ hərəkatı başlayanda mən də onların yanında olmuşam. Azərbaycan nə istəyir Qarabağdan? Mənim valideynlərim də deyirdilər ki, Qarabağ ermənilərindir. Biz Azərbaycana bir qarış da torpaq verməyəcik. Onlar çox qorxaq mıllətdir. Bizim uşaqlar bir güllə atan kimi hamısı qalxıb qaçırdılar".
Bu və buna bənzər sərsəm fikirlər...
Dəyərli alimimiz İsmayıl Tanrıverdi bu yezidə yazdığı şərh:
Գետինը մտնես հաաա, դավաճանի մեկը՝: Երեսուն տարվա ընթացքում 70 հազարից 6 հազար եք մնացել: Քեզ նման անխելքի գլխավորությամբ ձեր ժողովրդին այնտեղ որպես համաբալ են պահում.
TƏRCÜMƏSİ: Yerə girəsən həəə, xəyanətkarın biri. Otuz il ərzində 70 min nəfərdən cəmisi 6 min nəfər qalmısınız. Sənin kimi ağılsız başçıya görə Sizin xalqı orada hambal kimi saxlıyırlar. İSMAYIL TANRIVERDİ
P.S.: Xatırladaq ki, Suriyada və İraqda yezidilərə ən böyük yardımı Azərbaycanın "Azərsun" holdinq adlı şirkəti etdiyini xarici KİV-ləri heyrətləndirmişdi... /fedai.az/

Комментариев нет:

Отправить комментарий