Страницы

15.08.2019

Müxalifət düşərgəsində ciddi təhlil böhranı var

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtı başladı.
Uzatmayacam: Sizi Sensasiya gözləyir. Əminəm ki, bu görüşümüz bütün vicdanlı, tamaşaçıları avqustun 11-dən sonra siyasi mühacir anlayışına yeni gözlə baxmağa vadar edəcək. Sensasiyanı, ağlınıza gəlməyən, təsəvvürünüzə belə gətirə bilməyəcəyiniz kadrları daha çox adam görə bilsin deyə gəlin bir az da gözləyək. İndi dəbdə olan tərzdə desək, ekran qarşısına daha çox tamaşaçı gələ bilsin. Baxmayaraq ki, iki gündür REAL-da qaçan sətirlərdə elan veririk və hamının bu günkü verilişin mövzusundan xəbəri var. Söhbət siyasi mühacir alverindən və bu prosesdə iştirak edən konkret şəxslərdən gedəcək. Sizi onların fəaliyyətinin episentrinə, nüvəsinə, yuvasına dəvət edəcəyik. Amma bir az səbrli olun. Unutmamısızsa, iyul ayının 21-də biz mühacir biznesi ilə məşğul olanların metod və şəbəkələri barədə REAL Təhlil və informasiya mərkəzinin hazırladığı analitik arayış təqdim etmişdik. Arayışı xatırlayaq.
1. Mühacirətə getmək üçün bunlarla əlaqə saxlayan insanlara təşkil olunan mitinqlərdə aktiv iştirak etməyi, çoxlu bayraq və plakatlarla şəkil çəkdirməyi, liderlərlə, xüsusən Əli Kərimli ilə foto görüntü almağı, polislərlə qarşıdurmaya gedib bir neçə sutkalıq həbs olunmağı, hətta tanış-bilişdən polis tapıb onunla şəkil çəkirdirməyi tapşırırlar. Bunun adına “keys taplama” deyirlər. Bu həmin şəxsin sonradan muhacirətə gedəcəyi ölkədə miqrasiya idarəsinə təqdim edəcəyi “fakt”lar olur.
2. Həmin insanların viza alarkən külli miqdarda rüşvət verməsi və bununla da öz şabaşları üçün pul toplama. Səfirliklərdə adamlarının olması barədə məlumat verirlər və viza işini həll etmək üçün vətəndaşlardan kifayət qədər rüşvət alıb yarısını öz adamlarına verirlər, yarısını da öz ciblərinə qoyurlar.
3. Avropaya çatan insana dəstək məktublarının verilməsi. Bunu xüsusən Avropada siyasi fəal şəxslər müəyyən məbləğlər qarşılığında edir. Misal üçün Qənimət Zahiddən belə bir sənəd almaq 300 Dollar, Orduxan Teymurxandan 500 dollara başa gəlir. Başqaları da var.
4. Avropada təşkil etdikləri aksiyalarda aktiv iştirak. Həmin mühacirlərdən təşkil olunan aksiyalara ailəsi ilə birgə aktiv qatılmaq və öz sosial şəbəkə hesablarında çox sayda radikal çağırışlı mətinlər paylaşmaqla “ölkəyə qayıtsam bu sözlərimə görə məni həbs edərlər” rəyi yaratmaq. Və bunu scren edib öz işlərinə əlavə etmək.
5. Saxta sənədlərlə təmin etmə. Bu iki formada olur və biri digərini tamamlayır. Əvvəlcə köhnə tarixlə AXCP-nin üzvlük vəsiqəsi satılır. Daha sonra dəstək arayışı satılır. Bir sual çıxır ortaya: AXCP-nin möhürü axı Ədliyyə Nazirliyi tərəfindən müsadirə olunub! Bəs necə olur sənədləri AXCP funksionerləri imzalayıb möhürləyir? AXCP sədrinin müavini Gözəl Bayramlının imza və möhürlü dəstək məktubu, AXCP təşkilat şöbəsinin müdiri Saqif Qurbanovun imzalı, möhürlü təqdim etdiyi arayış...
Məncə, keçilənlərin təkrarı kifayətdir. İndi isə burada qoyulmuş sualların cavabı ilə tanış olacaqsınız. Əyani. Aşkar. Azad və demokratik şəkildə. Xaos müxalifətinin xoşladığı tərzdə desək. Beləliklə: Hazır olun. Diqqət. Biz Sizi hüquq-mühafizə orqanlarıınn həyata keçirdiyi tədbirlər çərçivəsində aşkarlanmış faktlarla tanış olmağa dəvət edirik. Söhbət Kanada, Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində siyasi sığınacaq alınması üçün müəyyən məbləğlərdə maliyyə vəsaiti qarşılığında saxta sənəd hazırlayan mütəşəkkil bir dəstənin mürəkkəb və çoxşaxəli fəaliyyətindən gedir.
Kimdir bunlar və nəylə məşğul olurdular? Əvvəl kimlikləri: Xanəli Əziz Əvəz oğlu, Sərdar İsgəndərov Yusif oğlu, Sərxan Abdullayev Ələddin oğlu, Şamil İbrahimov Mahmud oğlu, Zakir Əmirov Əjdər oğlu... və başqaları. Əməliyyat-axtarış tədbirləri davam etdiyindən başqaları haqqında hələ ki danışmırıq. Onların Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən ofislərindən çoxlu sayda saxta sənədlər, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, eləcə də müxalif yönümlü siyasi partiyalara, məsələn, AXCP və Müsavat-a məxsus möhür və ştamplar maddi sübut qismində götürülüb. Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri bu əməlləri bir sıra bizə bəlli olan konkret ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları ilə maddi maraq zəminində həyata keçirib. O da məlum olub ki, xarici ölkələrə göndərilmiş şəxslər guya Azərbaycanda təqib olunmaları, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif təzyiqlərə məruz qalmalarını əks etdirən saxta sənədləri Qərb ölkələrinin müvafiq dövlət orqanlarına təhvil verərək “siyasi mühacir” statusu alırlar.
Burda adını eşitdiyiniz Sərdar İsgəndərov “Gəncliyin Elmi-Mədəni inkişafı” ictimai birliyinin sədridir. Qurumun kifayət qədər pozitiv, hətta işıqlı adı var. Bu qurumu axtarış səhifələrində axtarsanız, qarşınıza gəncləri xaricdə təhsil almağa dəvət edən bir ünvan çıxacaq. Məsələn, belə cazibədar suallarla. “Xaricdə təhsil alıb ölkənizə yüksək səviyyəli kadr kimi qayıtmaq istəyirsiniz? Amma necə və harda? Hansı sənədlər lazımdır, ərizə formasını necə doldurmalıyıq, bizdən nə tələb olunur? Hansı unversiteti seçək ki, diplomu Azərbaycanda tanınsın? Bu suallarla beyninizi yormayın, www.gemi.az Gəncliyin Elmi-mədəni inkişafı təşkilatı GEMİ sizin üçün bütün işləri asanlaşdırır, sərfəli qiymətlərlə xidmətlər təklif edir”. Və sair və ilaxır. Sonda isə belə bir siyahı təqdim olunur: “Aşağıdakı ölkələrdən birini seçə bilərsiniz: Almaniya, Avstriya, Norveç, Polşa, Litva, İtaliya, Macarıstan, Çexiya, Ukrayna, qardaş Türkiyə...” Belə. Gəncliyin Elmi-Mədəni İnkişafı. Qısaca GEMİ. Amma bu gəmi hara üzür, hansı sularda lövbər salır? Bu GEMİ və onun yol yoldaşları “YES TRAVEL” Məhdud məsuliyyətli cəmiyyətinin sədri Sərxan Abdullayev, Əziz Xanəli bilməmiş deyildilər ki, doğru yolla üzmürlər və bir gün bata bilərlər. Amma üzürdülər. Mütəşəkkil dəstə şəklində birləşərək, 2017-ci ildən etibarən yaşamaq üçün xarici ölkələrə gedən və ya turizm səfərləri edən ayrı-ayrı Azərbaycan vətəndaşlarnın qanunsuz miqrasiyasını təşkil etmək məqsədilə xarici dövlətlərin səfirliklərindən qeyri-qanuni vizaların alınması üçün tələb olunan rəsmi sənədləri saxtalaşdırırmışlar. Belə deyək: çoxşaxəli bəd əməllərin yol xəritəsi. Qanun dilinə çevirsək belə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən törədilməklə dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, Qanunsuz Miqrasiyanın təşkilini mütəşəkkil dəstə tərəfindən törətmək, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, blankı hazırlama və ya sata, bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə başlanan cinayət işinin predmeti. Sadaladığım bu bəd əməllərin əlbəttə nə qədər ağır olduğu aydındır.
Amma bütün bu dəhşətin, təhlükənin miqyasını izah etmək üçün bir az da vaxtınızı almalı olacam. Təhlükəli fəaliyyət coğrafiyasını dövlətin əksər mühüm strukturlarınadək uzadan mütəşəkkil qrup şər dahisi tək işləyib. Qarşılarına qoyduğu məqsədə çatmaq üçün lazım olan bütün dələduzluq infrastrukturu əllərinin altındadır. Necə deyərlər, məhdud bir məkanda, lap elə Vahid pəncərə yaradıblar. İstənilən sənədi hazırlamaq üçün istənilən dövlət qurumunun ixtiyarını imitasiya edə biləcək mexanizmə, alətlərə, avadanlıqlara malikdirlər. Təsəvvür edin: onlara kimisə siyasi mühacir kimi xaricə göndərmək lazımdır. Bəs xaricdə Siyasi mühacir kimi tanınmaq üçün nə tələb olunur? Tutaq ki, təzyiqə məruz qaldığını sübut edən arayış. Buyurun. Belə bir sənədi tərtib etmək üçün lazım olan hər növ imkan, zəruri blank forması, müvafiq möhür və ya ştamp var. Qalır imza qoymaq. O məsələ də öz həllini belə tapır. Mütəşəkkil qrupun möhür, ştamp, blank və s. kolleksiyası zəngindir. Demək olar ki, Azərbaycan Respublikasının hər növ və müxtəlif təyinatı qurum və təsisatlarının ixtiyarı burda klonlaşdırılıb. 100-ə yaxın adda, möhürdə, ştampda, blankda... Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis idarəsinin dairəvi möhürünə də, Xarici İşlər nazirliyi, Konsulluq İdarəsi dairəvi möhürünə də, Azərbaycan Respublikası Azərbaycan Xalq Cəbhəsi Partiyasının dairəvi möhürünə də, Müsavat partiyasının Dairəvi möhürünə də malikdirlər. Burada əsasını bu gün Azərbaycandan kənarda dövlət əleyhinə çağırışlar edərək hakimiyyəti zoraklılq yoluyla dəyişməyə, çevrilişə çağıran bədnam Qurban Məmmədovun qoyduğu “Hürriyyət” qəzetinin dairəvi möhürü də var.
Təfərrüatlar, müasir fırıldaq kombinatorlarının əməl dairəsi barədə geniş açıqlamaları bir az gözləyəcəyik. Amma kadrlardan da görünür ki, özünü siyasi mühacir kimi təqdim edən potensial təhlükə daşıyıcıları hansı bətnlərdə doğulur, hansı yollarla vətənə asi olmağa gedirlər. Bu yalnız çirkli biznes, qeyri-qanuni pul qazanmaq, geniş miqyasda möhtəkirlik, insan qaçaqmalçılığına qanuni don geyindirmək cəhdi və bütün bunların həyata keçirilməsi üçün ASAN-a bənzər, amma tamam əks mahiyyətli, eybəcər, murdar, qara, çirkin məzmunlu qurum yaradanların adi dələduzluq anklavı deyil. Bu, Azərbaycan dövlətinə qarşı davamlı işləyən, sabit və inkişafda olan müsəlman dövlətinin içinə çaxnaşma, inqilab adı altında vətəndaş qırğını salmaqla onu zəiflətmək planları cızan arxitektorların əlində alət olanların təhlükəli dəftərxana xəfiyyəçiliyi, çuğulçuluğudur. Bu şəbəkə əslində olmayan bir insanı dünyaya gətirə, ona vətəndaşlıq verə, istənilən ali məktəbdə oxuda, xaricə göndərə, geri qaytara, adına hesab aça, ağlınıza nə gəlirsə onu etdirə, sonra onu vətəndaşlıqdan məhrum edə, işləklərinin üzə çıxdığı təhlükəsi yaranarsa hətta öldürə də, qətlə yetirdə də, sadəcə vəfat etdirə də bilərdi. Təkrar edirəm, o adam dünyada olmaya-omaya. Bir binanın divarları arasında. Dəhşət və vəhşətlər bətni. Bax neçə vaxtdır ki, həyəcan təbili çaldığımız, sizi tanış etməyə çalışdığımız siyasi mühacir alverinin birinci piştaxtası buradır.
Təsadüfi deyil ki, siyasi mühacir alveri ölkənin özünü aparıcı hesab edən iki müxalifət partiyasının yaxından iştirakıyla həyata keçirilir. Ya da hələlik bizə yalnız bu iki partiyanın adı məlumdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat. “Hürriyyət” qəzetinin də möhürünü əlavə etsək, dırnaqarası samballı kompaniya alınır. Xaos müxalifəti Azərbaycandan Avropaya siyasi mühacir ixrac etməyin kəsə yolunu burda tapıbmış. Onları Avropada gözləyirlər. Fırıldaq dəzgahının hazırladığı saxta məmulatları və ya məlumatları orada təmizə çıxaran təşkilatlar da var. Keçmişi şübhəli, bir sıra hallarda cinayətə bulaşmış azərbaycanlılar, azərbaycansızlar Bakıda aldıqları saxta statusları xaricdə təsdiqlətdirməkdən ötrü dövlət əleyhinə çıxışlar edir, vətəndaşları dövlət çevrilişinə çağırır, təhqirlərdən belə çəkinmirlər. Neçə vaxtdır ki, hüquq-mühafizə orqanları antidövlət müxalifəti siyasi mühacir adı altında əslində insan alveri ilə məşğul olmaqda şübhəli bilirdi, araşdırmalar aparırdı. İndi isə bəzi yekunları elan etmək olar. Şəbəkənin konturları artıq aydın görünür. Deməli, Azərbaycan Xalq Cəbhəsi və Müsavat mütəşəkkil qrupa hazırlatdığı “siyasi mühaciri” və ya mühacirləri xaricə göndərir. Hər belə oyuncaq mühacir samballı vəsaitdir. Bəzən hansısa potensial belə mühacir tələb olunan məbləğdən narazı qalır, dəvədən böyük fil var deyə sifariş verən tərəfin özünə, Əli Kərimlinin xaricdəki piştaxtalarından birinin arxasında oturan dəllalına-Qənimət Zahidə birbaşa efirdə şikayət də edir. Qənimətin gülüşünü bir kənara qoyaq. Amma müraciət edən şəxsin nitqindən aydın olur ki, o Əli Kərimlinin rəhbərlik etdiyi güruhun üzvüdür. Və faktlara istinad edir.
Bəs siyasi mühacir biznesindən qazanılan nədir və o hansı məqsədlərə xərclənir. Əvvəla, Azərbaycan əleyhinə rəqib dövlətlərin tələblərinə uyğun fəaliyyət göstərən Sevinc Osmanqızı, Qənimət Zahid kimi ideoloji törəmələrə. Onların internet tv-lərinə. Eyni zamanda müəyyən təlimdən sonra dırnaqarası mühacirlər özləri də antiAzərbaycan ruporlara- internet tv-lərə, bloqerlərə təhvil verilir. Onların da dövlət əleyhinə fəaliyyəti nizama salınır. Qurulmuş sxemə uyğun olaraq Azərbaycan hədəf seçilir. Nailiyyətlərə istehza edilir, adi qüsurlar, və inkişaf prosesini təbii müşayiət edən adi nöqsanlar qabardılır, vətəndaşda məmura kin-küdurət aşılanır, kasıbların varlılara qarşı qaldırılması tendensiyası təbliğ olunur. Əlbəttə, xaos toplumunun, qaragüruhun lideri Əli Kərimli siyasi perspektivsizliyini anlamayacaq qədər avam deyil. Yəqin o yaxşı başa düşür ki, öz facebook səhifəsində quraşdırdığı 250 minə yaxın rəqəm gerçək deyil, ona görə də Məhsul stadionundakı 2-3 minə can atır. Bir tərəfddən bəyan edir ki, bütün xalq onun tərəfində, onun ətrafındadır, digər tərəfdən də yalvarıb-yaxarır ki, camaat Xalq cəbhəsinə üzv olun. Eyni zamanda da tele əlaltısı Osmanqızı, Qənimət Zahid vasitəsilə Rusiyada yaşayan azərbaycanlılardan xahiş edir ki, Bakıya gəlib mitinqə qatılsınlar. Çünki əmindir ki, onun bəsit məntiqi, demilit beyni Azərbaycanda mütləq əksəriyyət üçün maraqlı deyil. Ona görə də xaricə üz tutur. Qənimət Zahidin, Osmanqızının siyasi şəxsiyyət vəsiqəsini itirərək etibarsızlaşması yeni sifətlər tələb edir.
Əslində Əli Kərimli və ətrafı Azərbaycanda dövlət çevrilişinə çağıran Vidadi İsgəndərlidən tərbiyə və siyasi səbatlılığa görə heç də artıq deyil. Vidadi siyasi keçəl, Əli siyasi kosadır. Əli Kərimli 26 ildir danışır. İlk dəfə bu iqtidar getməlidir və gedəcək deyə Əliyevə müxalifət olanda 28 yaşı var idi. Artıq 54 yaşı var və eyni mətni təkrar edir. Ömrü çatsa 26 il sonra da eyni ampluada olacaq. 80 yaşında. Amma bu günkü kimi yenə də hazırlıqsız, populist. Eyni formada, eyni məzmunda. Ola bilər ki, əynində də elə həmin bu köynək olacaq, ya da bənzəri. Qoltuğunun altı da qara. Ləkəli. Çünki qoltuqaltı olmaq ləkəlilik gətirir. Vidadi isə sadəcə kliniki problemi olan biridir. Biz onun psixoportreti barədə bir dəfə danışmışdıq. Ötən ilin dekabr ayında. O zaman biz yerüstü yayımda deyildik, əhatəmiz bir qədər məhdud idi deyə ola bilər ki, baxmayanlar var. Ona görə də Sizi yenidən keçmişə dəvət edirəm. Baxın, sonra bu qaçaqmal fenomeninin keçmişi barədə ətraflı danışacam. Onda bunları demişdik:
“23 DEKABR 2018-Cİ İL.Hörmətli tamaşaçılar, fikir verdinizsə bayaqdan Vidadi İskəndərlinin adını bir dəfə də çəkməmişəm. Bunun da öz səbəbi var. Onunla bağlı bir sənədi gözləyirdim. Psixiatriyada aqressiv dəyişiklik və onun fəsadları üzrə alman Kark Yaspers və isveçrəli Eygen Bleyler nəzəriyyəsini öyrənən könüllü tədqiqat mərkəzlərindən birinə göndərdiyim sorğunun cavabını nəhayət ki aldım. Çünki Vidadi İskəndərlinin hərəkətləri, tez-tez ağzının kənarlarının tüpürcəklənməsi, damaqlarının iştirakılə sistemsiz hərəkətlər, sanki dişinin dibində qalanları yenidən tapıb çeynəmək effekti yaradan dil-dodaq hərəkətləri, alnının səbəb olmadan gərginləşməsi, nitqində rabitənin tez-tez itməsi, uzunçuluğa meyl, yerli-yersiz, hətta səsinin batmasına qədər bağırmaq, amansız, icrasında qan elementlərinin çox ola biləcəyi cəzalandırma anonsları məndə Vidadi İskəndərlinin psixi halını öyrənmək həvəsi yaratmışdı. Fərdin psixi halının monitorinqini keçirən, obyektin fotoşəkil və videogörüntülər vasitəsilə də müayinəsini aparan mərkəzlər çoxdur. Onları siz də tapa bilərsiniz. Yeri gəlmişkən onlar şəffaf fəaliyyət göstərir. Amma müraciət edən şəxsin və hədəfin anonimliyinə tam zəmanət verilir. Mən Vidadi İskəndərlinin çıxışlarını, şəkillərini təqdim etdim və maraqlı cavablar aldım. Vidadi İskəndərli fikrin sayrışması, dəqiq təsvir və təsəvvür elementlərinin rabitəsiz əlaqə cəhdlərindən əziyyət çəkir. Ona səbəbin neqativ, ya pozitiv olmasından asılı olmayaraq sistemləşdirilə bilməyən sayıqlamaq ideyalarının sintezi də xasdır. Pasientin, yəni Vidadi İskəndərlinin eyni sözləri və hərəkətləri getdikcə aressivləşən tərzdə və tonda icra etməsi də səbəbsiz deyil. Öyrənilən obyektdə patrafren sindromu da var ki, o Kandinski-Klerambo sindromu ilə qovuşanda nəticə daha ağır olur. Qeyd edilir: “Pasientə, yəni Vidadiyə də elə gəlir ki, onu şər qüvvələr idarə edir və o layiq olmadığı həyatla yaşamaqdadır. O öz həyatını mütləq dəyişməlidir. Buna görə mütləq hakimiyyət əldə etməli və ağrı şəxsində gördüyü insanları zərərsizləşdirməlidir. Bu halda pasient Çe Gevara, Lenin, Robin Qud, Janna Dark kimi obrazlarla ruhi təmasda olduğunu zənn edir və təsəvvüründə ərazi və əhali sintezi yaradaraq onu uyğun aqressiv rənglərlə boyayır. Pasient halının xüsusi vəziyyətində müəyyən ayinlər təşkil edir və bu zaman təşkil etdiyi prosesin gerçəkliyinə inanır. Ehtimali pasient Vidadi İskəndərlinin psixi portreti üçün səciyyəvi olan bir keyfiyyət də budur: o həmişə təqib olunduğunu zən edir. Çox danışmağa meyllidir. Bəzən saatlarla eyni mövzuda və ya hər şeydən danışa bilər. Əvvəlcə düşüncəsi assosiativ olur, amma az sonra nitqinin əhatə etdiyi obyektlər və təhlil etdiyi mövzu arasında rabitə itir. Bu Vidadi İskəndərlidə bəzən ayrıca fəsad halına çatır ki, təbabətdə bu hala manyakal-depressiv psixoz deyirlər. Belə olan halda fəsadlarıdır. Bu günlərdə aldığım məlumatda maraqlı bir faktla da rastlaşdım: hələ Azərbaycanda həbsxanada olarkən ona baş çəkən yaxın adamlarına etdiyi hücumlar İskəndərlinin məcburi qaydada müayinə və müalicə olunması ilə nəticələnibmiş. Kadrda Vidadinin alnını görürük. İlk baxışda bu cizgi bizə heç nə demir. Amma könüllülərin verdiyi arayışda qeyd olunur ki, pasienti ağrı izləyir. O qədər də şiddətli olmasa da hər halda küt ağrılar ona əziyyət verir. Bu ağrılar onu daha aqressiv edir. Qaşlarını əhatə etdiyi zonaların görkəmi göz qişasının da eyni ağrıya təslim olmasından xəbər verir. Pasientin eynəyə meyl göstərməsi də elə bununla bağlıdır. Burun pərələrinin genişlənməsi, dodaqlarının duruşu isə belə pasientlərdə adi hal kimi qeydə alınan manifest dövrünün izidir. O hər dəfə nəsə demək istəyir və nədənsə hər dəfə fikrini eyni saitlə başlamağa çalışır. Müxtəlif pasientlərdə bu fərqli olur. Vidadi İskəndərlidə xroniki start səsi o-dur. Görünür bu səs onda hansısa xatirə ilə bağlıdır. Pasient yuxuda olarkən özünə nəzarəti itirir və ifrat əsəbi hallarda istinin və soyuğun şiddətini hiss etmir. Vidadi iskəndərli kimi pasient üçün zəruri olan qeyd budur. Normal yuxu, əsəbsiz şərait və təbii ki, normal müalicə”.
Burda dərman adı yazılıb ki, daha mən onları oxumuram. Açığını deyim ki, Vidadi iskəndərlinin bir kliniki problem olduğunu mən bilmirdim. Ona görə də heç bir şərh verməyəcəm. Adamın ciddi müayinəyə və müalicəyə ehtiyacı var. Ola bilsin ki kiməsə Vidadinin bu formatı sərfəlidir. Yəni belə adamlar kimisə qətlə yetirərsə belə onu qanun təqib etmir, ya da ruhi xəstəliyi köməyinə çatır. Amma yazıqdı adam. Hər halda psixiatriyada aqressiv dəyişiklik və onun fəsadları üzrə alman Kark Yaspers və isveçrəli Eygen Bleyler nəzəriyyələrini öyrənən könüllü tədqiqat mərkəzlərindən birinə verdiyim sorğunun nəticələri belə deməyə əsas verir.
İndi isə hüquq-mühafizə orqanlarına Vidadi İsgəndərli barədə verdiyim sorğular nəticəsində əldə etdiyim bəzi məlumatları sizinlə bölüşmək istəyirəm. Bu məlumatlarda da elə yerlər olacaq ki, bir az əvvəl xatırlatdığım fraqmentlə səsləşəcək. Beləliklə, İsmayıllı rayon prokurorluğunun böyük müstəntiqi Vidadi İsgəndər oğlu İsgəndərov 18 avqust, 2002-ci ildə xidməti və icra intizamının kobud pozuntusu hallarına, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların həlli və cinayət işinin ibtidai araşdırması zamanı qanun pozuntuları və ciddi nöqsanlara yol verdiyinə görə, vətəndaşların çoxsaylı şikayətləri və müraciətləri əsasında prokurorluq orqanlarından xaric edilib. 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkiləri zamanı 89 saylı Ağdaş-Göyçay seçki dairəsinin seçki məntəqələrində Vidadi İsgəndərov başına topladığı bir qrup şəxslə həmin dairənin 2, 16 və 17 saylı məntəqəlrinə gələrək seçki komissiyalarının fəaliyyətinə qanunsuz müdaxilə etmiş, komissiya üzvləri, müşahidəçilər və seçiçilərə qarşı zor tətbiq etməklə, onları hədələyərək yüzlərlə seçki bülletenlərini oğurlayıb aparmış, müşahidəçi Araz Ələkbərova xəsarət yetirmişdi. Vidadi məhkəmə prosesi zamanı da özünü idarə edə bilmirmiş. O proses iştirakçılarına, zərər çəkmiş şəxslərə və şahidlərə təzyiq göstərir, məhkəmə zalında olan şəxsləri təhqir edərək hədələr yağdırmaqla onları öz ifadələrindən çəkindirməyə çalışırdı. Onun məhkəmə iclaslarında bəzi təəccüb doğuran açıqlamaları da olub. Məsələn, dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov ifadəsində deyib ki, Vidadi İsgəndərov deputatlığa namizəd kimi qeydə alınması zamanı müvafiq sənədlər tərtib edərkən özünü əvvəl Daşnaksutyun, sonra da faşist partiyasının üzvü kimi təqdim edib, yalnız Azərbaycanda belə partiyaların mövcud olmadığı bildirildikdə o özünü müstəqil namizəd kimi qeyd edib. Həmin gün dindirilmiş şahidlər Ələsgər Rüstəmov və Qənimət Əhmədova isə bildirdilər ki, seçki günü öz dəstəsi ilə 17 saylı məntəqəyə hücum etmiş Vidadi İsgəndərov özünü əsl «skinxend» kimi apararaq komissiya üzvlərini və vətəndaşları söyüb təhqir edib, onlara qarşı zor tətbiq etməklə bir saatdan artıq müddət ərzində seçkini pozubmuş. Məhkəmə prosesində ifşa olunduğunu görən Vidadi İsgəndərov şahid Ələsgər Rüstəmovu «başını kəsdirəcəyi» ilə hədələyib. Başını kəsdirməklə hədələmək, özünü faşist və ya daşnaksyutyun partiyasınını nümayəndəsi tək təqdim etmək... Bayaq dinlədiyiniz arayışı yadınıza salın!
Bütün bunları nə üçün deyirəm və bütün ağır ifadələrinə, təhqir və təhdidlərinə baxmayaraq niyə yenidən Vidadi İsgəndərli kimi internet səfilinə qayıdıram. Ona görə ki, onu və onun kimi yüngül desək tərbiyəsizləri, uğursuzları, siyasi kifirləri daha yaxşı tanımalıyıq. Onu efir bacısı Osmanqızı, efir qardaşı Qənimət, siyasi həməxlaqı Əli Kərimli ilə birlikdə təhlil etməliyik. Bu törəmələr bir-birindən nə artıq, nə də əskikdir. Biri primitiv küçə tərbiyəsizidisə digəri bir az geniş dairədə, məsələn meydan tərbiyəsizidir. Ahıllıq dövrünü yaşayan Vidadi İsgəndərli psixi pozuntunun əziyyətini onu dinləyən məlumatsızlara, xüsusən də yeniyetmə və gənclərə verir. Vidadi öz yaşıdlarıyla necə dil əlaqəsinə girir? Birinin ağzını, üzünü, o birinin anasını, arvadını, bacısını, qızını söyür. Vidadi İsgəndərli nəinki Azərbaycan, bütün türkdilli söz azadlığını gözdən salır. Və bu insanlar Azərbaycana gözəl gələcək vəd edir. Bu boyda eybəcər vücudla, daxili və xarici kifirliklə! Hədəf və məqsəd ayıbıyla! Vidadi İsgəndərli kimi Qurban Məmmədli çürüdü. Onun inqilab nağıllarının sonunda 3 çürük qoz da düşmədi. Niyə? Ona görə ki, guya kasıbların lokomotivi, qahmarı, az qala Qaçaq Nəbisi filanı olmaq yoluna iddialı bu adam əslində... Nə əslində. Gəlin baxaq əslinə. Kasıbların maraqlarının müdafiəçisi. Taladılar, daladılar, filan... İndi baxaq görək bu Qaçaq kimin Nəbisidi və nə qədər səmimidi? Qurbanın mənəvi irsi barədə məlumatlıyıq. Keçək maddi irsinə.
QURBAN MƏMMƏDOVUN MİLYONLARLA DƏYƏRİNDƏKİ ƏMLAKI. Məmmədov Qurban Cəlal oğlunun mənzilləri və obyektləri barədə arayışla tanış edim də Sizi. Qurban bayramıdı. Təbrik edək. Qurbanımızı. Həsənoğlu küçəsi 12 ünvanda (5 saylı xəstəxananaın qarşısı) 2 mərtəbəli binalar sökülərkən orada Qurban Məmmədova məxsus mənzillər və ofis binasının əvəzində ona verilmiş mənzillər və obyektlərin siyahısını təqdim edirəm:
Musa Nağıyev küçəsi 1927-ci məhəllə, bina 2 a ünvanda hər biri 109 kv.m olmaqla 3 mənzil: 51, 52 və 53 saylı mənzillər). Yeri gəlmişkən 51-ci və 52-ci mənzilləri başqa şəxslərə satıb, hazırda sahəsi 109 kv.m olan 53-cü mənzil Qurbana məxsusdur;
Həmin binanın 1-ci və 2-ci mərtəbəsində hər birinin sahəsi 240 kv.m olmaqla obyektlər;
Eyni binanın 3-cü mərtəbəsində qızı Günel Məmmədovaya məxsus 240 kv.m-lik 76-cı mənzil;
Elə bu binanın 4-cü mərtəbəsində qızı Haqverdiyeva Turana məxsus 240 kv.m-lik 77-ci mənzil;
Eyni binanın 5-ci mərtəbəsində Məmmədov Qurban Cəlaloğluna məxsus sahəsi 240 kv.m-lik 78-ci mənzil;
Və daha bir qeyd. 1927-ci məhəllə ünvanındakı əsas bina 15 mərtəbəli olmaqla binanın sağ və sol tərəfində ayrıca giriş-çıxışı və lifti olan 5 mərtəbəli binalar mövcuddur. Həmin binalardan biri (5 mərtəbəli, parka baxan tərəf) Qurban Məmmədova verilib (1-ci və 2-ci mərtəbələrdə obyektlər, 3-cü, 4-cü və 5-ci mərtəbələrdə isə mənzillər).
Bu da Qurban Məmmədovun maddi irsi. Daha doğrusu mənə məlum olan, hələlik məlum olan irsi. Məncə, bu bəyanatı verən adamın acından ölürük, yedilər taladılar, biz gərək dövlət çevrilişi edək, kasıblar, ayağa qalxın! kimi şüarlar söyləməyə haqqı yoxdur!
Daha bir Qurban haqqında. Söhbət Qubad İbadoğludan gedir. Mən onu həmişə iqtisadçı kimi, özü də qərəzli iqtisadçı kimi tanımışam. Vüqar Bayramlının qardaşı olduğunu bilirəm və hər dəfə də mənə elə gəlib ki Vüqar daha ağıllıdır. Qubad İbadoğlunun son ay ərzindəki fəallığı məni onun haqqında yenidən düşünməyə vadar etdi. Qubadın iş üslubu bir qədər fərqlidir. Çünki predmeti ayrıdır. İqtisadi terminlərdən daha çox istifadə edir. Məlumatsız adamı çaşdırmaq üçün spesifik ifadələrə, rəqəmlərə, anında yoxlanılması mümkünsüz statistikaya istinad edir. Son zamanlar Qubad İbadoğlu internet tv-lərdə və bloqerlərlə söhbətdə özünü müxalifətin qeyri-rəsmi ortaq lilderi kimi aparır. Birləşmiş Ştatlardan qayıdandan sonra müxalifətin möhlət çıxmış nümayəndələriylə görüşlər keçirir, guya kimisə kiməsə, nəyisə nəyəsə birləşdirir. Amma iqtisadi termin və statistikanı nitqindən çıxarandan sonra görürsən ki, qarşındakı elə Əli Kərimlidən-filandan biridi. Bir az da hirslənəndə kəkilli Vidadi isgəndərliyə yaxınlaşır. Qubadın son çıxışına diqqətlə qulaq asdım və mənə elə gəldi ki, okeanın o tayındakı sifarişçilər Əlidən-dəlidən bir şey çıxmadığını görüb ortaya yeni kart açıb. Amma bu da uğurlu deyil. Səbəbləri sadalayım. Əvvəla Qubad İbadoğlu lider olmaq keyfiyyətlərindən tam məhrumdur. Xarizma, natiqlik qabiliyyəti, dərin siyasi savadı, idarəçilik, təşkilaçılıq, rəhbərlik təcrübəsi yoxdur. Onun öz iqtisadi bacarığından gətirdiyi bir sitatı təqdim edirəm. Sonra qayıdaq.
Diqqətli tamaşaçıların yadında olar. Qırğızıstan kimi digər çaxnaşma və qırğın regionlarında da təkanverici qüvvə siyasi proseslərə iqtisadi zəmində müdaxilələr olur. Bu baxımdan, əgər doğrudan da Qubad İbadoğlu Qırğızstan hökumətinin iqtisadi siyasətinə məsləhət veribsə, deməli bu dəqiqələrdə vətəndaş müharibəsi ərəfəsini yaşayan qırğzılar üçün yaxşı xəbər olmalıdır. Çünki keçmiş və indiki dövlət başçıları arasındakı dava eynilə Qubad ibadoğlu və güruhun qızışdırdığı maddi zəmindən başlamışdı. Gah bu ona rüşvətxor deyir, gah da o biri buna. Qırğızıstanın müstəqil ekspertləri ölkədə baş verən son dramatik hadisələrin məhz Qubad İbadoğlunun öz uğuru kimi qələmə verdiyi proseslərdən qaynaqlandığını bildirirlər. İndiki halda Qubad İbadoğlunun qaçaraq, siyasi təngnəfəsliklə meydana atılması, özü də bunu son dərəcə pinti, avam və savadsızcasına etməsi təsadüfə bənzəmir. Məncə Qubad Azərbaycandakı real iqtisadi mənzərə barədə məlumatı qardaşı Vüqardan alsa daha yaxşı olar. Onda ən azı hədəfdaşları və ya nişandaşlarının niyə 26 ildir ardıcıl uğursuzluğa düçar olduğunu anlayardı. Səndələyən, az qala hər il hakimiyyət dəyişən, siyasi və iqtisadi müvazinətsizliyin qabarıq nümunəsi olan bir respublikanı Qırğızıstanı, ya da oxşar siyasi-iqtisadi aqibəti yaşayan Ermənistanı Azərbaycana nümunə gətirmək siyasi bəsirətsizliyin nəticəsi ola bilərdi. İki respublika. Ermənistan və Qırğızıstan- Qubad kimilərin məlumatsız və avamlara bu iki ölkəni demokratik respublika kimi sırıyır. Bu iki ölkənin öz dövlət ənənəsinə münasibətini detallarla izah edəcəm.
Nikol Paşinyanın Xankəndində verdiyi bəyanatdan danışaq. Nə demişdi Nikol. Demişdi ki, Qarabağ Ermənistandır. Bununla da Baş nazir kimi işə başladığı ilk gündən ortaya qoyduğu platformanı təkzib etdi. Qarabağ adından ayrıca danışıq apara bilmərik, gərək onunla Bakı danışsın demirdi adam? Geri götürdü də. Status kvonun dəyişməməsini istəmirdik. Adam öz diliylə dedi ki, bəli, bizimlə danışılacaq. Hərə bu bəyanatı bir cür başa düşür. Mənim də anladığım belədir. Deməli bundan sonra Azərbaycanla danışıqlarda Qarabağla manipulyasiya edilməyəcək. ATƏT-n Minsk Qrupunun həmsədrləri niyə susdu? Ona görə ki, bu bəyanat danışıqlar masası arxasında oturan Ermənistanın işğalçı xarakterinin birinci şəxs qismində etirafıdır. Mən burada gözlənilməz heç nə görmürəm. Paşinyan nə vaxtsa demişdi ki, Qarabağ Azərbaycanındı? Nədi təəccübləndirən? Hə, əlbəttə, burda İlham Əliyevə təzyiq elementi var, çoxdur. Məgər Gürcüstan sərhədində baş verən provakasiya təzyiq deyildi? İndi hər bir problemin həlli üçün davaya başlamalıyıq. Hamıyla və hər kəslə? Bu relsləri məhz elə bu avantüra üçün quraşdırmayıblar məgər? Amma məni başqa bir məqam daha çox təəccübləndirir. Hər dəfə bu tipli təzyiqlər baş qaldıranda Azərbaycanın xaos və güruh müxalifəti, onun xaricdəki törəmələri dövlətlə yox, qarşı tərəflə unison çıxış edir. Bax bu barədə fikirləşmək lazımdır. İndi bir-bir fakt gətirib vaxtınızı almayacam. Amma özünüz araşdırın, görəcəksiniz ki, Paşinyan, onun sponsor və prodüserləri, digər kənar güclər Azərbaycanın üzərinə mütəşəkkil yürüyəndə dərhal yerli güruh və xaos müxalifəti də starta çıxır. Eyni vaxtda. Eyni məkanda. Lap 1990-cı illərdə olduğu kimi.
Müxalifət düşərgəsində ciddi təhlil böhranı var. Təsəvvür edin. Özünü siyasətçi adlandıran kəslər saatlarla müzakirə açır ki, Prezident bu dəfə müşavirəni nisbətən kiçik dairədə keçirdi. Hərə bir versiya irəli sürür. Prezidentin adi iş gününün adi detalını bu gün sabah elə müxalifətdə təqaüdə gedəcək qos-qocaman adamlar müzakirə edirlər. Baxmayaraq ki, bu sıradan bir iclasdı. Hər bir işçi iclas kimi. Bizi Prezident ona öyrəşdirib ki, bütün müşavirələri efirə verirlər. Və biz də baxırıq. Bəs əgər verməsələr? Prezident tutaq ki, bundan sonra Baş nazirlə, və ya hər bir nazirlə ayrıca görüşsə, onda neyləyəcəyik? Buna da saatlar, səhifələr həsr ediləcək? Bəlkə daha ciddi mövzularda danışaq? Məsələn, Azərbaycan tankçılarının ordu oyunlarında Çin kimi nəhəngin tankçılarını üstələməsindən?! Əvvəllər çayxanalarda laqqırtı vuranlar, indi sosial şəbəkələrdə laykqırtı vurur. Müxalifətçilik dövlətdə ehtiyat təkər olmaqdı. Mina saatı yox. Dünya dəyişir. Məsələn, Amerika Birləşmiş Ştatlarında 30 nəfəri güllələyirlər, 5 günlük matəm elan edilir. Azərbaycan Ştatlara başsağlığı verir. Gəlin fikirləşək, papağımızı, yox, başımızı qabağımıza qoyub fikirləşək. Dövlətimizi qoruyaq.

Mirşahin Ağayev

Комментариев нет:

Отправить комментарий