Страницы

13.09.2019

ÇAR RUSİYASINDA YƏHUDİLƏRİN VƏZİYYƏTİ

 Rusiyada uzun müddət yəhudilərə heç bir hüquq verilməyib və onların bu ölkədə yaşaması qanunsuz sayılıb.  Rus çarları bir neçə dəfə fərman verərək yəhudiləri ölkədən qovublar. Hələ 1113-cü ildə Rus knyazları fərman verərək öz ərazilərinə yəhudilərin köçməsini qadağan etdilər. Monqol-tatarlar yəhudiləri ucdantutma qırırdılar. Rus pravoslav kilsəsi yəhudiliyi eres (küfr və bidət) adlandırdı. 1504-cü ildə Rusiyada “cühudların” kəskin təqibi başlandı. İvan Qroznının (1530-1584) dövründə pravoslavlığı qəbul edən yəhudilərə toxunmurdular, qəbul etməyənləri isə öldürürdülər. 1-ci Pyotr (1672-1725) yəhudilərin Rusiyaya girişini məhdudlaşdırmışdı. O deyirdi: “Mən öz ölkəmdə yəhudilərdənsə Məhəmməd dinindən olanları və bütpərəstləri görməyə üstünlük verirəm. Yəhudilər yalançı və fırıldaqçıdırlar. Onlara köçmələri və işlərini qurmaları ilə bağlı icazə verilməyəcək. Mənim sərəncamlarıma baxmayaraq, onlar bərabərhüquqlu olmaq üçün mənim məmurlarımı pulla almaq yolu tutaraq buna nail olmağa çalışırlar”. 1742-ci ildə İmperatriça Yelizaveta Petrovna (1709-1762) fərman verdi: “Cinsindən, yaşından və rifahından asılı olmayaraq bütün cühudlar Rusiya İmperiyası ərazilərini tərk etsin”. Rus mütəfəkkiri və dövlət xadimi Vasili Tatişev (1686-1750) özünün “Rusiya tarixi” əsərində bu fərmanı şərh edərək yazır: “Yəhudilərin, yəni cühudların, yüngül desək iudların, bu vətənsiz satqınların tələfedici ziyankarlığını qeyd etmək lazımdır ki, bütün Rus knyazlarının 1113-cü ildə ümumi şəkildə onları Rusiyadan qovmasının səbəbi başa düşülsün, əks təqdirdə əziz oxucularda cühudlar haqqında səhv fikir formalaşar. İudlar Rusiyadan şiddətli və zalım qaniçənliyə görə, ən yaxşı insanları, rus insanlarını zəhərləyib öldürmələrinə görə qovulublar. Zəhərli maddələrin, öldürücü, yoluxucu xəstəliklərin müxtəlif hiyləgər üsullarla yayılmasına, dövlət işinə gətirdikləri üfunət və dağıntıya görə qovulublar. Cühudların nə vicdanı, nə şərəfi, nə də düzgünlüyü olmadığına görə onları yenidən geriyə- Rusiyaya buraxmaq dövlətə xəyanətdən də pis günahdır. Yəhudilərin çox olduğu dövlət və ya respublika enişə və məhvə tez gələcək, belə ki onlar hər yerdə dağıntı toxumu səpirlər, doğma adətlərlə, xeyirxah əməllərlə ziyanverici davranırlar. Bu anadangəlmə qansoran sələmçilər, gizli qatillər və daimi fitnəçilər Böyük Rusiya üçün olduqca təhlükəlidirdlər. Böyük Rusiya xalqı dünyanın ən igid, düz və zəhmətkeş xalqıdır, amma sadəlöhv və təmizqəlblidir ki, bu xüsusiyyətlər cühudları, gizli yezuitləri və masonları tanımaqda mane olur. Rus xalqının qonaqpərvərliyinin həddi-hüdudu yoxdur. Bu xüsusiyyətdən istifadə ediblər, əgər biz və övladlarımız müdrik 1742-ci il fərmanını unutsaq, gələcəkdə də istifadə edəcəklər”. Yəhudilərin hüquqlarının məhdudlaşdırılmasını az-çox yüngülləşdirən 1-ci Pavelin (1754-1801) dövründə yəhudilərin Rusiyadakı vəziyyətinin araşdırılması ilə ədliyyə naziri, tanınmış şair Qavriil Derjavin məşğul olurdu. Derjavin diqqət yetirmişdi ki, yəhudilər məhz iudaizmin sayəsində cəmiyyətə qaynayıb-qarışa bilmirlər və ayrı yaşayırlar. O Çara məruzəsində yazırdı: “Sinaqoqlar xurafat və antixristian nifrətin yuvasıdır. Kaqallar dövlət içində dövlət yaradırlar ki, düzgün qurulmuş siyasi orqanizm buna yol verməməlidir”. Derjavin Çarın diqqətinə onu da çatdırmışdı ki, spirt satılmasına lisenziya almaqla yəhudi alverçiləri kəndliləri içkiyə alışdırırlar: “Yəhudilərin məskunlaşdırları ərazilərdə açdıqları içki evlərində kəndlilər düşkünləşir və həyatlarını puç edirlər. 1650 içki mağazasından 1548-i cühudlara məxsusdur. 1297 tütün dükanından 1293-ü cühudların əmlakıdır”. Yəhudilərin belə siyasətinə qarşı sərt mövqe tutan Derjavin Çar 1-ci Aleksandrın (1777-1825) da baxışlarının formalaşmasında böyük rol oynamışdır. 1-ci Aleksandr yəhudilərin cəmiyyətdən izolyasiyasının qarşısını almaq üçün çoxlu cəhdlər göstərdi və Kaqalın hakimiyyətini məhdudlaşdırdı. Derjavin belə hesab edirdi ki, yəhudi məsələsinin həlli üçün Moisey Mendelsonun fəaliyyəti dövründə Almaniyada olduğu kimi hərəkət etmək lazımdır; “nəticədə Talmudun çarlığına son verilmişdir”- şair yazırdı. 1-ci Pavelin dövründə olduğu kimi, Derjavin yenə də yəhudiləri “düzgün və xeyirli işlərlə məşğul olmağa və mənəvi cəhətdən təkmilləşməyə” məcbur etməyə çağırırdı. 1-ci Aleksandr ümid edirdi ki, emansipasiya nəticəsində yəhudilərin xristanlığı qəbul etməsi sürətlənəcək və onları bu yolla assimilyasiya etmək mümkün olacaq. Bu ideyaların həyata keçməsi üçün Çar yəhudilərin işi üzrə xüsusi komitə də yaratdı. 1802-1803-cü illərdə dövlət quruluşunun reformasiyası çərçivəsində Derjavin ədliyyə naziri kimi qanunvericiliklə kaqalların qərb quberniyalarındakı hegemonluğuna son verməyə çalışdı. Amma buna imkan vermədilər və onu işdən çıxardılar. İddialara görə onun işdən çıxarılması üçün 1 milyon rubl rüşvət verilmişdi. Derjavinin “Məni niyə işdən çıxarırsız? “sualını Çar 1-ci Aleksandr belə cavablandırmışdı: “Sən çox qısqanc şəkildə xidmət edirsən”. Yəhudilərə qarşı siyasət formalaşdırmasını kaqallar Derjavinə bağışlamamışdılar. Derjavinin ölümündən sonra, 1817-ci ildə Çar yəhudiləri xristian uşaqlarının ölümündə günahlandırmağı qadağan etdi. Yəhudiləri qanlı əməllərdə günahlandıran cinayət işləri hamısı bağlandı. Həmin il xristianlığı qəbul etmiş yəhudilərə dəstək verən İsrail Xristianları Cəmiyyəti yaradıldı. Çar 1-ci Nikolay Belorusiya səfəri zamanı kəndliləri çapıb talayan yəhudi sələmçilərinin əməllərini görüb riqqətə gəlmişdi. O yazırdı: “Yəhudilər yazıq əhalini zorla istismar edirlər. Bunlar əsl zəlidirlər, hər yerə dağılıblar və əhalinin qanını sorurlar. Kəndlilərin müflisləşməsinin başlıca səbəbkarı yəhudilərdir. Öz əhəmiyyətlərinə görə onlar əkinçilərdən sonra ikinci yeri tuturlar və yazıq əhalini bacarıqla istismar edirlər. Onlar burda hər şeydirlər: alverçilər, işə götürənlər, kabak sahibləri, dəyirmançılar, mal gətirənlər, sənətkarlar və s. İnsanları aldatmaqda onlar o qədər hiyləgərdirlər ki, əkilməmiş buğdaya görə pulu qabaqcadan verirlər və biçin vaxtı gələn kimi qiyməti ucuzlaşdırırlar. Onlar hər şeyi somuran və əyalətləri taqətdən salan adi zəlidirlər”. 1844-cü ildə yəhudi özünüidarəetmə orqanı sayılan kaqallar likvidasiya olundu. Yəhudilərin gicgahlarında hörük saxlaması, qadınlarının başlarını qırxması və s. adətləri qadağan olundu. 1-ci Nikolayın xüsusi sərəncamı ilə yəhudilərin vətəndaş xidmətinə götürülməsi də yasaqlandı, “belə ki onlar yəhudi qanunları ilə yaşayırlar”. Çar 2-ci Aleksandrın (1818-1881) dövründə isə yəhudilərə münasibət kəskin dəyişdi. 1859-cu ildən 1880-ci ilə kimi verilən fərmanlarla yəhudilərin çox hissəsi Rusiya ərazilərində maneəsiz məskunlaşmaq hüququ qazandılar. Azad məskunlaşma icazəsini yəhudi tacirləri, sənətkarları, həkimləri, hüquqşünasları, universitet qurtaranları, onların ailələri və xidmətçiləri, o cümlədən “azad sənət sahibləri” aldılar. 1880-ci ildə daxili işlər nazirinin əmri ilə qanunsuz məskunlaşmış yəhudilərə həmin yerdə qalaraq yaşamaq icazəsi verildi. Yəhudi tarixçisi Felks Kandel “Rusiya yəhudilərinin tarixinə dair zaman və hadisə oçerkləri” kitabında həmin dövrü görmüş adamların sözlərinə istinadən belə yazır: “1850-ci illərin axırlarından varlı yəhudi tacirlərinin paytaxta və digər şəhərlərə axını başlandı, ardınca onların xidmətçiləri və adamları gəldilər, onlar da öz doğmalarını və tanışlarını gətirdilər. Beləcə Peterburqda Nikolayın ehtiyatda olan əsgərlərinin idarə etdiyi əvvəlki icmanın yerində yeni icma yarandı. Köhnə yəhudi sakinlərindən biri bu fərqi belə izah edirdi: “Peterburq əvvəl nə idi? Çöllük. İndi isə Berdiçevə çevrilib!”. Yeni gələnlərlə əsl metamorfoza baş verirdi: icarə pulu yığan bankirə, podratçı imkanlı sahibkara, xidmətçilər paytaxt modabazlarına çevrilirdi. Çox qarğalar özlərinə tovuzquşu lələkləri geymişdilər. Balta və Konotopdan gələn bambılılar qısa müddətdən sonra özlərini “aristokrat” sanırdılar və “əyalətdən gələnlərə” gülürdülər. Qiymətli kağızların spekulyasiyasının artdığı birja bədxərcliyə gətirib çıxarmışdı. Bir neçə yüz rubldan ibarət hər qısamüddətli qazancdan sonra yoldaşlarla Dodonun restoranına təmtəraqlı nahara gedirdilər. Nəhəng dövriyyədən asanca qazanan “dovşanlardan” ibarət birja maklerləri ordusu yaranmışdı. Bəziləri bu yollarla özlərinə sərvət qazandılar, bəziləri isə bu burulğanda həlak oldular”. 1861-ci ildə Polşada antirus çaxnaşmaları balşayanda yəhudilər də polyaklarla birləşib ruslara qarşı çıxdılar. Varşava ravvini Beruş Mayzelsin çağırışından sonra yəhudilər də nümayişlərə çıxıb Polşanın azadlığını tələb etdilər. Yəhudilər fəhlələr arasında aqitasiya apararaq onlara gizlicə silah daşıdılar. 1863-cü ildə Polşa, Litva və Belorusiyada rus qoşunlarına qarşı vuruşan üsyançılar arasında çoxlu yəhudi də vardı. Varşavanın yəhudi icması müqavimət üçün pul topladı, üsyançılara pul lazım olanda da varlı yəhudilərin yanına gəlirdilər. Yerlərdə yəhudilər rus qoşunlarının hərəkəti barədə məlumatları üsyançılara çatdırırdılar. Üsyan yatırılandan sonra çoxlu sayda yəhudi də həbs olundu, şallaqlandı və Sibirə sürgünə göndərildi. 2-ci Aleksandrın öldürülməsindən sonra onun yerinə oturan 3-cü Aleksandr (1845-1894) yəhudilərə qarşı sərt tədbirlər həyata keçirdi. 1881-ci ilin avqustunda quberniyalarda “yəhudilərin iqtisadi fəaliyyəti nəticəsində yerli əhaliyə dəyən ziyanı” müəyyənləşdirən xüsusi komissiyalar yaradıldı. 3 may 1882-ci ildə daxili işlər nazirinin rəhbərliyi ilə “May Qaydaları” adlı sənəd qəbul olundu. Bu sənədə əsasən yəhudilərə kənd yerlərində məskunlaşmaq, şəhərlərdən kənar ərazilərdə daşınmaz əmlak almaq və torpaq sahələrini icazəyə götürmək, bazar günü və xristian bayramlarında alver emək qadağan olunurdu. Ali Komissiya Çar 3-cü Aleksandra yəhudilərin hüquqlarını genişləndirməyi təklif etsə də, Çar bu təklifi rədd etdi, “May Qaydaları”nı qüvvədə saxladı. Kəndlərdə ticarətlə məşğul olma qadağası yəhudi dükançılarını əsas gəlirlərindən məhrum etdi. “May Qaydaları” yalnız 1917-ci ilin martında ləğv edildi. 3-cü Aleksandr “May Qaydaları”nın tətbiq olunması ilə yəhudilərin sıxışdırılması siyasətini yürütdü. 1887-ci ildə yəhudilərin gimnaziya və universitetlərə qəbuluna limit qoyuldu. 1890-cı ildə həyata keçirilən “Zemskaya reforma” nəticəsində yəhudilərə özünüidarəetmə orqanlarında işləmək qadağan olundu. 1891-ci ildə yəhudi sənətkarlarının və xırda tacirlərinin Moskvadan çıxarılması barədə qərar verildi. 11 iyun 1892-ci ildə qəbul olunmuş qanunla yəhudilər şəhər özünüidarəetmə orqanlarına seçkilərdə iştirakdan kənarlaşdırıldılar. 1895-ci ildə dövlətin qəbul etdiyi çaxır monopoliyası içki evləri işlədən və sələmçiliklə məşğul olan yəhudilərə böyük zərbə vurdu. 20-ci əsrin əvvəllərində demək olar ki yəhudi hüquqşünasların hamısı dövlət işlərindən sıxışdırılıb çıxarılmışdılar. İmperiya boyunca artan yəhudi qırğınları yəhudilərin ölkədəki vəziyyətini daha da pisləşdirdi və onlara qarşı mənfi əhval-ruhiyyə yaratdı. Onu da deyək ki, ilk yəhudi qırğınını ruslar yox, yunanlar başlamışdılar. İstanbulda yunan pravoslav patriarxı Qriqorinin ölümünə görə yəhudiləri günahlandıran Odessa yunanları 1821-ci ildə onların üstünə qalxmışdılar. 1859-cu ildə Odessada yunanlar yenidən yəhudiləri qırıb çatdılar. Yunanlarla yəhudilərin düşmənçiliyi həm də ticarət rəqabəti üstündə idi. 1871-ci ildə Odessada yunan tacirləri yəhudiləri banklar və xarici ticarət üzərində nəzarəti onların əllərindən almaqda günahlandırdılar və qırğın təşkil etdilər. Yüzlərlə yəhudi evi, dükanı və içkixanası dağıdıldı. 1862-ci ildə Ukraynanın Akkerman şəhərində yunanlar yəhudilərin üstünə getdilər. Çar 3-cü Aleksandırın dövründə yəhudi qırğınlarının sayı lap çoxalmışdı; təkcə 1881-1882-ci illərdə Rusiya İmperiyasının 166 şəhərində xalq yəhudilərin üstünə qalxdı. Minlərlə yəhudi evi dağıdıldı, çoxlu yəhudi ailəsi əmlakından məhrum oldu, yüzlərlə kişi, qadın və uşaq yaralandı, bir çoxu öldürüldü. Nijni Novqorod qubernatorunun məruzəsində göstərdiyi kimi, “xalqda belə fikir formalaşmışdı ki, yəhudilərə qarşı ağır cinayətlərə görə heç kəs onları cəzalandırmayacaq”. 1891-ci ildə Çerniqov quberniyasının Starodub şəhərində, 1895-ci ildə Gürcüstanın Kutaisi şəhərində, 1897-ci ildə Kiyev quberniyasının Şpola və Xerson quberniyasının Kantakuzenka məntəqələrində yəhudi qırğınları baş verdi. 19 aprel 1899-cu ildə Nikolayev şəhərində pravoslav Pasxa bayramı keçrilən zaman xalq yəhudilərin üstünə axışdı və qırğın üç gün davam etdi. Ən məşhur və böyük yəhudi qırğını isə Kişinyovda 1903-cü ilin 6-7 aprelində, pravoslav Pasxa günlərində baş verdi; 49 nəfər öldürüldü, 586 nəfər yaralandı. 1904-cü ilin avqust-sentyabr aylarında Ukrayna və Belorusiyanın şəhər və kəndlərində rus-yapon müharibəsinə yeni çağırılmış əsgərlər yəhudilərin üstünə yeridilər. Xerson quberniyasının Aleksandriya şəhərində kütlə sinaqoqa doluşdu və 20 yəhudini döyərək öldürdü. Çar 3-cü Aleksandrın yaxın adamlarından olan dövlət xadimi Konstantin Pobedonosçev həmin qırğınlarla bağlı belə demişdi: “Yəhudilərin üçdə biri Rusiyadan gedəcək, üçdə biri xristianlığı qəbul edəcək, üçdə biri isə öləcək”. 19-cu əsrin sonunda Rusiyadan qaçan 10 minlərlə yəhudi Almaniya və Avstriya-Macarıstanda sığınacaq tapdı və ABŞ-a getməyə çalışdı. 1881-1914-cü illərdə Rusiya İmperiyasını 1 milyon 980 min yəhudi tərk etdi; onun 1 milyon 557 mini ABŞ-a, qalanları isə Fələstinə, Argentinaya və s. getdi. Professor Con Klier “Britannika” ensiklopediyasında yazır: “İmperiya hökumətinin yəhudilərə qarşı mövqeyi yəhudilərin inqilabi və “burjua” müxalifətinə keçməsinə stimul verən şərait yaratdı. Yəhudilərə qarşı qırğınlar Çar tərəfindən rejimə xalq dəstəyi kimi başa düşülürdü. Bu hökuməti antisemitizmi ideoloji platforma kimi istifadə edən sağ elementlərin fəaliyyətinə simvolik də olsa xeyir-dua verməyə yönləndirirdi”. 1897-ci ildə Ümümdünya Sionist Təşkilatının Rusiyada filialı yaradıldı. Bundan sonra Rusiya və Polşada sionist təşkilatların sayı yağışdan sonra göbələk kimi artdı. Rəhbərlərinin sağçı və ya solçu olmasından asılı olmayaraq bu təşkilatlar yəhudilər arasında millətçilik yayır və assimilyasiyaya qarşı çıxırdılar. 1903-cü ilin iyununda Rusiyanın daxili işlər naziri Vyaçeslav Pleve sionistlərə qarşı həlledici tədbirlər görmək barədə göstərişlər verdi. Onun sözlərinə görə, sionistlər ilkin məqsədlərindən uzaqlaşıblar, belə ki Fələstinə köçmək əvəzinə qalıb inqilabi təbliğat aparmaqla və gizli təşkilatlar yaratmaqla məşğuldurlar. Məhz həmin dövrdə yəhudilərin Bund və digər sol təşkilatları öz fəaliyyətlərində terrora start verdilər. Bund təşkilatı özünün 5-ci konfransında “çarizmin ağ terroruna təşkilatlanmış qisasla cavab verməyə” çağırdı. 1905-ci il baş tutmayan inqilabından sonra, 14 mart 1906-cı ildə ingilis publisisti Uilyam Kertisin “Yəhudi qisası” çıxışında deyilirdi: “İnqilab liderlərinin demək olar ki hamısı yəhudi irqinə mənsubdurlar. Ən çox effektiv inqilabi agentlik isə mənzil-qərargahı bu yaxınlarda qırğın törədilən Belostokda yerləşən yəhudi “Bund”udur. Başqa irqlərin hamısını bir yerdə götürəndə Rus hökuməti daha çox yəhudi irqindən əziyyət çəkir. Harda xətakar cinayət törədilib- orda həmişə yəhudi var. Bütün imperiya ərazisində siz bircə nəfər də olsun loyal yəhudi çətin tapasınız. Kütləvi tətillərə başçılıq edən Peterburq Sovetinin sədri Xrustalyov (Nosar) yəhudidir. Pribaltikada inqilab təşkil edən Maksin yəhudidir. Terrorçuların lideri Qerşuni də yəhudidir. Mən burda inqilabi və terrorçu liderləri saydıqca sayaram- onların hamısı yəhudidir”. 1917-ci ilin Fevral İnqilabından sonra Rusiyada yəhudilərin bərabərhüquqluluğu elan olundu. 1917-ci ilin martında sionistlər Moskvada Yəhudi Milli Fondunun Ümumrusiya Şöbəsinin Mərkəsi Bürosunu bərpa etdilər. Yüzlərlə yerli sionist təşkilatı yaradıldı. Əgər 1915-ci ildə ölkədə 18 min aktiv sionist vardısa, 1917-ci ilin mayında onların sayı 140 minə qalxdı. 1917-ci ilin aprelində dindar sionistlər Moskvada Masoret ve-Herut partiyasını yaratdılar.

İbrahim Sel, “Avrasiya tarixi”

Комментариев нет:

Отправить комментарий