Страницы

25.09.2019

DEMOKRATLARIN NARKOMANLARA BƏNZƏMƏSİ

Aydın Arifoğlu

Bizim demokratla Şimalımızda 2 kəndin və Samur çayının aşağı məcrasının Rusiya tərəfindən Azərbaycana verilməsindən söz düşdü. Bunlar deyir ki, Rusiyaya çox sağol deməməliyik, çünki bu ərazilər bizim idi, sovet vaxtı müvəqqəti verilmişdi Dağıstana. İndi isə zaman bitib, ona görə Rusiya onları bizə qaytarmalı idi.
Dedim bunlara ki, ay kişilər, siz damarına qulluq edən narkomanlar kimi uymusunuz, gerçəklikdən xəbəriniz yoxdur. Rusiya bizə heç nə borclu deyil. O istəsəydi bu əraziləri bizə verməzdi, siz də burada bağırtı salmaqdan başqa heç nə edə bilməzdiniz. Üstəlik o kəndlərin sakinləri Rusiya vətəndaşı idilər. Odur Gürcüstanda Osetiya və Abxaziyada ruslar öz pasportlarını paylayıb, sonra o yerləri Gürcüstandan ayırdılar. Bizim örnəyimizdə isə öz vətəndaşlarını köçürüb yerləri bizə verdilər.
Üstəlik Rusiya yeganə dövlətdir ki, Azərbaycanla sərhəd müqaviləsi imzalayıb. Bunu bizimlə heç bir dövlət etməyib. Odur gürcülər Sovet sərhədlərini tanımır, bizə qarşı iddialıdırlar. Erməniləri daha demirəm.
Ona görə Rusiyaya qarşı bağırmaq ağılsızlıqdır. İstədiniz ya yox, o var, deməli onlarla münasibət qurulmalıdır. Yoxsa nəğdi qoyub nisyəyə gedirsiniz. Burada ruslarla anlaşmaqdan nakomanlar kimi Amerika-Avropaya uyursunuz. Halbuki onlar boş vədlərdən başqa heç kəsə heç nə vermirlər.
Bu baxımdan Rusiyaya qarşı olmaq ağılsızlıqdır. Çünki onlara biz heç nə edə bilmərik, gücümüz yetməz. Ancaq burada boş və mənasız qeybət edə bilərik. Belədirsə ağıl işlədib onlardan xeyir götürməyi bacarmalıyıq.
Söhbətin sonunda da dedim bu demokratlara ki, siz Azərbaycana ziyan verirsiniz. Rusiyaya qarşı dil uzadıb, Ukrayna Gürcüstana dəstək göstərərək, rusları bizə qarşı yönəldirsiniz. Çünki ruslar burada görsənməsələr də, sosial şəbəkələrdə monitorinq aparıb ictimai rəyi öyrənirlər. Bunu edərkən onlar görürlər ki, azərbaycanlılar onlara qarşı dil uzadırlar. Belədirsə, bu bizim haqqımızda Rusiyada mənfi rəy yaradır və nəticə olaraq bizə xeyir gətirmir.

Комментариев нет:

Отправить комментарий