Страницы

07.09.2019

Gömrükdəki problemləri necə həll etmək olar?

“Ötən günlər DGK və DSX generalları yenidən sərhəd-keçid məntəqəsində olublar. Bu dəfə də hər iki qurumun rəhbərləri, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Qırmızı Körpü"də olublar. Yenə də “həmin kordinat, həmin dalğadır”” .
yenisabah.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib. Gömrük problemlərindən danışan ekspert bildirib ki, generallar sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tapşırıqlar verib geri dönüblər.
“Dəfələrlə qeyd etmişik ki, son dövrlər bu sahədə müəyyən uğurlar əldə edilib. Lakin daha ciddi təkmilləşmə üçün ciddi islahatlar aparılmalıdır. Və bu, DGK və DSX rəhbərləri səviyyəsində gerçəkləşəcək bir iş də deyil”.
O. Gündüz DGK və DSX münasibətlərinin yenidən hüquqi tənzimlənməsi və Gömrük Məcəlləsinin yenidən işlənməsi ilə bağlı təkliflər irəli sürüb:
1. Bizdə sərhəd-keçid məntəqəsində 2 Pəncərə var: DGK və DSX. Pəncərələrin sayı 1 olmalıdır. Bunun üçün qanunvericilik dəyişməlidir. DGK və DSX generalları iki gündən bir sərhədə gedincə, bu istiqamətdə faydalı təkliflər hazırlayıb hökumətə təqdim etsələr daha doğru olardı.
2. Ümumiyyətlə, düşünürəm ki, DSX sərhəd-keçid məntəqəsində sənədləşmə ilə bağlı məsələlərə, kağız-kuğuz işlərinə qarışmamalıdır, yalnız sərhəd zolağında olmalıdır. Fikrimcə sərhəddə STOP-la bağlı, vətəndaşla bağlı məsələlər Dövlət Miqarsiya Xidmətinə verilə bilərdi.
3. Vətəndaşın pasportu və maşının texniki pasportu hazırda hər iki Pəncərədə qəbul edilərək məlumatlar təkrar-təkrar kompüterə daxil edilir. Çünki DGK və DSX informasiya sistemləri bir-birinə inteqrasiya olunmayıb. Hərə özü üçün məlumat bazası formalaşdırıb.
Ekspert düşünür ki, istənilən tip məlumatlar yalnız bir pəncərədə və bir kompüterə, yalnız bir dəfə daxil edilməlidir.
Əgər hər iki qurumun informasiya sistemləri İAMAS “giriş-çıxış sistemi”nə inteqrasiya olunubsa, onda hər iki qurum yalnız DGK-ya məxsus vahid bir informasiya sistemindən istifadə edə bilərdi. Bu informasiya sisteminin İAMAS-dakı statusunu genişləndirmək olardı.
4. Sərhəd keçid məntəqəsində Pasport 4 yerdə (Girişdə, hər iki Pəncərədə və çıxışda) yoxlanılır. Hər iki qurum bunun fərqində olmalıdır.
5. Maşınlara verilən birka ləğv olunmalıdır.
6. Sərhəd-keçid məntəqəsində normal iş şəraiti yaradılmalı, əməkdaşlara tez-tez təlimlər keçirilməli, gözləmə zalları, piyadaların keçid yerləri qaydaya salınmalıdır.
O. Gündüz hesab edir ki, DGK-nın istifadəyə verməyə hazırlaşdığı “Elektron növbə” xidməti də sərhəd-keçmə prosesini xeyli təkmilləşdirəcək.
“Yüksək gömrük rüsumları, şəxsi məqsəd üçün gətirilən mallarla bağlı vətəndaşlara tətbiq olunun məhdudiyyətlər, analoqu olmayan avtomobil gömrük rüsumları isə ayrı bir müzakirə mövzusudur”.

Комментариев нет:

Отправить комментарий