Страницы

19.09.2019

Gör onda nələr baş verər!

Elsevər Hüseynov

Aşağıdakı görüntülərə fikir verin.
Bu möhtəşəm görüntülərə baxarkən şiəliyin niyə düşmənin hədəfində olduğunu anlamaq olur.
İslamın ən böyük düşmənləri şiəliyi, İmam Hüseyn (ə.s) məclislərini hər vəchlə vurmağa, zəiflətməyə, gözdən salmağa çalışırlar.
Kərbəlada ziyarətində olan bu izdiham, bu insan seli onları qorxuya salır, yuxularını ərşə çəkir.
Müsəlman aləminin çox az bir hissəsi- təxminən 15-20 faizi şiə əqidəsinə qulluq edir. Bu qədər az bir hissə bu qədər möhtəşəm, düşməni titrədən bir izdiham yarada bilirsə, gör onda müsəlman aləminin böyük bir hissəsi İmam Hüseyni tanıyıb onun ətrafına toplaşsa nələr baş verər!
Bircə yumruqla düşməni- imperializmi və sionizmi yerin dibinə soxar.
Düşmən bunu anlayır və dərk edir.
Amma nə yazıq ki, özünü müsəlman hesab edən müsəlman görüntülü məxluqlar bunu anlaya bilmir, düşmənə alət olub şiəni vurmağa çalışır.
Bunu bilərəkdən edənlərə, düşmənə nökərçilikdə bulunanlara, dinini-imanını pula satanlara sözüm yoxdur. Onlara deməyin xeyri də olmayacaq. Çünki onların yemləyən düşmənin sözündən çıxa bilməyəcəklər.
Sözüm bunu bilməyərəkdən, anlamadan edənlərədir. Düşmənə maşa olmayın.
Onların təbliğat maşının qurbanı olmayın.
İslam aləminin yeganə qurtuluş yolu İmam Hüseyn əleyhissəlamın bayrağı altında birləşməkdir.
Bu bayraq bütün İslam coğrafiyasında, əsasən də Məkkə və Mədinədə dalğalanmadıqca müsəlmana qurtuluş yoxdur.
Bu bayraq hakim olmadıqca müsəlman əziləcək, qapazaltı olacaq.
Hamımız bir olaq, bir yumruq olaq! Bu yolda bir addımlayaq.
Hamımız Kərbəla yolunda bir addımlaya bilsək, Yer kürəsində layiqli yerimizi tutacayıq.
Dünyanın sionist supergücləri qarşımızda baş əyəcək.
Budur nicat yolu, qurtuluş yolu! Başqa yolumuz yoxdur.
Qələbə bizimlədir.






Комментариев нет:

Отправить комментарий