Страницы

17.09.2019

MARKSİZM VƏ BOLŞEVİZM- İUDAİZMİN GİZLİ QOLLARI KİMİ

 Londonda sionistlərin ruporu sayılan “The Jevish Xronicle” qəzeti 12 aprel 1919-cu il nömrəsində yazırdı: “Bolşevizm konsepsiyası iudaizmin əksər müddəaları ilə harmoniya təşkil edir”. “Çikaqo Tribune” qəzeti 19 iyun 1920-ci il nömrəsində bolşevizmi “yəhudilərin dünya üzərində nəzarət aləti” adlandırmışdı. Amerikalı maqnat Henri Ford 1920-ci ildə yazdığı “Dünya yəhudiliyi” kitabında deyirdi: “Proletariat diktatirası adı verilmiş məsələdə proletariat heç bir səsə malik deyil. Sadəcə Rusiyada yarandığına görə rus adlanır, amma rus xalqından çıxmadığına və onunçün olmadığına görə mahiyyətcə rus sayıla bilməz. Bolşevizm Sion Protokollarının beynəlxalq proqramıdır; bu proqram hər bir ölkədə azlıq tərəfindən həyata keçiriləcəkdir ki, rus tamaşası burda sadəcə general repetisiyadır”. Yəhudi ədəbiyyatşünası, sionizmin ideoloqlarından biri Moris Samuel 1924-cü ildə çıxmış “Siz- qoylar” kitabında kommunist himninin məşhur “Bütün zorakılıq dünyasını biz kökündən dağıdacayıq” sözlərini belə interpretasiya edirdi: “Biz yəhudilər- dağıdıcılarıq, biz həmişə başqalarının qurduqlarını sındıracayıq və məhv edəcəyik”. 1930-cu illərdə Avropanın sağ dairələri bolşevizmi “bir dəstə yəhudi ədəbiyyatçısının və birja banditinin rus xalqı üzərində diktaturası” sanırdılar. 1950-1960-cı illərdə bir çox Avropa konspiroloqları sionizm və kommunizmin hər ikisini iudaizmin törəmələri kimi xarakterizə edirdilər və bildirirdilər ki, ikisi də dünya yəhudiliyi, daha konkret “ümumdünya yəhudi kaqalı” tərəfindən yemlənmişdir və istiqamətləndirilmişdir. Rus monarxisti və publisisti Vasili Şulqin də sionizmin və bolşevizmin sıx bağlılığını vurğulayır: “Sionizm ilk əvvəl xəyalpərvərlərin arzusu idi və yəhudilərin çox hissəsi bunu dəstəkləmirdi. Sonra bu ideyaya yəhudi inqilabçıları yiyələndilər və bunu öz inqilabi məqsədləri yolunda doyunca işlətdilər”. “The Councillor” nəşri 1 fevral 1965-ci ildə “Yakobinlər və bolşeviklərlə bağlı köhnə sui-qəsd” adlı məqaləsində bolşevizmin yaradıcısının əslində Karl Marks yox, İllüminatlar Ordeninin banisi Adam Veysqaupt olduğunu bildirərək yazırdı: “Fransa İnqilabının yakobinlərinə Bavariya illüminatları nəzarət edirdilər. Sui-qəsdçilər bu gün kommunizmə nəzarət edirlər. İllüminatçılıq- teoretik yakobinliyin məktəbidir; yakobinlər isə illüminat-praktiklərdir”.
 Bir çox tədqiqatçılar yəhudilərin Rusiyadakı inqilabi proseslərdə yaxından iştirakını iudaizmin zühur edəcək Xilaskarla bağlı esxatoloji tezisi ilə əlaqələndirirlər; həmin dövrün bir çox yəhudi sol təşkilatları Xilaskar rolunda tək bir nəfəri yox, bütov yəhudi xalqını görürdülər. Tədqiqatçı Moris Pinye “Kilsəyə qarşı sui-qəsd” kitabında yazır: “Sionizmə messian hərəkat kimi baxış iudaizmdə geniş yayılmışdır və bu baxış Marksın kommunizmi üçün də tipik neomessiandır. Hər ikisi eyni İsrail sprutunun öz messian idealını realizasiya etməyə və dünyaya yiyələnməyə çan atan caynaqlarıdır”. Müvəqqəti Hökumətin həbs etdiyi və xaricə qaçmış rus generalı Aleksandr Meller-Zakomelski də Marksın sosializmini iudaizm ilə əlaqələndirirdi və İsrail xiliazmının (Yer üzündə cənnət gözləntisi) məntiqi xülasəsi olduğunu bildirirdi. İlk marksist dərnəklərin liderləri olan, sonradan solçu Bund partiyasını yaratmış Kopelzon, Kremer, Mil, Berman, Ayzenştadt kimi yəhudilər marksizmi yəhudi xalqının xüsusi missiyası haqqında ənənəvi Bibliya təqdimatı ilə paralellər aparmaqla şərh edirdilər. Təsadüfi deyil ki, rus marksizminin yaradıcısı Georgi Plexanov Bundçuları “ardıcıl olmayan sionistlər” adlandırırdı və deyirdi ki, onlar “Sionu Fələstində yox, Rusiya dövləti hüdudlarında yaratmaq istəyirlər”. Sionizmin ideoloqlarından Vladimiz Jabotinski yazırdı: “Mən bundçuların inamlı və qızğın pərəstişkarlarındanam. Onların şücaətlərinin Rusiyanın taleyində önəmli rol oynamasına şübhəm var, amma məni bir sionist kimi daha çox yəhudiliyin taleyi maraqlandırır ki, bu xüsusda Bundun rolu nəhəngdir”. Jabotinskinin fikrincə, Bund “sionizmin ən geniş siyasi məqsədlərinin həyata keçirilməsini əhəmiyyətli dərəcədə yüngülləşdirmişdir”. Jabotinski özünün “Bund və sionizm” məqaləsində daha da dərinə gedərək maraqlı mətləblərə işıq salır: “Bund və sionizm- eyni kökdən gələn iki xoldur; bu böyük gövdənin budaqlarından biridir. Bund- sionizmin nümunəvi ruhani məktəbində hazırlanmış sinifdir. Bund- sionizmin epizodlarından bididir”.
 Marks və Engelsin müəllimi Almaniyanın yəhudi filosofu Mozes Qess olmuşdur. Tədqiqatçı Mark Leon “Marks marksizmdən əvvəl” kitabında yazır: “Yalnız 1-ci İnternasionalin baniləri olan Marks, Engels və Bakuninə böyük təsir etmiş Mozes Qessi başa düşməklə kommunizmin satanist dərinliyini anlamaq olar”. Yəhudi Ensiklopediyası Qessi “ilk alman sosialistlərin biri, ilk sosialist yönlü sionizmin çağırışçılarından biri” kimi xarakterizə edir. Özünün “Rim və Yerussəlim” kitabında Qess Fələstində “yəhudi sosialist dövləti yaratmağa” səsləyirdi. Onun fikrincə ancaq bu yolla yəhudilər get-gedə onlara qarşı artan nifrətdən yaxa qurtara bilərdilər və öz identikliklərini saxlayardılar. O bu dövlətin sosialist prinsiplərini də izah edirdi. Qessin fikrincə bu dövlətdə yəhudilər həm də öz dinlərini- iudaizmi saxlamalıydılar. Yeni yəhudilər sosialist və dindar olmaqla yanaşı həm də millətçi olmalıydılar- Qess millətçiliyə qarşı çıxan yəhudini “dönük və xəyanətkar” adlandırırdı: “Hər bir yəhudi ilk növbədə yəhudi patriotu olmalıdır”. Qess sosialist olmaqdan da çox sionist idi və bunu açıq-aydın bildirirdi. “İlk əvvəl- irqi mübarizə. Sinfi mübarizə ikinci dərəcəlidir”- o yazırdı. “Hər bir yəhudidə Xilaskar Məsih qabiliyyəti var” deyən Qessin fikrincə, Xilaskar gözlənildiyi kimi bir nəfər yox, yəhudi xalqının özü olmalıdır. O yazırdı: “Bizim Tanrımız- məhəbbətlə birləşmiş insan irqidir. Belə birləşməyə nail olmağın yolu on milyonlarla insanın əziləcəyi və öləcəyi sosialist inqilabıdır”. Qess “sosialist inqilabının ümumdünya qələbəsini” yəhudilərin messian, yəni xilas dövrü adlandırırdı. Maraqlıdır ki, ardıcıllarının və soydaşlarının Rusiyada inqilab həyata keçirdiyi bu adam özü Rusiyaya və slavyan xalqlarına nifrət edirdi- o bu nifrəti şagirdləri Marksa və Engelsə də aşılamışdı.
 Karl Marksın digər müəllimi ravvin Barux Levinin ona yazdığı məktubu da maraq doğurur. Barux Levi “Elm və sivilizasiyanın inkişafı üçün yəhudilərin ittifaqı” təşkilatına rəhbərlik etmiş, uzun müddət Almaniya və Avropa yəhudiləri arasında sionist təbliğatı aparmış bir adamdır. O Mozes Qeslə birgə sionizmin neomessian ideya əsasında yaradıcılarından biridir. Levi öz məşhur tələbəsinə məktubunda fəhlə sinfindən kor alət kimi istifadə etməklə ümumdünya yəhudi hegemonluğuna nail olmağın yolunu ona belə başa salırdı: “Yəhudi xalqı özü özünün Xilaskarı olacaq. Onun dünya üzərində hökmranlığı qalan insan irqlərinin birləşdirilməsi, monarxiyaların və sərhədlərin ayrılıq bünovrələri kimi ləğvi, hər yerdə vətəndaş hüquqlarını tanıyan Ümumdünya Respublikasının elan olunması yolu ilə həyata keçiriləcək. İnsanlığın indiki yeni təşkilatlanmasında İsrail övladları Yer səthi üzərində səpələniblər; bir irqdən, eyni ənənəvi quruluşdan olanlar güclü müqavimətə rast gəlmədən hər yerdə idarəedici elementə çevriləcəklər, xüsusən də fəhlə kütlələrinə yəhudilərin rəhbərliyini yeridə bilsələr. Beləcə proletariatın qələbəsi bütün millətlərin hökumətlərini Ümumdünya Respublikasının yaradılması ilə İsrailin əllərinə verəcək. Onda yəhudi irqinin hökuməti şəxsi mülkiyyəti ləğv edə biləcək və hər yerdə xalqların sərvətlərinə sahiblənəcək. Bu yolla Talmudun gələcək messian zamanlar barədə vədləri reallaşacaq, hansı ki yəhudilər bütün dünya xalqlarının mülkiyyətinə yiyələnməliydilər”. Rusiyada 1917-1927-ci illərdə baş verənlərin əsl məğzi budur! Qəddar diktatura quruluşu, yad fikirlilərin ucdantutma öldürülməsi, qoy cəmiyyətlərinin ruhani, elmi, ədəbi, texniki elitalarının likvidasiyası, ailə institutunun dağıdılması, əxlaqın, tərbiyənin və mənəviyyatın məhvi, arvad və uşaqların ümumi olduğu, bir yorğan altında yatdığı cəmiyyət yaratmaq istəyi, cinsi pozğunluğun yeridilməsi, abortlara icazə verilməsi, ölkənin təbii sərvətlərini xaricilərin daşıyıb aparması, yeni yaradılmış ordu vasitəsilə Avropanın milli hökumətlərini devirmək və Ümumdünya Respublikası yaratmaq cəhdi. Məhz Rusiya kəşfiyyatının işçisi Stalin bütün bu bəlalara son qoydu; o bu planları həyata keçirən trotskist yəhudiləri qırıb SSRİ-də əsl xalqçı quruluş və sosialist sistem qurdu. Stalin kommunizmin və marksizmin satanist mahiyyətini dəyişdirdi, onların yerində stalinizm və sovetizmə söykənən əsl xalq sosializmi yaratdı.
 Karl Marks əsl adı Mozes Mordexey Levi olan yəhudidir. Bütün ata-babası ravvin olmuşlar. Alman cəmiyyətində vəziyyətini yaxşılaşdırmaq və irəli getmək üçün o xristianlığı qəbul etmiş və alman adı götürmüşdür. Lakin məlumdur ki, müəllimi Mozes Qessin sayəsində sosialist dünyagörüşünə gəlməzdən əvvəl o dinə qarşı çıxırdı. “Yuxarıda hökm eləyəndən qisas almaqdan ötrü alışıb yanıram”- tələbə şeirlərinin birində o Tanrıya həqarətlə yazırdı. “Oulanem” adlı poemasında isə bütün insanlığı lənətləyirdi. Marksın bu kimi digər poetik əsərləri onun satanist olmasına dəlalət edir. Marks kasıb yaşasa da, varlı qohumlarından miras almaq arzusu ilə aşıb daşırdı. Əmisi ölüm ayağında olanda yazmışdı: “Bu it ölsə, mən kasıblıqdan çıxaram”. Marks nəinki qohumlarına, heç partiyadaşlarına da hörmətlə yanaşmırdı. Engelsə yazdığı məktubunda deyirdi: “Proletariat axmaq fəhlələrin mənə qarşı duyduğu nifrətdən məni qorumalıdır”. Marks insanlığı sevmirdi və onun xarakterinə yaradıcılıq yox, dağıdıcılıq xas idi. Onu yaxından tanıyan Friç Radeç yazırdı: “Onun qəlbi insanlara sevgi ilə yox, nifrət ilə aşıb daşırdı”. İnsanlığı sevən Marks- ölümündən sonra onun haqqında planlı şəkildə quraşdırılmış mifdir. Marksizm öz satanist mahiyyətini gizlədir. Lenin əbəs yerə demirdi ki, heç bir marksist Marksı düzgün dərk edə bilmədi. Marksistlər Allaha, cənnət-cəhənnəmə inanmayan ateistlər sayılırlar. Amma yaxından baxanda marksizmin ateist maskasının arxasından satanist sifəti görünür. Dinə kəskin kommunist hücumunu heç bir insani motivlə izah etmək mümkün deyil. Marksizmin şeytanı təbiəti açıq-aydın hiss olunur. Araşdırmalar göstərir ki, Marksın ərtrafı- satanistlərdən ibarət idi. Yeznəsi Eduard Evelinq teosofiyanın yaradıcılarından biri Enni Bizandın dostu idi. Teosofiya okkultizmi təqdir eləyən dini məktəbdir. Dünyanı ələ keçirmək üçün Yeni Dünya Nizami yaratmağa çalışan qlobalistlərin söykəndiyi “Nyu Eyc” (hərfi mənada yeni era, mahiyyətcə yeni din) fəlsəfəsini məhz bu məktəbdən çıxan satanistlər yaratmışlar. Eduard Evelinq özü “Tanrının alçaqlığı” mövzusunda mühazirələr oxuyurdu. Qeyd edək ki, satanistlər ateistlərdən fərqli olaraq Tanrının varlığını qədul etsələr də, onu ali yox, aşağı və yaramaz sayırlar və onun əvəzinə Şeytanı alqışlayırlar. Marksın ətrafı belə ünsürlərlə dolu idi. Marksın dostu filosof Pyer-Jozef Prudon da şeytana sitayiş edirdi. Prudon yazırdı: “Tanrı- axmaqlıq və qorxaqlıqdır. Tanrı- riyakarlıq və yalandır. Tanrı- zülm və kasıblıqdır. Tanrı- şərdir. Ey Tanrı, mən qollarımı göyə açaraq bildirirəm ki, sən mənim düşüncəmin qatilindən, vicdanımın qırmancından başqa bir şey deyilsən”. Belə fikirlər məhz satanist kultu üçün xasdır. Marksın həmfikri Fridrix Engels bir dəfə öz məqsədlərini açıq şəkildə belə bildirmişdi: “Bizim yeganə vacıb işimiz dini dünya nizamı ilə mübarizədir”. Qeyd edək ki, Allaha qarşı çıxmağı Marksın həyatında müdhiş rol oynamışdır. Onun 7 övladı oldu. 3 oğlu və 1 qızı uşaqkən öldülər, 2 böyük qızı isə intihar edərək həyatdan getdilər. Böyük qızı Jenni 39 yaşında sidik kisəsinin xərçəngindən öldü. Ortancıl qızı Lauranın üç uşağı öldü, bundan sonra o əri Pol Lafarqla birgə 1911-ci ildə zəhər içib intihar etdilər. Kiçik qızı Eleonoranın övladı olmadı, əri içib gəzdi, o da həyatdan bezərək kislota içib özünü öldürdü. Müəllimi, tanınmış alman filosofu Ferdinand Lassalın yasına getmədi. Öz valideynlərinin də yasına ayaq basmadı. Marksın öz yasında cəmi 6 nəfər iştirak etdi. Nəticəsi Konrad Hitlerin dövründə Gestapoda xidmətə girdi və SS qoşunlarının tərkibində Sovetlərə qarşı döyüşlərdə Novqorod yaxınlığında həlak oldu.
 İngilis jurnalisti Duqlas Rid “Sion haqqında mübahisə” kitabında yazır: “Avropa düzgünlüyünə 18 əsrin təsdiqləməsi ilə əmin olduğu bir yolla gələcəyə getdiyi bir vaxtda Rusiyanın talmudik yerlərində sionizm kommunizm ilə birləşdi. Kommunizmin vəzifəsi insan kütlələrini yoldan çıxarıb azdırmaq idi; bu Dizraelinin öncəgördüyü həmin o “böyük xalq hərəkatı” idi ki, onun köməyi ilə “gizli cəmiyyətlər” Avropanın dağılması üzərində işləyirdilər. Sionizm isə yuxarıda oturan hökmdarları tovlamaqla məşğul oldu. Bu qüvvələrin heç biri o birinin köməyi olmadan uğur qazana bilməzdi; ləkələnməmiş və avtoritetini saxlamış dövlət kişiləri inqilabın öhdəsindən gələrdilər, necə ki 1848-ci ildə gəldilər. Sionizm Rusiyadakı talmudik mərkəzin Qərb yəhudilərinin azadlığına verdiyi cavab idi ki, onlara başqa xalqlarla qarışmamağı və ayrı qalmağı əmr etdi. Ta Vavilon çağlarından idarəedici sekta vəd olunmuş torpaqlar kartını oynatmağa cürət etməmişdi və əgər onların indiki siyasəti fiaskoya uğrasa bu kartı gələcəkdə bir daha işə salmaq alınmayacaqdı. Talmudçuların ehtiyat etməsi də bununla izah olunur; onlar bu axırıncı vasitəyə yalnız yəhudilərin azadlığının inkişafı onların həyati maraqlarına- yəhudilər üzərində hakimliyinə təhlükə yaratdığı zaman əl atdılar. Bu vaxta kimi onlar “Əməl günü” özünü yetirdiyini iddia edənlərin hamısını yalançı Məsih adlandırmışdılar. Əgər Sabbatay Svi, Kromvel və ya Napoleon Fələstini onlara vermək iqtidarında olsaydılar, onları Məsih adlandırardılar; indi onlar özləri özlərini Məsih elan etdilər- belə bir riskli addım çətin ki gələcəkdə bir də təkrarlansın”. Duqlas Rid mövzu ilə bağlı davam edərək yazır: “Kommunizm və sionizm ekizlərinin qohum kökləri haqqında ətraflı informasiyanı öz kitabında Xaim Veysman verir. Veysman sionizmin doğulmasında iştirak edib, bir çox ölkələrdə onun səlahiyyətli kommivoyajeri olub. 40 yaşında monarxların, prezidentlərin və nazirlərin sevimlisinə çevrilib, sonra sionist dövlətin ilk prezidenti işləyib. Veysmanın sözlərinə görə, 100 il qabaq olduğu kimi yəhudilərin mərkəzdən kənar məskunlaşdığı ərazilərdə strategiya hazırlandı ki, bu strategiyanın nəticələri Avropa xalqlarını və bütün Qərbi burulğanda olduğu kimi gicəlləndirdi. Amerikanlar, ingilislər, almanlar, fransızlar, italyanlar, polyaklar, ruslar, Skandinaviya, Baltika, Balkan və başqa yerlərin xalqları bu hadisələrə ilişdilər. Məqsədlərinə çatmaq üçün kommunistlərə və sionistlərə bütün dünyanın insan qanı və var-dövləti açıq krandan axan kimi axdı. Sağ və ölmüş milyonlarla insan iki müharibədə iştirak etməklə bu iki bir-birini tamamlayan qüvvəyə kömək etdilər. İndi doğulanlar da bu iki qüvvənin insanlığı sürüklədiyi qaçılmaz partlayışlardan öz miraslarını götürüblər. Onların hərəkətlərindən başqa xalqların geniş kütlələri ilə müqayisədə az da olsa, yəhudilər də əziyyət çəkirlər. Veysmanın kitabı müasir tarixçilərə bütün bunların başlanğıcını və mənbəyini göstərir; indi bu iş gündən günə püxtələşərək və yeni formaya düşərək günümüzün reallığına çevrilmişdir”.
 Veysman Rusiyadakı yəhudiləri 3 qrupa ayırırdı. Birinci qrup “şəhərdə sülh” axtaran və Rusiyanın loyal vətəndaşları olmağa çalışan yəhudilərdir, necə ki Qərbdə yəhudilərin çoxu loyal almanlara, fransızlara və s. çevrildilər. Bu qrup epansipasiyaya can atır və əsasən işləyən, talmudçuların hakimliyindən qorxan və yelərdəki məngənədən qurtulmağa çalışan adamlardan ibarətdir. Qalan yəhudilər- yerlərdə Talmudun hakimiyi altında yaşayanlardır ki, 2 qrupa bölünürlər: “inqilabçı kommunistlər” və “inqilabçı sionistlər”. Hər iki qrup inqilab yolunda əl-ələ verib Rusiyanın dağılması üçün çalışırlar. Onların yalnız sionizmə münasibətdə fikir ayrılığı vardır. Veysmana görə, “inqilabçı kommunistlər” qrupu hesab edir ki, yəhudilərin tam “emansipasiyası” dünya inqilabı milli dövlətləri məhv edərək onları özü ilə əvəzləyəndə baş verəcək. “İnqilabçı sionistlər” qrupu isə onların işlərinə xeyir verəcək dünya inqilabının vacibliyini qəbul etsə də, bildirir ki, bu “emansipasiya” yalnız yəhudi milli dövləti yarandıqdan sonra baş verə bilər. Veysmanın həmin bölgüsü ilə bağlı Duqlas Rid yazır: “Aydındır ki, sionist qrup ortodoksal talmudizmə daha yaxın idi, belə ki Qanuna əsasən dağıntı- hökmranlığa nail olmaq vasitəsidir, hakimlik edəcək millət isə Yerussəlimdə məskunlaşacaqdı. İcmalarda və ailələrdə kəskin mübahisələr gedirdi; kommunistlər sionistləri “irq və dini” inkar edən inqilabi işi pozmaqda suçlayırdılar, sionistlər isə cavab verirdilər ki, inqilab “seçilmiş millətin” hakimliyinə gətirib çıxarmalıdır, hansına ki irqi mənsubiyyət elə dini mənsubiyyət deməkdir... Yerli yəhudiliyin başı üzərindən daha uzaqları görən idarəedici ravvin sektası hər iki qrupu ümumi məqsədə çatmaq üçün xeyirli hesab etdi. Dizraeli həmin məramın motivlərini belə açıqlayır: “18-ci əsrin ortalarından başlayaraq inqilab tarixi- eyni mərkəzdən müxtəlif yollarla eyni məqsədə aparan kommunizm və sionizmdir””.
 Solçu konsepsiya ilk markisistlərə yəhudi bankirləri və sənayeçiləri ilə əməkdaşlıqda mane olmurdu. Rotşildlər klanı aktiv şəkildə markisist qruplara dəstək verir və maliyyələşdirirdi, Komminternin büdcəsinə digər yəhudi bankirləri də köçürmələr edirdilər. Rusiyada inqilab ərəfəsində də eyni tendensiya müşahidə olunurdu. Lev Trotski və digər bolşevikləri amerikan bankiri və qatı sionisti Yakob Şiff, bankir Varburqlar, Rotşildlər və s. maliyyələşdirirdilər. Maraqlıdır ki, sadaladığımız yəhudi varlıları eyni qayda ilə sionistləri də maliyyələşdirirdilər. Məsələn, Edmund Rotşild Fələstində ilk yəhudi məskənləri üçün torpaqlar almışdı, amma eyni zamanda sosialist hərəkatına da pul buraxırdı, belə ki Qərbi Avropanın bir çox yəhudiləri kimi o da sosialist hərəkatını sırf yəhudi işi hesab edirdi. Yəni həm sionistlər, həm də sosialistlər eyni qaynaqdan- yəhudi kapitalından maliyyələşirdilər.
 Rus mütəfəkkiri və ictimai-siyasi xadimi Mixail Bakunun “Mənim Marksla münasibətlərim” memuarlarında yazırdı: “Marks yəhudidir. Londonda da Fransada, xüsusən də Almaniyada olduğu kimi onun ətrafında böyük bir dəstə cühud var; balacaboy, az-çox intelligent, intriqaçı, diribaş, möhtəkir- hər yerdə olan adi yəhudilərdir. Bunlar- kommersiya və bank agentləri, yazıçılar, siyasətçilər, müxtəlif istiqamətli qəzet müxbirləri, ədəbi dəllallar eynən maliyyə dəllaları kimi, bir ayaqları bankda, bir ayaqları sosialist hərəkatındadır. Onlar bütün qəzetləri tutublar və siz təsəvvür edə bilərsiz bu qəzetlərdə necə iyrənc materiallar gedir”. Bakunun vurğulayırdı ki, Marks və ətrafı yəhudi burjuaziyası ilə sıx kontaktdadırlar: “İstismarçı sektanı, qaniçən xalqı formalaşdıran, nəinki dövlət sərhədlərini, həm də hər cür siyasi təsisatları adlamaqla sıx və əlbir təşkilatlanmış bütün bu yəhudi dünyası indi bir tərəfdən Marksa, o biri tərəfdən Rotşildə xidmət göstərir. Mən əminəm ki, həm Rotşildlər Marksın xidmətlərini qiymətləndirirlər, həm də Marks Rotşildlərə instinktiv meyl və dərin hörmət hiss eləyir”. Bakunin həmin memuarlarında yəhudi varlılarının inqilab işindəki rolunu tam açıb göstərir. 
 Beləliklə, Kommunist İnternasionalı sırf proletar təşkilatı kimi təqdim olunsa da, proletariatın sinfi düşməni sayılan kapitalistlərin bu təşkilatdakı rolu barədə nədənsə susulur. Reallıqda proletariat İnternasionalında proletariatın “sinfi düşməni” sayılan Rotşild, Arone kimi bankirlər, Zinger, Engels, Kremye kimi sənayeçilər də işləyirdilər və pul buraxırdılar. Yəhudi publisisti Ferdinand Lassalın yaratdığı Alman Fəhlə İttifaqına onun ölümündən sonra yəhudi milyoneri Paul Zinger rəhbərlik edirdi. “Di sosialistişe monatsxefte” qəzetini kasıb yəhudi Blox redaktə etsə də, multimilyoner yəhudi Arone buraxırdı. Fransa kommunistlərinin “Yumanite” qəzeti yəhudi bankirlərinin pulu ilə çıxırdı. Bu cür nümunələr yetərincədir.
 İngilis siyasi xadimi Benjamin Dizrael (1804-1881) hələ baş nazir olmamışdan qabaq Avropa hökmdarlarına xəbərdarlıq edərək “dünya inqilabı planının mövcudluğu” ilə bağlı ehtiyatlı olmağı tövsiyyə edirdi. 1-ci İnternasionalın yaradılmasından və Avropada 1848-1949-cu illərdə ard-arda inqilablardan sonra o bildirmişdi ki, bu inqilablara yəhudilər rəhbərlik və təşkilatçılıq edirlər. 1852-ci ildə İcmalar Palatasında çıxışı zamanı Dizraeli demişdi: “Avropada dağılma prinsipinin axırıncı partlayışında yəhudilərin ağalığı qurula bilər. Burda ənənəçiliyə və aristokratiyaya, din və mülkiyyətə qarşı qiyam məsələsi vardır. Hamının bərabərliyi və mülkiyyətin ləğvi müvəqqəti hökumətlər yaradan gizli cəmiyyətlər tərəfindən elan olunur, onların hamısının da başında yəhudi irqindən olan adamlar durur”. Dizraeli onu da əlavə edirdi ki, “kommunistlərlə ittifaqa ağıllı işbazlar girir və onlar Avopanın aşağı təbəqələrindən olan əclaflarla əl-ələ hərəkət edirlər”.
 Amerikan tarixçisi və politoloqu Valter Laker yazır: “Birinci Dünya Müharibəsinə və Avropada millətçi əhval-ruhiyənin yaranmasına kimi yəhudi sosialistlər belə hesab edirdilər ki, yəhudi məsələsini yalnız sosialist inqilabı həll edəcək, odur ki hər bir yəhudini öz ölkəsində fəhlə sinfinin azadığı uğrunda mübarizəyə aktiv şəkildə qatılmağa səsləyirdilər”. Tədqiqatçı Vladimir Bolşakov “Talmudla və qırmızı bayraqla. Dünya inqilabının sirləri” kitabında yazır: “Sovet dövründə SSRİ-də və onun dağılmasından sonra Rusiyada “odlu inqilabçıların” dürlü-dürlü bioqrafiyaları peyda oldu, elə İsrailin özündə də onlar haqqında heyranlıqla danışırdılar və danışırlar. Nə uğrunda onlar hamısı qoltuqlarında Talmud və əllərində qırmızı bayraq “köhnə dünyanın üzərinə hücuma” keçmişdilər? Bu hansısa idealizm və insanlığa, o cümlədən rus xalqına xoşbətlik gətirmək cəhdi idi, yox söhbət yalnız “seçilmiş xalqa” xidmətdən gedirdi? Həm o, həm də bu vardı. Qaponu asmış eser yaraqlısı Pinxus Rutenburq ömrünün axırında etiraf etmişdi: “Bax mən marksistəm, amma açıq şəkildə boynuma alıram ki, sosializmin bərqərar olması üçün yox, sionizmin bərqərar olması üçün çalışmışam. Mən kapitalist yəhudi dövlətinin yaranması uğrunda mübarizə aparmışam””.
 İngiltərənin baş naziri Uinston Çerçill “internasionalist yəhudilər” haqqında danışaraq yazırdı: “Onlar- müxtəlif fitnələrin mənbəyidirlər. Bəd əməllər sahiblərinin toplaşdığı bu təşkilatın üzvləri əsasən yəhudilərin təqib olunduğu ölkələrdə imkansız ailələrdən çıxıblar. Onların çox hissəsi ata-babalarının dinlərindən üz döndəriblər və dünyanın yaxşılaşacağı ilə bağlı bütün ümidləri öz fikirlərindən atıblar. Yəhudilərin arasında bu hərəkat yeni deyil; Spartak-Veysqauptdan başlayaraq Karl Marks vasitəsilə Trotskiyə, Bela Kuna (Macarıstan), Roza Lüksemburqa (Almaniya) və Emma Qoldmana (ABŞ) kimi. Bütün sivilizasiyanın məhvi və inkişafdan dayanaraq donub qalmış, bədxah paxıllığın, yontalamağın kök saldığı cəmiyyətin yaradılması Ilə bağlı bu ümumdünya fitnəsi get-gedə artmaqdadır. Müasir yazıçı missis Nesta Vebsterin aydın göstərdiyi kimi, həmin fitnə Fransa inqilabında həlledici rol oynamışdır. Bu 19-cü əsrin hər bir gizli hərəkatının qapalı hərəkətverici qüvvəsi olmuşdur. Nəhayət bu ağlasığmaz ünsürlər bandası, bu Avropanın və Amerikanın böyük şəhərlərinin bulanıq çöküntüsü öldürücü hücumla rus xalqının xirtdəyindən yapışdı və nəhəng imperiyanın məhdudiyyətsiz sahibinə çevrildi”.
 Ravvin Doktor Litvin 1952-ci ildə Londonda buraxılmış “Sion darvazaları” toplusunda yazırdı: “Birinci Dünya Müharibəsi zamanı İsveçrədə, Simmervald kəndində məlum sosialist konfransı keçirildi. Lakin konfransın hansı dildə keçiriləcəyi məsələsi ortalığa çıxdı, belə ki nümayəndələr müxtəlif ölkələrdən gəlmişdilər. Birdən nümayəndələrdən biri zarafatla idiş dilini təklif etdi və hamı razılaşdı- məlum oldu ki, bütün nümayəndələr yəhudilərdir”. Həmin konfransda Lenin də iştirak edirdi; o bir neçə Avropa dilində, o cümlədən yəhudi dilinin alman dialekti olan idişcə də rahat danışırdı... Rus marksizminin atası sayılan Georgi Plexanov 1890-cı ildə Cenevrədə Leninlə görüşü zamanı sosialist hərəkatına yəhudiləri topladığına görə Leninə irad tutmuşdu və demişdi: “Yəhudilər hamısı şovinist və millətçildirlər. Rus partiyası rusların olmalıdır, özünü “nacins soyun” əsirliyinə verməməlidir. Cənab Ulyanov, sizin sadəcə yəhudilik barədə bilikləriniz və yəhudilərlə işləməkdə həyati təcrübəniz çatışmır”. Yəhudilərin inqilabi “aktivliyi” hətta “üzü üzvlər görmüş” Rusiya liberallarında da heyrət doğurmaqdaydı. Yəhudilərə sevgisi ilə tanınmış filosof Fyodor Stepun yazırdı: “Fəhlə və aqrar məsələləri ilə məşğul olmaqla inqilabi yəhudilik əslində öz bərabərhüquqluluğu uğrunda mübarizə aparırdı. Ömrü boyu rus torpağını və rus kəndlisini görməmiş Vilnyus ravvinin nəvəsi və Kaunas maklerinin oğlu dəqiqəbaşı Karl Marksdan istinad gətirməklə bir biri ilə qızğın mübahisə edirlər ki, Ryazan, Sibir və Poltava kəndlisi öz torpağını hansı formada idarə etməlidir- mən bunda heç bir canlı məna görmürəm”.
 1903-cü ildə Ümumdünya Sionist Təşkilatının rəhbəri Teodor Hertzel Ilə görüşündə Rusiya nazirlər kabinetinin sədri Sergey Vitte ondan soruşmudu ki, necə olur yəhudilər Rusiya əhalisinin cəmi 5 faizini təşkil etdikləri halda ölkədəki inqilabçıların 50 faizini onlar təşkil edirlər? 19-cu əsrin 40-cı illərində Londonda yaradılmış Kommunistlər İttifaqının rəhbərləri- Karl Marks, Stefan Born və Yozef Mol yəhudi idilər. 1-ci İnternasional kimi tanınmış “Fəhlələrin Beynəlxalq Yoldaşlığı”nın Baş Şurasına üzv olan 100 nəfərdən yarısı yəhudi adı daşıyırdı. Maraqlıdır ki, Baş Şurada heç fabrik və zavod fəhləsi də yox idi; dərzilər, tipoqrafiya işçiləri, pianino düzəldənlər, saat ustaları, dülgərlər, rəssamlar, jurnalistlər, xırda və orta ticarətçilər vardı. Onların əksəriyyəti Londona qaçmış, yəhudi varlılarının pulu ilə dolanan siyasi mühacirlər və professional inqilabçılar idi. 2-ci Aleksandrı öldürmüş İqnati Qrinevetski, Peterburqda “Xalq İradəsi” terror qrupunun rəhbəri Yozef Lukaşeviç, təhsil naziri Nikolay Boqolepovu öldürmüş Pyotr Karpoviç yəhudi idilər. Solçu hərəkatda mühüm yer tutan Bund partiyasının Mərkəzi Komitəsində oturan Aron Kremer, Abram Mutnik və Naxum Levinson üçü də yəhudi idilər. Təkcə 1898-1900-cü illərdə Bund Rusiyanın şimal-qərbində və Polşada 312 tətil təşkil edərək dövlətin işini iflic vəziyyətinə salmışdı. Tanınmış bolşevik, Stalinin əmri ilə güllələnmiş Mixail Rafes Bundu “Rusiya inqilabının avanqardı” adlandırırdı. Dünya ölkələrinin kommunist partiyalarını birləşdirən Komminternin rəhbəri Qriqori Zinovyev (əsl adı Ovsey-Qerşon Aronoviç-Radomıslski) Bunda yüksək qiymət verərək bildirirdi ki, solçu hərəkatda Bundun rolu böyükdür: “Demək kifayətdir ki, 1898-ci ildə bizim partiyanın qurultayının əsas təşkilatçısı Bund idi. Heç də təsadüfi deyil ki, bu qurultay yəhudilərin sıx yaşadığı Minsk şəhərində, Bundun fəaliyyət ərazisində keçirildi”.
 Rusiya Sosial-Demokrat Fəhlə Partiyasını yaradan 9 nümayəndənin içində rus yox idi, hamısı yəhudi və yarıyəhudi idi; partiyanın birinci və ikinci qurultaylarının demək olar ki bütün nümayəndələri yəhudilər idi. Tədqiqatçı İqor Şafareviç yəhudilərin inqilabi təşkilatlardakı çoxluğunu vurğulayaraq yazır: “İlk əvvək sual olunur ki, bəyəm sosialist hərəkatında iştirak edən yəhudilər internasionalist və ateist idilər? Onlar öz milli kökləri ilə üzülüşmüşdülər? Onların yəhudi mənsubluqları sosialist hərəkatına təsirlərində heç cür ifadə olunmurdu? Çox hallarda görünür ki, sosialist hərəkatının aparıcı simaları milli düşüncəyə malik yəhudilər idilər. Bunun parlaq nümunəsi Mozes Qessdir. Kremye əvvəl “Ümumdünya İsrail İttifaqı”nı yaratdı, sonra isə Fransa Fəhlə Partiyasının yaranmasına kömək etdi. Alman sosial-demokratiyasının rəhbərlərindən olan Bernşteyn ömrünün axırlarında Fələstində məskunlaşdı. Rusiyanın sosialistlər partiyasının yaradcılarından biri, inqilabçı, “Rus fəhləsi” qəzetinin redaktoru Xaim Jitlovski həmin dövrdə həm də öz xalqını qayıdışa səsləyən “Yəhudidən yəhudilərə” broşürünü yazmışdı. Kautski “Demokratiyadan dövlət əsarətinə” kitabında Trotski ilə polemikasında Qırmızı Terrordan doğan ən dəhşətli qorxu kimi “yəhudilərə qarşı qırğınları” göstərirdi. Belə misalları çox çəkmək olar- onlar ancaq əsas sualın qoyuluşunu təsdiqləyir: Sosialist hərəkatının inkişafına yəhudi təsirinin xarakteri necə idi?”
 İsralin ilk baş naziri David Ben Qurion (1886-1973) Rusiya İmperiyasının Polşa ərazisində, Plonsk şəhərində doğulmuşdur. Gənc yaşlarından sionizmin sosialist variantına meyl göstərmişdir. Bioqrafları qeyd edirlər ki, 1920-ci illərdə Ben Qurionun siyasi baxışları sosializmlə kommunizmin qarışığından ibarət idi. Ben Qurion özünü bolşevik adlandırırdı. O 1923-cü ildə SSRİ-yə gəlmişdi və Moskvada kənd təsərrüfatı sərgisində Fələstin malları nümayiş etdirmişdi. Həmin dövrdə SSRİ sionistlərin əlində olduğundan o Lenindən və Sovet hökumətindən heyranlıqla danışırdı. Lakin Stalin hakimiyyətdə möhkəmlənəndən və SSRİ-də sionistlərin təqibi başlanandan sonra Ben Qurionun da baxışları dəyişdi və o Sovet “rejiminin” kəskin tənqidçisinə çevrildi.

İbrahim Sel, “Stalin fenomeni”

Комментариев нет:

Отправить комментарий