Страницы

29.09.2019

RÖVNƏQ FATEHİN İSTANBULU “FƏTH ETMƏK” SAVAŞI - Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?

Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə, nəfsləri üzündən olan-qalan abır-həyaları da itib. Dövlət qulluğunda işləyən bir məmurun nə qədər obyekti, şirkəti, malı-mülkü olar, ilahi? Hansının dosyesini açıb qarşına qoysan, vəzifə başına sadə bir ailədən, bir dəst kostyumda gəldiyi bəlli olacaq. Gəl 5-6 ildən sonra onların 7 arxa dönənləri üçün yığdıqları varidata, qurduqları dəm-dəsgaha bax!
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin ailəsinə məxsus biznes obyektlərinin siyahısını mətbuatda görmüsünüz. Vəzifədə olduğu müddətdə neft maqnatına çevrilən deputatın oğlunun, qızının, qohum-əqrəbasının adına rəsmiləşdirdiyi obyektlərin və mülklərin siyahısına baxanda adamın gözü qaralır. Bildiyiniz kimi, Abdullayev SOCAR-dan oğurladığı pullar hesabına oğlu Rəşada Türkiyədə də böyük biznes şəbəkəsi qurub. Bu şəbəkəyə şirkətlər, otellər, restoranlar, istirahət və əyləncə mərkəzləri, daşınmaz əmlak və s. daxildir. Amma deyəsən adamların sərhəd tanımayan nəfsi daha çox qazanmaq üçün bütün pislikləri məqbul sayır.
Məlumat üçün deyək ki, Abdullayevin Türkiyədəki obyektlərinin önəmli bir hissəsi İstanbulun Levent məhəlləsində yerləşir. Məsələn, APHA ROGER turizm sənaye və ticarət anonim şirkəti İstanbul Ticaret Odasında SOCAR prezidentinin oğlunun adına qeydiyyatdan keçib. Otel, restoran, gecə klubları, çay evləri, istirahət mərkəzləri işlətməçiliyi ilə məşğuldur. Şirkətin Türkiyənin bir çox şəhərlərində, o cümlədən İstanbul, Bodrumda ayrıca qeydiyyata alınmış şöbələri var. Məsələn, İstanbuldakı Levent şöbəsi 17 fevral 2017-ci ildə qeydiyyatdan keçib. Şirkətin Beşiktaşdakı bir şöbəsi isə Levent məhəlləsinin digər səmtindəki Sülün küçəsi 15 ünvanında qeydiyyata alınıb. Bu ünvanda onların Türkiyə boyunca böyük inşaat işləri aparan daha bir şirkəti – İpek İnşaat Taahhüt Sanayi ve Ticaret Limited şirkəti də qeydiyyatdan keçib.
Lakin dediyimiz kimi, tamah insanları rahat buraxmır. Görünür, adamlar İstanbulun bu səmtini bütünlükdə öz rəsmi mülkiyyətlərinə keçirmək iddiasına düşüblər. Məlumatlı mənbənin verdiyi xəbərə görə, onların Leventdə ələ keçirdikləri obyekt məşhur bir hotel olub. Adam əyri yollarla düzüb-qoşub, burdakı “Hyatt Centric Levent Istanbul” hotelini azərbaycanlı iş adamlarının əlindən aldırıb, kürəkəni vasitəsilə başqa şirkətin adına rəsmiləşdirib. Xatırlatma üçün bildirək ki, Rəşad Abdullayevin adına bu ölkədə 10-dan çox böyük şirkət qeydiyyatdan keçib. Amma deyəsən bu ölkədə “ciddi işlərlə” məşğul olan təkcə oğul-bala deyil, sevimli kürəkən də bu işlərin içindədir. Rövnəq Abdullayevin qızı Sevincin adı isə indiyədək mətbuatda “AS Building” MMC-nin direktoru olaraq keçib. Məlumunuz olsun ki, Rəşad Abdullayevin İstanbuldakı Meridian hotelində daha bir obyekti var. Dünyaca məşhur “TOY ROOM” gecə klubu London və Dubaydan sonra İstanbulda açılıb. Deyilənə görə, oğul Abdullayevin bu ünvanda əvvəllər “Layka” restoranı fəaliyyət göstərib. Bodrumda ona məxsus B-LONG restoranı da əvvəllər “Layka” adı ilə fəaliyyət göstərib ki, bu onun itinin adı olduğu bildirilir.
Təsəvvür edin, mətbuatda dərc olunan yüzlərlə obyekt hələ araşdırmaçı jurnalistlərin əlinə dolayı yollarla gəlib çatan obyektlərin siyahısıdır. Geridə nələr var, onu bir prezidentliyi dövründə SOCAR-ı 13 milyard borclandıran Rövnəq özü bilir, bir də Allahı. Lap o siyahı olmasa belə, Abdullayevin ölkənin 5-10 kiçik padşahı sırasında yer aldığını uşaqdan-böyüyə hər kəs bilir. Bilməyənlərin də gözünü onun tüfeyli oğlu Rəşad açıb xəbərdar edir. 25 yaşlı oğul gah Türkiyədə “avtoşluq” edərək, gah da İspaniyada 2 milyonluq saat oğurladaraq polisə düşüb aləmə məsxərə olur. Bir sözlə, fərsiz övlad dünyada həm prezident atanın, həm də ölkənin üzqarasına çevrilib.
Şaha, padşaha boyun əyməyən qanun-məhkəmə lazımdır ki, bunları məhşər ayağına çəkib, sorğulasın. Sorğulayandan sonra da xalqın boğazından çıxardıqlarını fitil-fitil burunlarından töküb qaytarsın xalqın xəzinəsinə. Amma hələ ki, bu çərxi-fələk tərsinə dövran edir, onlar da meydanda gözləri ayaqlarının altını görmədən at oynadıb dururlar. Məhşər günü isə mütləq gələcək. O gün çox da uzaqda deyil. /azerbaycansaati.tv/

Комментариев нет:

Отправить комментарий