Страницы

19.09.2019

Türkiyə serialları cəmiyyət üçün bir xəstəlikdir

Rasim Hüseynov

Türk seriallarından xoşum gəlmir. Ümumiyyətlə baxmıram.
Bir mübahisə yarandı, o üzdən bir-iki filmin bir çox süjetlərini izləmə məcburiyyətində qaldım.
O qədər də qəliz intellekt tələb etmədiyindən, elə ordan-burdan baxıb belə nəticəyə gəldim ki, bu filmlərdə əsasən dul, imkanlı qadınların intriqalı həyatları nümayiş olunur.
Nə ata bilirlər, nə qardaş, nə də yekəlmiş, həddi-buluğa çatmış oğul. Heç biri bunlarçün yoxdur.
Bu seriallar demək olar ki, bir çox ölkələrdə nümayiş olunur. İnsanlarda Türkiyədə ümumən kişi olmadığı ideyası, qadinların öz talelərini özlərinin həll etdiyini dönə-dönə ön plana çəkməyə çalışırlar.
Bu qadınları "kübar" kimi qələmə verib biabırçı bir təəssürat yaradırlar. Bu da həmin filmlərin hansı ölkədə göstərilməsindən asılı olmayaraq qadın psixologiyasında mənfi təsirlər qoyur.
Qadın özgürlüyü fikirləri altında qadın tabesizliyi təbliğ olunur.
Qadın kişinin tabeçiliyindən çıxarsa cəmiyyətdə fəlakətlər çoxalar.
Bu yaxınlarda köhnə Parapet, indiki Fəvvarələr meydaninda Daxili işlər nazirliyinin keçirdiyi əməliyyatda nə qədər polisin iştirak etdiyini görəndə, Azərbaycanda bu problemin- "qadın azadlığı" məsələsinin nə boyda fəsadlar yaratdığını başa düşmək olur.
Türkiyə serialları cəmiyyət üçün bir xəstəlikdir.
İşsiz-gücsüz, evində əlini ağdan qaraya vurmayan, başqalarının ailələrini dağıtmaqla öz nəfsani istəklərini həyata keçirmək niyyətində olan qadın cəmiyyətə necə saf, təmiz, vətənpərvər övladlar yetirə bilər? Bu sual həmin seriallara küllü miqdarda pullar xərcləyib onu televiziya kanallarda nümayiş etdirənlərə verilməlidir.
Elə indilərdə özümüzün də belə axmaq seriallarımız çoxdur. Türk sinematoqrofu müstəqillikdən sonra bizimkilərə ustad olaraq sırınıb.
Pulları göyə sovurmaqdansa "Böyük dayaqlar", "Ögey analar" çəkilsə, daha faydalı olar. Sionist böyük qardaşlar icazə versələr əlbəttə ki...
Həri, bu yaşında türk serialına baxıram- verəcəyiniz suala bu başdan cavab verim)))

Комментариев нет:

Отправить комментарий