Страницы

05.09.2019

Rina İşıq - Xoşbəxt ola bilərdik biz də

ortaq dostların "status"larında
rastlaşırıq bəzən.
sən rəy yazırsan,
mən "like" edirəm...
ümumi dostlarımızın
ad günündə qarşliaşırıq sanki.
sən sağlıq deyirsən,
mən əl çalıram...
virtual bu
reallığımız yəni...
hanı?!
hanı kucələrdə qarşılaşmalar?!
vağzallarda...
hava limanında...
həyat neçə dəfə rastlatdı bizi?!
neynəsin yazıq....
yadindamı?
sən "İkarus"la Bakıya gedirdin,
mən qayıdırdım.
vağzalda...
ani baxış.
yaddaşda ilişəcək
bir şeirdə qalacaq görüş.
hanı o hava limani?!
yaz idi, ya payiz?!
artıq xatırlamıram.
mən Moskvaya uçuram.
sən Leninqrada...
salamlaşmalar
yad kimi ...
ya da...
ya da nəğmələdə görüşüruk.
ortaq mahnılarımızda.
ruhumuz eyni ya.
zövqümuz də.
biz də!
xoşbəxt ola bilərdik biz də.
amma olmadıq.
qədər, inad, dəyər bilməmək
bilmirəm, nə zibilsə..
indi nə ad versək yalan olar.
olan olub...
kasa dolub.
amma yenə...
(nə yaxşı ki "amma"lar var.)
nə yaxşı ki bəzən, hərdən
rastlaşırıq virtualda
icimizdə nisgil.
üzdə laqeyidlik maskası.
bozarmış boyalar naturada.
ürəkdə ağrı.
barmaqlar?!
barmaqlar klaviaturada...
*
ortaq dostların
postlarında qarşılaşırıq indi...

Комментариев нет:

Отправить комментарий