Страницы

30.11.2019

FETÖ Azərbaycanda dirilir. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Gülən şəbəkəsini himayə edir

2016-ci ilin iyul ayında Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra fətullahçı terror təşkilatına (FETÖ) qarşı ciddi tədbirlər görüldü. Yalnız ölkə daxilində deyil, xarici ölkələrdə də “Hizmət” hərəkatına məxsus bütün qurum və orqanların fəaliyyətinə son qoymaq üçün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi diqqət yetirdiyi siyasət yürüdüldü. Hətta Azərbaycanda fəaliyyət göstərən şirkət, hazırlıq kursları, lisey, məktəb və unversitetlərin fəaliyyətini dayandırılmasını ölkəmizə səfər edən Türkiyə prezidenti şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən xahiş etdi.
İlk dövrlərdə ciddi addımlar atıldı. Belə ki, məktəb və liseylər başda olmaqla şəbəkəyə məxsus şirkətlərin böyük əksəriyyəti gülənçilərin əlindən alındı. Bu prosesdə Fətullah Gülənə məxsus media qurumlarının da fəaliyyətinin dayandırılması gündəmə gəldi. 2016-cı ilin iyul ayında (15 iyul çevrilişindən düz 1 il sonra) bir çox sahələrdə ciddi tədbirlər görüldü. Fətullahçıların əsas ruporu olan “Zaman” qəzetinin Azərbaycan variantı da (“Zaman-Azərbaycan” qəzeti və saytı) öz fəaliyyətini dayandırdığını açıqladı. Həmin vaxt mətbuata açıqlama verən təsisçilərin bəyanatında deyilirdi: “Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq biz – “Zaman-Azərbaycan” qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən “Zaman-Azərbaycan” qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik”.
Amma əslində bu addım Türkiyədə Fətullah Gülən tərəfdarları ilə bağlılığı olan media qurumlarının taleyini (onların fəaliyyəti dayandırıldı, əməkdaşlarının əksəriyyəti həbs olundu) yaşamamaq üçün qabaqlayıcı addım idi. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, çox keçmədən qəzetin fəaliyyət göstərdiyi həmin ünvanda (Bakı, Tbilisi prospekti 1058-ci məhəllə, ev 34) “Yeni avaz” (yeniavaz.com) saytı fəaliyyətə başladı. Özü də “mənəm-mənəm” deyən qabaqcıl saytların bacarmadığı şəkildə 4 dildə (Azərbaycan, rus, türk, ingilis) fəaliyyət göstərir. Saytın türkçə variantının Azərbaycana heç bir dəxli yoxdur və orada Türkiyə siyasətinin altından girib üstündən çıxırlar. Bu saytın kollektivi “Zaman-Azərbaycan” qəzetinin kollektivindən bir nəfər olsun belə nə artıqdır, nə də əskikdir. (Azər Qaraxançallı, Əli Çərkəzoğlu, Ürfan Məmmədli, Səməd Məlikzadə, Qvami Məhəbbətoğlu, Əziz Mustafa, Nicat İntiqam, Nazim Mustafayev, Rasim Məmmədli və s.) Onlardan bir neçə nəfəri çıxmaq şərti ilə qalanları “qəlbən gülənçi”lərdir. Ən əsası bu “Yeni avaz”ın sayt loqosuna baxanda “zaman” yada düşür. Belə ki, bu loqoda “AVAZ”ı elə yazıblar ki, tərsinə oxuyanda “ZAMAN” sözü bir hərf fərqi ilə gözünüzün qarşısında canlanır.
İndiki vaxtda sırf jurnalist fəaliyyəti ilə məşğul olan hansısa mətbuat işçisinə FETÖ-yə görə işsizlik arzulamaq ən böyük günahlardan biri hesab edilməlidir. Amma məsələnin bir əmması var. O da bu faktın özəyində Fətullah Gülənin öz təbliğatçılarına yiyə durmasıdır. Çünki onlar “ultraleqal” fəaliyyətə keçdikdən sonra da F.Güləni müdafiədən çəkinmirlər (http://yeniavaz.com/NewsContent/ZNewsContent/47110). Üstəlik bu sayt qeyd edildiyi kimi “Zaman-Azərbaycan” qəzetinin redaksiyasında fəaliyyət göstərir. Saytın baş direktoru əski “Zaman-Azərbaycan”ın baş redaktoru Anar Qaraxancallıdır. Sonrakı vəzifələri də qəzetdə yüksək vəzifə tutan şəxslər yerinə yetirir. Bu qədər qəliz durumu cavablandırmaq bir qədər çətin olsa gərək. Lap tutaq ki, keçmiş baş redaktor kollektivin dağılmasının qarşısını almaq üçün belə bir sayt açıb. Digər bir sual çıxır meydana: bu qədər işçi hansı maliyyə mənbəyi hesabına əməkhaqqı alır, yaxud qısa bir müddətdə belə bir saytı ortaya çıxarmaq necə mümkün oldu? Çalışsaq bu suallara da cavab tapmaq mümkün olar...
Gülən şəbəkəsinin media ayağının hansı qüvvələr tərəfindən himayə olunmasını müəyyən etmək çətin deyil. Belə ki, FETÖ-nun Azərbaycanda fəaliyyət göstərən media qurumlarının əksəriyyətinə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sahibləndi. Məsələn, “Xəzər” TV-dən tutmuş “Zaman” qəzetinin mətbəəsi belə Əli Həsənovun nəzarətinə keçdi. Bu qurumlarda çalışan FETÖ-çular indi də iş başındadır. Yeri gəlmişkən qeyd edək ki, “Zaman” qəzetinin mətbəəsi hazırda “AzərMedia”MMC adı ilə fəaliyyət göstərir. Əli Həsənova məxsus “Kaspi” və “Kaspiy” qəzetləri bu mətbəədə çap olunur. 
Birmənalı olaraq demək olar ki, FETÖ-nun Türkiyədə ifşa olunmasından sonra Əli Həsənov biznesini genişləndirməyə başladı. Ə.Həsənovun "Kaspi" kursları, uşaq bağçaları, nurçu əməliyyatından sonra bağlanan "Araz" kurslarının əvəzinə bu sahəni inhisara alması qaranlıq mətləblərdən xəbər verir. 
Maraqlısı FETÖ şəbəkəsinin bizneslərinin Əli Həsənovun nəzarətinə keçməsinə səssiz qalmasıdır...

gundemxeber.biz

Комментариев нет:

Отправить комментарий