Страницы

28.11.2019

SƏFA MİRZƏYEVİN HEYRƏTAMİZ “UZAQGÖRƏNLİYİ” – Bu günü “ən ağır yuxuda" görə bilməmişdi...

“Söz-söhbət gedir ki, Milli Məclis buraxılacaq, vaxtından əvvəl seçkilər keçiriləcək. Yəqin ki, orta məktəblərdə Azərbaycan Konstitusiyası keçirilir. Onu oxusalar biləcəklər ki, biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz. 20016-cı ildə referendum keçirtdik və Milli Məclisin buraxılma şərtləri konstitusiyada əksini tapıb”.
azpolitika.info xatırladır ki, bu fikirləri bu il iyulun 27-də Milli Məclis Aparatının rəhbəri, hökumətin hüquq blokunun "ağırçəkili" simalarından biri olan Səfa Mirzəyev deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin növbədənkənar parlament seçkilərinin mümkünlüyü haqda açıqlamasına münasibət bildirərkən demişdi.
Qüdrət Həsənquliyev musavat.com-a müsahibəsində növbədənkənar parlament seçkilərinin keçirilməsinin hüquqi aspektlərindən danışarkən bildirmişdi ki, YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir: “Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir”.
Səfa Mirzəyev jurnalistlərin bununla bağlı suallarına belə cavab vermişdi: “Səhər yuxudan durdum, Milli Məclis xoşuma gəlmədi, buraxıram - elə şey ola bilməz. Konstitusiyanın 98-1 maddəsində parlamentin buraxılması üçün 3 şərt nəzərdə tutulub. Birincisi, Milli Məclis il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərsə, ikincisi Konstitusiya, Ali Məhkəmələr və Mərkəzi Bankın idarə heyətinin Prezident tərəfindən təqdim olunmuş üzvlərini iki dəfə dalbadal təyin etməsə. O da o halda ki, təyin etməmək həmin orqanın davam etməsinə mane olsun. Üçüncüsü isə Milli Məclis üzərinə düşən işi həyata keçirmir. Bu hallar olmasa parlamenti buraxmaq mümkün deyil”.
S.Mirzəyev deyib ki, parlamentin buraxılacağı haqqında iddialar güclü fantaziyanın məhsuludur: “Guya Yeni Azərbaycan Partiyası göstəriş versə ki, üzvləri iclasa gəlməsin, istefa ərizəsi yazaraq deputat səlahiyyətlərindən imtina etsinlər, onda parlament buraxıla bilər. Bunu ən ağır yuxuda belə görmək mümkün deyil. Ona görə də deyilənlərin heç bir əsası yoxdur. Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələri layiqincə yerinə yetirir”.
Səfa Mirzəyevin nə qədər “uzaqgörən” olduğu cəmi 4 aydan sonra aydın göründü...

Murad MƏMMƏDOV                  azpolitika.info

Комментариев нет:

Отправить комментарий