Страницы

27.12.2019

Əli Həsənov Azərbaycandan qaçmağa çalışarkən geri qaytarılıb

Sosial şəbəkələrdə yayılan məlumata görə, Prezidentin sabiq köməkçisi Əli Həsənov Azərbaycandan qaçarkən, polis əngəlinə “taxılıb”.
Ovqat.com xəbər verir ki, sabiq dövlət xadimini hava limanından geri qaytarıblar.
Qeyd edək ki, Əli Həsənov Prezidentin son kadr islahatları zamanı hakimiyyətdən uzaqlaşdırılmış və bir zamanlar özünün kurasiyasında olan mətbu orqanlarda belə barəsində ifşaedici məlumatlar dərc olunmuşdu.
Ən son belə məlumat Prezident Administrasiyasının rəsmi orqanı “Respublika” qəzetində işıq üzü görmüşdü.
“Bumeranq” adlı həmin məqalədən sonra Əli Həsənovun qələminin ən yüksək səviyyədə qırıldığı dəqiqləşmişdi.
Sabiq köməkçinin məhz həmin məqalədən bir gün sonra Azərbaycandan qaçmağa cəhd göstərməsi təəccüb doğurmur.

Комментариев нет:

Отправить комментарий