Страницы

22.12.2019

Müsavatçıların iç üzü, mənəviyyatı budur

Pəh! Yavaş-yavaş üzə çıxır o illərin hadisələri... Özləri yazmağa başlayıblar.
Oxuyun görün müsavatçı cəbhəçilər Ayaz Mütəllibovu kimə sukalayırlarmış... Boris Yeltsinə... Vətən xaini, qərbçi liberal, Rusiyanı dağıtmış, Rusiyanın var-yoxunu Qərb imperializmə qəpik-quruşa satmış Boris Yeltsinə...
Yeltsinlə əməkdaşlıq edən bu müsavatçı sukalar eyni günlərdə meydan və küçələrdə "Qarabağ" qışqırırdılar. Guya Qarabağın dərdini çəkirdilər. Gözlərinin qabağında Yeltsin və onun qərbçi liberal-demokrat ətrafı erməni millətçilərinin separatizminə dəstək verirdi. (Qarabağ elə Yeltsinin vaxtında işğal edildi)...
Müsavatçıların iç üzü, mənəviyyatı budur. Ayaz Mütəllibovu yıxmaq, hakimiyyətə gəlmək üçün nələrə əl atırdılar.... Etmədikləri fahişəlik qalmamışdı...
Yeltsinə yaltaqlıq edən adamlar Vəzirovu, Mütəllibovu Moskvaya xidmət etməkdə, xalqı satmaqda ittiham edirdilər... Ayə, Moskvada İttifaqın rəsmi rəhbərliyi otururdu, bütün respublikaların rəhbərləri Kremllə təmasda idi, Kremlə tabe idi- o vaxtın qanunvericiliyinə görə... Yaxşı siz kim idiniz ki, Yeltsinə məktub yazıb Ayaz Mütəllibovun sukalığını edirdiz?
Hələ utanmayıblar, QKÇP hadisələrində bir dəstə silahlı da göndəriblər Yeltsinin müdafiəsi üçün. Bax həmin o dəstə idi 20 Yanvar gecəsi, ərəfəsi Sovet hərbçilərinə güllə atan, onları öldürən... Onlar amerikançı qladio idi. ABŞ hara göndərirdisə, ora da gedirdilər. İllər keçəcək, onlar Kiyev maydanında Yanukoviçi yıxan banderaçılara da köməklik edəcəklər... Eyni adamlardı - Fəhmin Hacıyev filan...
Deməli, 11-ci Qızıl Ordu Azərbaycan bolşeviklərinə kömək edə bilməz, amma müsavatçıların silahlı dəstələri Moskvada Yeltsinin tərəfində vuruşub rusiyalı kommunistləri, sosializm tələb edən gəncləri, qadınları, qocaları öldürə bilər?!
Dəhşətdir! Açıq yazırlar. Deməli, əməllərində heç bir qəbahət görmürlər. Polşada faşist işğalçılara qarşı üsyan qaldırmış polyakları öldürən müsavatçıların nəvələridir- onlardan nə desən gözləmək olar.
Onların Ayaz Müəllibova qarşı birləşdikləri Yeltsin idi Bişkekdə Ermənistan prezidentinə "Levon, türkləri necə dizi üstə qoydum" demişdi! Rəhim Qazıyevə inansaq.
Müsavatçıların o illərdə etdikləri fahişəlikləri sıralasan- 100 tom kitab yazmaq olar. Gün gələcək, onların bir çox vətən xainliyi üzə çıxacaq və cavab verəcəklər.

Ekososialist

Комментариев нет:

Отправить комментарий