Страницы

21.12.2019

Sonra ayağa qalxdıq

Tofiq Həsənli

Əvvəllər Lənkəran əhalisi başqa tərzdə yaşayırdı.
Evdə yemək bişirəndə yaxın qonşulara da pay verirdilər.
Biri xəstə olanda, qohumlar gəlməmiş bütün qonşular yığılardı.
Arzu edərdik ki, böyük bizə iş buyursun, biz də canla-başla yerinə yetirək.
Birinin həyətində oynayanda pendir-çörək yeməyə evə getməyə ehtiyac olmazdı. Ən yaxındakı qonşudan alıb yeyirdik.
Bir dəfə bizə gələn ət payını, özümüzün bir ay ət yemədiyimizə baxmayaraq, anam qonşuda olan daha kasıb birinə göndərdi. Bəli, biz belə tərbiyə ilə böyüdük.
Küçələrdə xəndəklər hər ay təmizlənər və dərmanlanardı. Hər ay bir həkim, yanında da tibb bacısı evləri gəzərdi.
Yemək, geymək, dərman hamısı keyfiyyətli olardı.
Fəhlə aylıq maşı ilə yaxşı yaşayardı...
Nəhayət ayağa qalxdıq.
Hələ Sumqayıt hadisələri düşməmişdən öncə, ilk olaraq biz qalxdıq Lənkəranda. Bu, danılmaz bir tarixdir.
Müstəqillik istədik. Lənkərandan ayaqla Astaraya getdik. Minlərlə insan var idi. Qarşımızı kəsən rus tanklarının üstündən keçdik.
Sonda iyirmi altı nəfər İran sərhəddinin qarşısında oturub aclıq etdik. Çadır quruldu, insanların sayı günü-gündən artdı.
Nəhayət Sumqayıt hadisələri düşdü və Bakıya axın başladı.
Bu ərəfələrdə mən hərbi xidmətə göndərildim və bir də Yanvar faciəsindən sonra qayıtdım...
Müstəqil olandan sonra hər şey dəyişdi.
Qonşu qonşunun oduna yanmadı, başqasından bir şey soruşmaq ayıb oldu.
Heç kim daha bişirdiyindən heç kimə vermədi, böyüklərin buyruğu yerə düşdü.
Xəndəklər illərin zir-zibili ilə qaldı.
Dərman unuduldu. Həkim qapıya gəlmədi.
İnsanlar inqlabdan sonra bütün bunları görüb, süst oldu.
İndi də hər şey gözümüzün qarşısındadır...

Комментариев нет:

Отправить комментарий