Страницы

19.01.2020

Abgül Süleymanov: Amerika bəşəriyyəti məhvə aparır

Amerika höküməti cahil, təkəbbürlü və qeyri demokratik ölkədir. Özünü böyük sayır, amma böyük apara bilmir. Terrora xərclədiyi pulları bəşərə xərcləsə idi, dünyada bir nəfər yoxsul qalmazdı.
Amerika böyüklüyü bəşərə xidmətdə deyil, əksinə özünə nökər etməkdə görür. Bu gün həmin nökərçilikdən qurtarmaq istəyən bir sıra dövlətlər var. Belə dövlətlərdən biri də İran islam respublikasıdır.
İranın fikri və siyasəti bəşəri nökərçilikdən çıxarıb, azad etməkdir. Bu, Peyğəmbərlərin göndərilməsi kimi müqəddəs bir missiyadır.
Amerikanın fikri və siyasəti isə bəşəri özünə tabe edib, nökər etməkdir.
Ümumiyyətlə demokratik hökümət məntiqlə götürəndə o hökümətdir ki, İslam və islamçılar ilə savaşmasın. Demokratik dövlət ölkədə İslam dini azad olan dövlətdir. Çünki İslam bəşərin hidayətini, xoşbəxtliyini azadlığını istəyən İlahi səmavi bir dindir. Quran buyurur: "Ey iman gətirənlər! Allahın və peyğəmbərin gətirdiyini qəbul edin ki, bu dəvətin içində HƏYAT var".
İslam dini insanları elmə, təqvaya, yaxşı əməllərə və həqiqi həyata dəvət edir. Amerikanın dəvəti isə bəşəri məhvə aparır.
Qasim Süleymaninin qisası hər hansı bir Amerika generalını öldürməklə bitməz. Süleymaninin qisası Amerika hökümətinin İran və digər ölkələr üzərindən sanksiyalarını götürmək və həmin ölkələrin işlərinə müdaxilə etməsinin qarşısını almaq ilə alına bilər.
Bu gün Qasım Süleymaninin qətli dünyanı oyadıb, ayağa qaldırıb. Sanksiya və müdaxilələr bitməyincə əyləşmək olmaz.
Qisas yalnız o zaman alınacaq.

Abgül Süleymanov

Комментариев нет:

Отправить комментарий