Страницы

16.01.2020

Ona dua edin...

Rauf Hüseyn

Qardaşlardan bir neçəsi illər öncə Ərbəin ziyarətinə Kərbəlaya yollanmışdılar. Yollarını piyada daha çox yol getsinlər deyə Bəsrə yoluyla getmişdilər. Həmin zəvvarlardan birinin mənə nəql etdiyini sizə danışım.

Gecə vaxt idi, biz qaranlığa düşmüşdük. İlk dəfə idi gedirdik, nə edəcəyimizi bilmirdik. Vahimə də basmışdı. Bir yer axtarırdıq ki, gecəliyək. Bir də gördük ki, adamlarla dolu maşınlar gəldi. Hərbi paltarlılar və mülki geyimlilər bizə dedilər gəlirsiz biznən. Ürəyimiz həyəcanla dolu idi, bilmirdik bizi hara aparırlar. Bir az yol getdikdən sonra nəhayət qaranlıqda uzaqdan görünən işıqlı bir yerə çatdıq. Bizi bir həyətə saldılar, çox gözəl, böyük bir neçə mülk də var idi həyətdə. Mülklərdən birinə bizi apardılar və dedilər narahat olmayın, siz bizim qonağımızsınız. Bir ağ saqqal var idi, ev sahibi idi və hamı da onun xidmətində qalırdı. O isə öz əliylə bizə süfrə açır, yemək gətirirdi, bir-bir bizim qayğımıza qalırdı, az qalırdı ki, ayaqlarımızı da yusunlar. Gecəni orda qaldıq, yuyunduq, yedik-içdik, dincəldik. Səhər oyandıq, səhər yeməyimizi də verdilər. Ev yiyəsinə çox sağ ol deməkçün görüşəndə bildik ki, bu Haşdi-Şabinin komandiri və İraqın böyük rütbəli generalı imiş. Həmin adam Qasim Süleymani ilə bir yerdə şəhid olan Əbu Mühəndis idi((( Onun bizdən bir xahişi var idi: tək-tək bizimlə görüşüb deyirdi ki, mənə Hərəmdə dua edin. Belə bir generalın ölümünə necə üzülməyəsən?! İman belədir: Nə qədər yüksəlsən təvazön də bir o qədər artar. İman olmasa, güc və qüdrət əldə edəndə ayağının altını görməz insan.
Ərbəində Kərbəla zəvvarı olanlar bəlkə də bu kişinin xidmət etdiyini görüblər, amma tanımayıblar. Çünki bu cür kişilər sinələrini meydanda önə verərlər, insanlar içində yox.







Комментариев нет:

Отправить комментарий