Страницы

20.01.2020

Həmid Herisçi: Onların yeganə düşməni hələ də Sovet adamıdır

Vəhşi Qərb imperializmi SSRİ-ni dağıdarkən bu ölkəyə özünün ilk ən sarsıdıcı zərbəsini məhz vətənimiz Azərbaycanda vurdu - qanlı Qarabağ, Sumqayıt, Bakı olayları ilə. Bəli, SSRİ kimi nəhəngin halvasını elə bizim cıqqılı Azərbaycanda çaldı Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin kinorejissorları, quruluşçu operatorları, kaskadyor heyəti…
Biz isə əvvəlcə bunu dərk etmədik, elə bildik tək elə erməni daşnakları ilə savaşırıq, Qarabağın tufanına başımız elə qarışdı ki, vətənimiz SSRİ-nin ölümcül yaralandığını heç hiss etmədik belə. Şəxsən mən SSRİ-yə Azərbaycanda dəyən zərbəni xarici qüvvələr tərəfindən - daxildəki xainləri də bura qat! - törədildiyini öz gözlərimlə müşahidə etmişəm, xatirələrimi götürüb yazsam bir çoxlarının, özü də daha çox amerikalıların yuxusuna haram qataram…
Onlar idi Sumqayıt, Qarabağ, Bakıda aləmi bir-birinə qatan, daşnakların, pantürkistlərin əliylə Lenin məmləkətini laxladan -indiysə həmin qüvvələr postsovet məkanına tam hakimdirlər, ancaq əlləri hələ də dinc durmur, indi onların düşməni artıq SSRİ deyil- o çoxdan aradan gedib, qəbri üzərində təkköz bayquş ulayır...
İndi həmin qüvvələrin yeganə düşməni hələ də sağ qalmış sonuncu Sovet insanlarıdır. Bir sözlə, Sovet adamı!
O Sovet adamı ki, Qaqarinin göylərə uçuşundan ibrət dərsi götürərək öz daxilində yerin cazibə qüvvəsini yox edib...

Həmid Herisçi

Комментариев нет:

Отправить комментарий