Страницы

02.01.2020

Rusiyalı biznesmen öz malikanəsini xəstə uşaqlara bağışladı

Omskdan olan biznesmen “Raduqa” adlı xeyriyyə mərkəzinə xəstə uşaqların ehtiyacları üçün istifadə edilmək şərti ilə öz malikanəsini hədiyyə etdi. Bu barədə Mash Telegram kanalı xəbər verir.
“Raduqa” çətin həyati vəziyyətə düşmüş yetimlərə, xəstə uşaqlara, əlil uşaqlara, aztəminatlı və çoxuşaqlı ailələrə kömək edir. Sahibkar Vladimir Bulanov özü mərkəzə gələrək “Raduqa”nın rəhbəri Valeri Yevstinqeyevə öz kotecini təklif etdi.
Kanalın verdiyi məlumata görə hazırda biznesmenin bilyard otağında masaj stolu, yeni pilləkən və lift var.
Evdə 1 iyun 2020-ci ildən ilk pasientlər qəbul ediləcək.
Bina 140 uşaq üçün nəzərdə tutulub. Onlar üçün bütün məşğələlər pulsuz olacaq.

Famil Ələkbərov, lenta.ru

Комментариев нет:

Отправить комментарий