Страницы

21.03.2020

Ağasəlim Əmri - İtirmə e`tibarını

Çəkildi darə, dilbəra, çəkənlər intizarını,
Ucaldır ərşə müntəzir könüllər ahu zarını.

Bu ğəm ki, vermisən mənə, sevincə vermərəm onu,
Gərək tuta əziz dost dost yadigarını.

Cahan geyib qəra, fələk qılır rəvanə göz yaşın,
Qazır xəyanət əlləri əmanətin məzarını.

Təbiətin baharını gətirdiyin tək, ey Xuda,
Könüllərin də, lütf elə, gətir daha baharını.

Gedib təbibi, neyləsin, necə nəvayə gəlməsin,
Alıb yaralı könlümün fəraqı ixtiyarını.

Vətən deyib qərib edər üzarə cari göz yaşın,
Gözüm bulud olar, yağış tökər, anıb diyarını.

Vəfa yolunda büdrəyən yetişməz, Əmri, məqsədə,
Sənə vüsal isə murad, itirmə e`tibarını.

Комментариев нет:

Отправить комментарий