Страницы

27.03.2020

"Ceyranım Xına Qrupu" adı facebook istifadəçisinin Əli İnsanovun statusuna yazdığı şərh:
-Mənim bacımı sənin dövrünün həkimləri öldürdü. Özümüzü də soydular. Cavan mələk bacımı öldürdülər. Semaşkoda pulsuz, köhnə it günündə olan skorını da pulsuz vermədilər. Dedim nə ilə aparım komada olan bacımı? Dedilər at belinə apar. Bacım ölən günü Quranı açıb sənə Allahdan cəza çəkməni istədim. Allah böyükdür, eşitdi səsimi. Elə həmin ay bəlanı verdi Allah. Həmin vaxt nazir sən idin. Bəyəm Semaşkoda olan özbaşnalığı, açıq bazarı görmürdün? Allahı bəlanızı versin! İndi özünü mələk sayırsan? Korrupsiyadan danışırsan. Sənin vaxtında köhnə skorı da ölüm ayağında olan adamı aparmırdı. Bacımı sənin həkimlərin öldürdü. Bacım ölüm ayağında olanda yalvardım, dedim 15 manat pulumuz qalıb... dedilər... güc-bəla ilə 40 manata düşdülər. Qardaşım gedib tapdı... sonra gətirdilər... Allah sənin də balalarını-nəvələrini bacım kimi sənin həkimlərinin əlində öldürsün. Allah bəlanı versin. Sən nazir idin. Balaca adam idin? Diriykkən gorbagor! Sənin vaxtında farenjit bacıma pula görə vərəm diaqnozu qoydular, səhv müalicə ilə serroz etdilər. Sən nazir idin, bəyəm görmürdün Semaşko cındır günündə idi?! Köhnə krovatlar, kirli lineliumlar. Lazımsız dərmanları aldırırdılar, gözümüzün qabağında təzədən aparıb aptekə qaytarıb pulunu alırdılar... Sən idin də nazir! Sənin balan ölsün! Bacım kimi.

Комментариев нет:

Отправить комментарий