Страницы

27.03.2020

Göydə günəşi dananlara nəsə izah etmək mənasızdır

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -75

Nəbi Mehtiyev: Bütün millətlərin içərisində faşisti var. Bir neçə nəfərə görə bütün milləti düşmən etmək olmaz. Millətçilikdənsə insanları iki qrupa bölmək lazımdır: yaxşı insanlar, pis insanlar.
Orxan Həbib: Dünya dövlətləri bəşəriyyəti xarabaya çevirən ABŞ-a qarşı nə vaxt birləşəcək?
Dadaş Dadaşov: Deyirəm bizdə nə qədər millətçi var, hamısını yığıb bir kolxoz düzəldəsən. Sədrlik üstündə bir-birini qırıb qurtaralar. Hamının da canı qurtara. Necə məsləhətdi?
Zahid Bərdinski: Sovet dövlətinin haqqını itirdik. İndi burnumuzdan gəlir.
Camal Həsənov: Bizi aldatdılar, SSRİ-dən ayrılın, müstəqil olun dedilər. Torpağınızın üstü 5 santimetr qızıl olacaq dedilər. İndi də İrandakı milləti aldadıb İranın təbii sərvətlərinə sahib olmaq istəyirlər.
Hüseynova Gülnarə: Talışlar aborigen millət olduğu üçün əsasən su olan və münbit torpaqlarda yaşamışlar. Anam rəhmətlik deyərdi ki Cəlilabad ərazisi boşluq olub su olmadığına görə və əsasən qaçaq-oğruların məskəni olub. Qədim vaxtlarda oralarda cındır bazarı deyilən bir bazar olub ki, talış kəndliləri orada köhnə pal-paltarları toyuq-cücəyə dəyişərmişlər. Çarın vaxtında oralara rusları köçürdüblər. Tərəkəmə-təklə qəbilələri əksəriyyət olduğu üçün talış az olub. Sonralar Stalin İran sərhədləri çəkiləndə məcburi talışları Cəlilabad və Biləsuvar ərazilərinə köçürüb. Həm də o vaxtlar yadımdadır, cəlilabadlıları nədənsə gopçu, yəni adam aldadan yalançı kimi tanıyardılar. Əhalisinin əksəriyyəti də İran kökənlidir, türk yox. Türklərin əksəriyyəti təklə deyilən qəbilədəndir, cəlilabadlıların özləri onlar üçün deyirlər ki çox mundar adam olurlar, harda təklə gördün vur öldür, yəni əhali özü belə onları qəbul etmirdi.
Vüsal Hətəmov: Savadsızlığa bax ki deyir, Suriyada sünni-şiə davası gedir. Qanmır ki, Türkiyə də, Suriya da əsasən sünni məzhəbli dövlətlərdir.
Mənə görə isə davanın sünni-şiəsi, xristian-müsəlmanı olmur. Davanın haqlı-haqsız tərəfi olur. Adi siyasi xəritədə ölkələrinin yerini göstərə bilməyənlərin sosial şəbəkələrdə politoloqluq etdiyi məmləkətdə yaşayırıq.
Səid Əliyev: Şərdoğanı dəstəkləyənlər 2 dəstədirlər: vahhabi terroristlər və millətçi pantürkistlər. Hər ikisi sionistlərin məhsuludur.
Ramzes İsmayılov: Xruşşovun reabilitasiya etdiyi keçmiş xalq düşmənləri, onların övladları və nəvələri 60-cı illərdən başlayaraq kütləvi şəkildə sovet-partiya orqanlarına daraşmağa başladılar. 1980-ci illərdə onlara hakimiyyət nərdivanının bütün pillələrində rast gəlmək olardı. Zəhmetkeş kütlələr görünür sinfi sayıqlığını itirmişdilər. Əks təqdirdə kazak atamanının övladı Siyasi Büronun üzvü vəzifəsinə yüksələ bilməzdi. 90-cı illərin ortalarında yaşadığım regionda özəlləşmə prosesi başlayanda bir çox insanlar keçmiş dədə-baba mülklərini qaytarmaq iddiasına düşmüşdülər. Bu mülklər guya dədə-babaları repressiya olunan zaman əllərindən alınmışdı. Qaytardılar da! Amma maraqlı olan odur ki, bu iddiaçıların əksəriyyəti Sovet hakimiyyəti dövründə rayonda ən məsul vəzifələrdə əyləşmişdilər. İndi artıq maskalarını atıb Sovet hakimiyyətini lənətləyirdilər.
İbadət Fərəcov: Deyirlər ki fars düşmənimizdir, di gəl ki Şah İsmayılı məğlub edən və Əhli-Beyt sevənləri qıran osmanlı imperiyası olub...
Şəmistan Şirazi: Beynəlxalq valyuta fondunun kəndiri boynunda olan ölkə müstəqil ola bilməz.
Rəfail Ağayev: Günün bu günü də Rusiyada ermənilərin bizə münasibəti, özümüzün özümüzə münasibətimizdən daha yaxşıdır...
Mahmud Babayev: Liberallıq o deməkdir ki, 360 dərəcə nə cür istəsələr, o tərəfə də əyilə bilərlər. Liberal sözünü yaltaqlıq kimi də qəbul etmək olar.
Azik Məmmədov: Vətənin yaxşı, qeyrətli nazirlərini vertolyotda məhv etdilər, qalan qeyrətli oğulları da Qarabağda qırdırdılar ki, hakimiyyəti ələ keçirsinlər.
Ali Saleh: ABŞ-ın әn böyük problemi Әhli-beyt mәktәbidir. Rәhmәtlik İmam Xomeyninin vaxtında da deyirdilәr, ondan sonra İran dağılacaq, amma daha da güclәndi. İndi yenә eyni sözü deyirlәr. Amma bunu dәrk edә bilmirlәr ki, nә İmam Xomeyni, nә Rәhbәr özbaşına deyillәr, bu mәzhәbin bir sahibi var...
Zöhrə İsmayılova: Rus dili ləğv edilməlidir, rus bölməsi bağlanmalıdır deyənlərin əksəriyyəti rusofobdur. Ümumiyyətlə dünyada həmişə siyasətə və idarəetmə orqanlarına insanları seçəndə onların ilk öncə duyğusallığını yoxlayırlar. Görəndə ki insan soyuqqanlıdır və məsələyə münasibət bildirəndə ortaya duyğu və emosiyalarını deyil, ağlını qoyur, o zaman həmin insanı idarə sisteminə gətirirlər. Niyə bura gəldim? Tanıyanlar bilir ki, bir yerdə dayana bilmirəm, xeyli araşdırma edirəm. Bilirsiniz, qarşıma çox maraqlı nəticələr çıxır. Amazon və digər saytlarda baha qiymətə satılan kifayət qədər maraqlı və əzəmətli kitablar rus dilində, rus saytlarında pulsuz yerləşdirilib. Bundan əlavə mühəndisliyə aid, psixologiya, fəlsəfə, riyaziyyat haqqında möhtəşəm videolar var. İngilis dilində də var desəniz, baxmışam. İnanın səmimiyyətimə, qətiyyən bəyənmədim, çox dərinə gedə bilmirlər, xüsusilə, riyaziyyatı əminliklə deyə bilərəm ki, ən gözəl ruslar izah edir. İndi nəyə görə rus dili ləğv olunsun? Bir də, karyerasını Azərbaycanda düşünən gəncin ilkin məqsədi rus dilini öyrənmək olsa, yaxşı olar.
Rahib Hətəmov: Liberal dəyərlər bəşəriyyəti məhvə sürükləyir. Yaşasın Sol hərəkat! Rədd olsun kapitalist dəyərlər!
Nadir Qocabəyli: Göydə günəşi dananlara nəsə izah etmək mənasızdır.
Elçin Bayramlı: Ölkəmizə səfər edən turistlər Gürcüstanın Tbilisi və Kutaisi şəhərlərinə təyyarə ilə gələrək, oradan da Bakıya avtobusla gəlirlər. Səbəb Bakıya AZAL (“Azərbaycan Hava Yolları”) biletlərinin baha olmasıdır. AZAL dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır. Niyə hamı Gürcüstandan Avropaya 50 manata təyyarə ilə gedə bilir, AZAL-la bu proses 500-700 manata başa gəlir?! Bütün bunların qarşısını almaq üçün AZAL ləğv olunmalıdır.
Musayev Musayev: Yadımdadı, 2017-ci ildə Putin ərəb tulaları Moskvaya dəvət etmişdi. Düşdükləri samolyotun eskalatorunu bilərək dayandırıb bir mesaj atdılar. Havada qalan ərəblərə bu o demək idi ki, Moskvaya qədərdi, burdan o yana keçə bilməzsiz. Yavnı sındırmışdılar ərəb tulaları. Ümumən, ruslar bu işdən zövq alır, sonuncu türklərə elədilər belə. Ondan sonra gördüm ki, çox böyükdür Rusiya...
Yaşar Şahbazov: Sovet tərbiyəsi lap körpə vaxtımızdan başlayırdı. Multfilmərindən. İndiyədək dünya üzrə psixoloqlar uşaqlar üçün ən doğru multfilmlərin Sovet istehsalı olanlar olduğunu qeyd edirlər.
Qüdrət Mirzəli: Feministlərdən qorxduğum qədər heç bir terror təşkilatından, dəhşətli ölümlərdən qorxmuram heç)))
Elyar Nəzərov: Putin olmasaydı vəhşi sionist İzrail indi Azərbaycanı Fələstindən də pis günə qoymuşdu.
Abdulla Şah Məsud: Türk dili inciləri xəzinəsindən. Təyyarə uçaqdırsa, onda avtomobil oturaq, avtobus duraq, qatar da uzanaq olsun. Necədü?!
Esmira Esmira: Götürüb qazımızı, neftimizi Türkiyəyə su qiymətinə satırlar, özümüzü də onların əlinin altında kölə kimi işlədirlər. Onsuz da bu xalqı hamının qarşısında kölə vəziyyətinə salıblar. Türkiyənin qadınları xanım olub evdə xanımlıq edirlər, bizim qadınlar isə çörək pulu üçün onların əlinin altında kölə kimi gedib işləyirlər. Gör bizim xalqı nə günə qoyublar! Nəyə görə biz kiminsə əlinin altında kölə vəziyyətinə düşməliyik? Bizim xalqı bu günə kim saldı? Sovet dövründə bizim xalqı bu qədər alçatmamışdılar, yüksəltmişdilər. Axı bizim qadınların türk qadınlarından nəyi əskikdir?!
İbadət Fərəcov: Rusiyada yaşayan azərbaycanlılar ildə ölkəyə qaçaq, ya rəsmi 3 milyard dollar gətirirlər.
Müşfiq Heybətov: Talışlarda bir misal var. Yayda bərk istilər zamanı erkək qoyunun “şey”ləri sallandığı üçün it də elə zənn edir ki, onlar tezliklə qopub yerə düşəcək və buna görə qoyundan ayrılmır ki, əgər düşsə tez onu qapa bilsin... İran İslam Respublikasının dağılmasını gözləyən “Azadlıq”, “Meydan Tv”nin, stadionşiklərin, qrant yeyən siçovulların, ziddoşların, millətçilikdən dəm vuran pantürkist dinsizlərin də məsəli bunun kimidir.
Tərana Əliyeva: Ubiraytes von! Vahhabi sələfi itləri! Dostluğumdan rədd olun! Suriyada arvad alt paltarında qaçan murdarlar! Bığsız rojanıza tüpürüm!
Şahin Nurizadə: ABŞ-ın vitse-prezidenti Mayk Pens yazır ki, 11 sentyabr törədən 12 nəfərdən 10 nəfərinin Əfqanıstana getməsinə Süleymani köməklik etmişdi. Şərhlərdə Pensi sürüyürlər ki, 11 sentyabrı törədənlərin sayı 19 nəfər olub. Özü də vahhabi olublar və 15-i sizin dostluq etdiyiniz Səudiyyə, 2-si BƏƏ, 1-i Misir və 1-i Livandan olub. İndi bizim Pens qədər yalan danışmağı sevənlərin də “Xəzər dənizində İranla yaranmış problemdə Süleymani əmr vermişdi” və ya “Qarabağ müharibəsində ermənilərə məlumat yığmağı Süleymani tapşırmışdı” sözləri bu qəbildəndir. Uzağa getməyib vikipediyaya girdikdə, həmin illərdə Süleymaninin harada və nə vəzifədə olduğunu görmək olar. Bu yalanları yazanlar bir tərəfə, buna inananlar lap başqa aləmdirlər. İplərini həmişə veriblər kiminsə əlinə. Ağıllarına gəlmir ki, barmaqlarına əziyyət verib internetdə bir yoxlama aparsınlar.
Baba Pünhan: Azərbaycanın strateji müttəfiqi olan Pakistanda sorğu keçirilib. Rəyi soruşulanların 99 %-i Azərbaycan adlı ölkəni tanımayıb.
Fərhad Həsənzadə: Azərbaycanda bir neçə sindromu aradan götürmək lazımdı. Birincisi “bəy” sindromu. Mülki adam “bəy” deyil.
Fərid Cəfərov: Hansısa şərəfsizlərin, qanında qarışıqlıq olmuş axmaqların şər-böhtanlarına inana-inana millət özünü də itirib, torpağını da!
Ceyranım Xına Qrupu: Mənim bacımı sənin dövrünün həkimləri öldürdü. Özümüzü də soydular. Cavan mələk bacımı öldürdülər. Semaşkoda pulsuz, köhnə it günündə olan skorını da pulsuz vermədilər. Dedim nə ilə aparım komada olan bacımı? Dedilər at belinə apar. Bacım ölən günü Quranı açıb sənə Allahdan cəza çəkməni istədim. Allah böyükdür, eşitdi səsimi. Elə həmin ay bəlanı verdi Allah. Həmin vaxt nazir sən idin. Bəyəm Semaşkoda olan özbaşnalığı, açıq bazarı görmürdün? Allahı bəlanızı versin! İndi özünü mələk sayırsan? Korrupsiyadan danışırsan. Sənin vaxtında köhnə skorı da ölüm ayağında olan adamı aparmırdı. Bacımı sənin həkimlərin öldürdü. Bacım ölüm ayağında olanda yalvardım, dedim 15 manat pulumuz qalıb... dedilər... güc-bəla ilə 40 manata düşdülər. Qardaşım gedib tapdı... sonra gətirdilər... Allah sənin də balalarını-nəvələrini bacım kimi sənin həkimlərinin əlində öldürsün. Allah bəlanı versin. Sən nazir idin. Balaca adam idin? Diriykkən gorbagor! Sənin vaxtında farenjit bacıma pula görə vərəm diaqnozu qoydular, səhv müalicə ilə serroz etdilər. Sən nazir idin, bəyəm görmürdün Semaşko cındır günündə idi?! Köhnə krovatlar, kirli lineliumlar. Lazımsız dərmanları aldırırdılar, gözümüzün qabağında təzədən aparıb aptekə qaytarıb pulunu alırdılar... Sən idin də nazir! Sənin balan ölsün! Bacım kimi.

Комментариев нет:

Отправить комментарий