Страницы

28.03.2020

İlham Əliyevin kadr dəyişiklikləri, qara piar və beşinci kolon haqqında dedikləri

Prezident Administrasiyası tamamilə yeni tərkibdə formalaşdırılıb, yeni şöbələr yaradılıb. Nazirlər Kabinetində də analoji dəyişikliklər baş verib. Nazirliklərdə, yerli icra orqanlarında kadr islahatları aparılıb. Bu, struktur islahatlarıdır.
Bu barədə İlham Əliyev martın 10-da ölkənin yeni parlamentinin birinci iclasında çıxış edərkən bildirib.
O bəzi yerli icra orqanlarında baş verən hadisələri "biabırçılıq" adlandırıb, "bunun bütün xalqımızın qəzəbinə səbəb olduğunu" bildirib. Bundan sonra da həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında təmizlik aparılacaq.
Daha sonra o, parlament üzvlərini ölkənin böhtan məlumatlardan qorunmasında fəal olmağa çağırıb. "Biz Azərbaycanda çoxdan bu cür böhtan kampaniyaları ilə üzləşirik. Bunun əsas səbəbi müstəqil siyasətimiz, heç kimə boyun əyməməyimizdi. Buna görə bizə qarşı qara piar kampaniyası aparılır"- deyə o bildirib.
"Ölkədə ictimai-siyasi sabitlik üçün təhlükə təşkil edən amil yoxdur. Buna görə anti-Azərbaycan qüvvələr ölkə hüdudlarından kənarda belə amillər yaratmağa çalışır. Onlar artıq özünü müxalifət adlandıran qruplaşmaya aralanmır, buna görə yeni beşinci kolonun yaradılması üzərində iş gedir"- deyə Əliyev bildirib.
"Bununla əlaqədar bütün siyasi qüvvələrə ciddi şəkildə xəbərdarlıq etmək istəyirəm: bu, satqınlıq yoludur, bu yoldan gedən xalq və dövlət qarşısında satqınlıq etmiş olacaq. Buna görə bütün bizim daxili problemlərimiz Azərbaycanda həll olunmalıdır. Siyasi ixtilafları xaricə çıxarmamalıyıq. Bu, mənasızdır, belə ki, bu gün dünyada hansısa qərarı bizə zorla qəbul etdirmək və ya bizə nəyisə diqtə etmək iqtidarında olan qüvvə yoxdur. Belə bir qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, olmayacaq. Heç kim Azərbaycana təzyiq göstərə və ya onu sanksiyalarla təhdid edə bilməz"- deyə Əliyev bildirib.

Комментариев нет:

Отправить комментарий